Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin zaman-zaman şəhidlər üzərində mənfur, əxlaqa, mənəviyyata sığmayan siyasəti hər zaman müşahidə olunub. Bu fərdin işi-gücü ictimai rəydə özünəxas iyrənc obraz yaratmaq olub ki, normal düşüncəli ictimaiyyət daim belə addımı pisləyib. Söz yox ki, bu cür əxlaqsızlıqlara əl atan partiya sədrindən heç bir humanizm və insanpərvərlik gözləməyə dəyməz...
Kərimli guya bununla nə qədər "dahi", "bənzərsiz" müxalifət "lideri" olduğunu sübut etməyə çalışır.
Məsələ ondadır ki, Ə.Kərimli indi də süni şəkidə yaradılmış bir imic üzərində əxlaqsız siyasət yürütməyə başlayıb. Dövlətin öz şəhidlərinə, şəhid ailələrinə göstərdiyi diqqət və qayğısına kölgə salmağa çalışan bəzi üzdəniraq qüvvələr üçün "ələkçinin qıl verəni" vəzifəsini icra edən Ə.Kərimli guya bununla nə qədər "dahi", "bənzərsiz" müxalifət "lideri" olduğunu sübut etməyə çalışır.
Təbii ki, Ə.Kərimlinin belə ürəkbulandırıcı siyasəti qınanılır, rədd edilir və ikrah doğurur.
Yalanının üzə çıxmasından heç də utanmadı!
Hələ aprel ayında Şanlı Silahlı Qüvvələrimiz ermənilərin burunlarını əzəndə Kərimlinin yazı dağarcıqları onun sifarişinə əsasən, yazırdılar ki, şəhidlərin siyahısını gizlədirlər, dövlət adamları şəhidlərin mərasimlərinə qatılmır və s. Amma sonradan bütün bunların şər, böhtan, yalan olduğu üzə çıxdı. Amma Ə.Kərimli yalanının üzə çıxmasından heç də utanmadı!
Şəhidlərin dəfni mərasimində minlərlə insan iştirak edirdilər. Onlarda gördülər ki, mərasimlərə kimlər qatıldı -dövlət nümayəndələri, siyasi xadimlər və tanınmışlar! Belə yerdə, əslində, heç bir vəzifə və titul olmur. Hər kəs eyni titulu daşıyır - XALQ TİTULUNU! Görünür, Ə.Kərimlinin bu titula heç vaxt aidiyyatı olmayıb, heç olmayacaq da. Ümumiyyətlə isə, olmasa yaxşıdı. Ən azından, xalqımız belə murdarlardan təmizlənmiş olar!
P.S. Ə.Kərilminin Xocalı soyqırımının ildönümlərindən birində ətrafına yığdığı bir neçə ünsürün siyasi şüarlar səsləndirməsini xatırlamaq yerinə düşərdi. Bir adam ki, hətta ümumxalq hüzn günündə belə çirkin siyasətini güdür, əslində, ondan daha betərini də gözləməyə dəyər. Yaxud da təəccüblənməyə dəyməz...