AXCP sədri Ə.Kərimlinin yaxın siyasi tariximizdəki müxalifətdaxili separatçılığı və xəyanətləri yenə siyasi gündəmin mövzusudur. Hər zaman məni bir sual düşündürüb: Özlərini ictimai rəyə müxalifətin dədəsi, babası kimi təqdim edənlərin "vicdandan", "insani dəyərdən", daha nə bilim nədən danışmaqla nəyi düşünürlər? Düşünürlər ki, ictimai rəy həqiqətən də bunları müxalifətin dədəsi, babası kimi görürlər? Əgər belədirsə, bunların düşüncələri 0%-ə bərabərdir, yəni düşüncəsizdirlər, vəssəlam! Çünki ucuz, xəyanətkar və səviyyəsiz ömür sürən Ə.Kərimli bu gün din pərdəsi altında terrorçu "Müsəlman Hərəkatı" Birliyi təşkilatının sədri Taleh Bağırzadənin "Nardaran işi" üzrə məhkəmə prosesiniə dəstək olmaq üçün hər cür alçaqlığa gedəcəyini bildirir. Bu, o Ə.Kərimlidir ki, o vaxt Nardaran hadisəsi baş verəndə, bir biləydiniz o gizlicə öz otağına çəkilib necə çırtma çalıb-oynayırmış..! Niyə təəccüb edirsiniz? Axı T.Bağırzadənin qaynatdığı məsələ elə birbaşa onun özünə – Ə.Kərimliyə sərf edən məsələdir axı. Bu gün yenidən terrorçu T.Bağırzadəni müdafiə edən Ə.Kərimlini maraqlandıran, narahat edən, bu ərəfədə gecələr yatmağa qoymayan məsələ nədir? Guya nardaranlıların problemləri Ə.Kərimlini narahat edir? Məgər o, bu kəndə o qədər "aşiqdir" ki, birdən-birə hadisələrdən sonra orada yaşayan sakinlərin problemləri onu "narahat" etməyə başladı? Bu keçməz, Ə.Kərimli. Hakimiyyətdə "səhv" axtaramaqdansa, get özünün sərsəm-sərsəm düşüncələrini araşdır və bu günə qədər mənasız həyatındakı səhvlərini etiraf et. Əlbəttə ki, əgər buna cürətin çatarsa. Bir də bu, Ə.Kərimlinin xarici qüvvələrə işləyərək, Azərbaycanda qarışıqlıq yaratmaqla bağlı atdığı birinci addım deyil. Bizcə artıq şərhə belə ehtiyac qalmır. Çünki Ə.Kərimlinin arzuolunmaz hadisələri öz xeyrinə işlətməsinə bir ad vermək olar - VİCDANSIZLIQ! Bu ad Ə.Kərimliyə daha çox layiqdir.