PDF Oxu

Köşə

  • 3 089

Bizim də fətullah gülənlərimiz var...

image

Türkiyədə baş verən hadisələrdən sonra ağlıma belə bir sual gəldi ki, ayə, görəsən, bizdə də Fətullah Gülən ola bilərmi? Düşündüm, düşündüm, düşündüm və belə nəticəyə gəldim ki, var! Özü də bir dənə deyil, bir neçə dənə! Məsələn, onlardan biri məhz Fətullah Gülən kimi ABŞ-da mühacir həyatı yaşayan - ACP-nin keçmiş sədri Rəsul Quliyev. O da illərdir ki, Amerikada oturub Azərbaycan dövlətçiliyinə qarşı əlində olan bütün imkanlardan istifadə edir. Məsələn, Gülən necə ki, erməni lobbisiylə, "PKK" terror təşkilatı ilə əməkdaşlıq edib, Türkiyənin maraqlarını satırsa, R.Quliyev də eynilə ölkəmizin milli maraqlarını satmaq məsələsində pərgarlaşıb.

Meşələr qələm, dəryalar mürəkkəb olsa belə bu günahları ayzmaqla qurtarmaq olmaz!

Keçək digər fətullah gülənlərə. İsa Qəmbər. Həmin İ.Qəmbər ki, bir neçə il əvvəl Almaniyada ermənilərlə əməkdaşlıq haqqında sənəd imzalayıb xəyanətkarlığın ən ali məqamına yüksəlmişdi. Arif Hacılı - dövlətin marağını xarici səfirliklərdə satmaqla məşğuldur. Əli Kərimli - onun haqqında bəhs etsək, 100 tom xəyanətkarlıq kitabı yazmaq olar. Cəmil Həsənli - dost-doğma qızını ermənipərəst ingilisə verib, erməni pulu yeməklə məşğuldur. Tale Bağırzadə - din adı altında hansı oyunlardan çıxdığı bəllidir. Arif Yunus - Ermənistanda özəl dostları var ki, onu maliyyələşdirməklə məşğuldurlar. Emin Milli - erməni soyqırımının tanınması istiqamətində erməni lobbisindən qəşəng pul yeyir. Qənimət Zahid - "Azərbaycan saatı" adlı verlişi ilə erməni dəyirmanına su tökməklə məşğuldur. Hətta qadın gülənçilərimiz də var - Leyla Yunus, Xədicə İsmayıl, Günel Mövlud və s.

Belələrinə biz tərəflərdə anasının əmcəyini kəsən də deyirlər

Onların hər biri haqqında isə ayrı-ayrılıqda yazsaq, necə deyərlər, dünyadakı meşələr qələm, dəryalar mürəkkəb olsa belə, yazmaqla qurtarmaz! Kimisi erməniyə, kimisi "ETTALAT"-a, kimisi "MOSSAD"-a, kimisi QRU-ya, kimisi SKOTLAND YARD-a, kimisi MKİ-yə, kimisi də...Fərqi yoxdur, kim daha çox pul verib onları alırsa, ona da işləyirlər. Bircə Azərbaycan xalqından başqa! Nə millət, nə dövlət, nə də Vətən maraqları yoxdur belələri üçün. Məsələ də ondadır ki, bu qədər gülənlərin hamısı uzun illərdir eyni işlə - dövlətə, millətə, hətta milli-mənəvi dəyərlərimizə xəyanətlər etməklə məşğuldurlar. 100% əminəm ki, onlara imkan verilərsə, daha betərinə gedərlər, inanın ki, gedərlər. Onlara nə var ki, belələrinə biz tərəflərdə anasının əmcəyini kəsən də deyirlər. Necə ki, F.Gülən kimi...

Digər xəbərlər