PDF Oxu

Köşə

  • 2 721

"Udalit" şair

image

Hamınızın çox yaxşı tanıdığı bir şair-yazıçı var, 1 il ərzində 12 roman, 8 poema yazıb. Düz 20 ay həbsxana divarlarının nəmini də içinə çəkib. Oğlu mənim köhnə tanışımdır. Bir gün mənə zəng vurdu: "Ay Samir, atam həbsxanadan zəng vurub, anamın tuflilərini istəyir. Nə qədər dirəşdim, niyəsini soruşdumsa, xeyri olmadı. Dedi yox e, tez ol, ananın heç olmasa tuflilərindən birini mənə gətir...". Deyir evə getdim, şübhə bürüdü məni. Anamın nə qədər tuflisi var idisə, hamısını bir-bir qaranlıq otağa yığıb başladım eşələməyə. Dabanlarına qədər sökdüm, bəlkə atam içində xəzinədən-zaddan gizlədib, ya da çox qiymətli bir şey var içində. Nə isə, anasının tuflilərindən birini aparıb şairə verdik. İçəri "zapiska" yazdıq ki, bir de görək nə məsələdir?. Oğlu da yazmışdı ki, "ay ata, qeyrətsizlik eləmə, anamın tuflisini kişilərin içində saxlayacaqsan?" Elə balası da atasını tayıdır. Xeyli gözləyəndən sonra "zapiska"ya cavab gəldi: "Əziz oğlum Kərəm! Mənə qadın tuflisi lazım idi, qadın qoxusunun həsrətini çəkirəm...". Yazıq ANA! 70 yaşı var, övlad üçün bilmirəm, amma ər üçün bu yaşda arvadda qoxumu qalar!? Bu bədbəxt əfv olundu, evə gələn kimi arvadı tuflilərinin tələb elədi. Şairin cavab qısa oldu: "Udalit elədim, getdi...". Qoltuğundan bir parça kağız çıxardı, əlinə bir tufli aldı. Düzdür, bu dəfə səhv salmışdı, fikri dağınıq olduğundan əlini atıb arvadının tuflisini götürmək istəyərkən, Kərəmin çəkmələri əlinə keçdi. Fərqinə varmadı. Başladı şeir deməyə:

Səni unutmaq istədim, əlimi çəkib,

Adının üstündən "udalit" etdim...

Ürəyim dözmədi, diz üstə çöküb,

Səni "korzinaya" "vstavit" etdim...

Əsl "udalit" şairi. "udalit" ki, "udalit"... İndi eşidirəm ki, xəbər saytı açıb, "reket"lik edir. Azərbaycanda elə bir qapı qalmayıb ki, baş vurmasın. Saytında son bir ayda cəmi 12 xəbər qoyulub. Onlardan 3-ü Elza Seyidcahan açıqlaması, 2-si Aygün Kazımovanın yeni aldığı tuman fotoları, 4-ü Jirinovskinin daldan qabağa oxunan müsahibəsi və 3-ü də Nanənin təzə aldığı 100 minlik maşının içalatına qədər olan şəkilləridir. Bu adamın ucbatından oğlu Kərəm Azərbaycandan getməyə hazırlaşır.

Axır ki, mən deyənə gəlib çıxdılar. Təhsil eksperti Etibar Əliyev də ANS-in bağlanmasının Mirşahin və Vahidə qazanc gətirəcəyini düşünür. Çünki rahatca gedib saat alveri ilə məşğul ola biləcəklər. Kor nə istər? İki göz, bir əyri, biri düz. Makaron fabrikinizi də işlədə bilərsiniz. Əgər vaxtında sırf televiziya işi ilə məşğul olsa idiniz, makarona, saat alverinə baş qoşmasa idiniz, indi telekanalsız qalmazdınız.

P.S. Hə, bir də, bu "udalit" şair öz saytında yazır: "Hələ birinci Qarabağ müharibəsi vaxtı mən eşitmişdim ki, ANS-i ABŞ yaradıb...".

Digər xəbərlər