PDF Oxu

Köşə

  • 2 905

Əli Kərimlinin YALAN portreti

image

Kimsəyə də sirr deyil ki, AXCP sədri Əli Kərimlinin ən böyük gerçəyi yalandır. Buna görə, tez-tez haqqında yayılan gerçəkləri gözdən itirməyə çalışır. Daha doğrusu, apardığı analizlərində həqiqətlərin qəlibinə öz gerçəklərini doldurmağa çalışır. Bu gerçəkləri qorumaq üçün əl atmadığı variant, üz tutmadığı yol yoxdur. O, heç vaxt özündən başqasını anlamayıb. Çatmaq istədiyi məqsədləri uğrunda əqidə dostlarını rahatlıqla əzməyi bacarır. AXCP-yə maliyyə gəliri qazandıran sənaye müəssisəsi kimi baxan Ə.Kərimli, Razi Nurullayev demiş, cəbhəçiləri portağal qabığı kimi soyur.

Digər tərəfdən, Kərimli həmişə cəbhəçilərin ən kiçik istəklərini belə özünə qarşı təhdid kimi görüb. Ə.Kərimli üçün "yaxşılar" və "pislər" var: Güvəndikləri "yaxşılar"dır, qalanları isə "pislər"dir. Bir gün cəbhəçilərdən hansınınsa birinin sədrliyi ələ keçirəcəyindən qorxan Ə.Kərimli psixoloji olaraq, özünü ən aşağı səviyyədə hiss edir. Bunu daxildə hiss etsə də, büruzə verməməyə çalışır. Özünü düşdüyü bataqlıqdan çıxarmaq üçün tərəfdarlarının başlarında çıxış etməyi sevir. O, buna təhlükəsizlik zirehi kimi baxır. Sırf bu xarakterinə görə, Ə.Kərimli əldə etdiklərinin heç birisini tərəfdarları ilə paylaşmır. Yerini möhkəmlətmək üçün partiya tərəfdarlarından özünü lider kimi təsdiqləyən təriflər toplamağa çalışır. Ə.Kərimli üçün problem cəbhəçi olmayanlardadır. Çünki özünün səhv olması bütün ətrafının pis olması deməkdir ki, bu da onun mənliyi üçün qəbuledilməzdir. Əfqanıstanda olanlara minlərlə yalan vədlər verən Ə.Kərimli tələsinə düşənləri özünün maraqlarına xidmət etməyə məcbur edir. Beləliklə, sədr düşüncələrində özünü kosmik səviyyəyə qaldırdığı üçün huşunu itirmiş kimi çıxışlar edir. Çünki o, nə özünü, nə də bu günü sevir. Özünü yox, gələcəkdə əldə etdiyi xəyali iqtidar postunu sevdiyi üçün əziyyət çəkir. Reallıqla barışmaq istəmədiyi üçün aqressivdir, qara düşünür. Bu xarakteri onu içindən çıxa bilməyəcəyi arzular burulğanına atıb. Lakin əbəs yerə belə düşünür. Çünki onu göylərə qaldırdığı arzuları həm mənliyini, həm də iqtidarını əzir. Beləcə, ancaq özünü güclü hesab etdiyi insanları sevdiyini zənn edərək, insanlardan uzaqlaşır və heç kəsi sevə bilmir. Ə.Kərimli üçün dəyər - zombiləşdirib məqsədlərini çiyinlərinə yüklədiyi tərəfdarları və çıxa bilmədiyi kosmik, utopik və xülyalara söykənən arzularıdır. Heç vaxt həyata keçməyən arzuları...

Digər xəbərlər