PDF Oxu

Köşə

  • 2 830

Fuadın "qəhrəmanlığı"

image

"Nardaran işi" ilə bağlı məhkəmə prosesi tam sürəti ilə davam edir və ötən ilin noyabrında Bakının bu tarixi qəsəbəsində baş verənlər artıq tam çılpaqlığı ilə ictimaiyyətin diqqətinə çatdırılmaqdadır. Məhkəmə gedir və bu məhkəmədə əsas ittiham olunan tərəflər - "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadə, eləcə də AXCP sədrinin müavini Fuad Qəhrəmanlı özlərini hər vəchlə təmizə çıxarmağa çalışırlar. Halbuki...

Halbuki onların günahları, qaranlıq siyasi iddiaları, Vətənə, dövlət maraqlarına xəyanətləri ucbatından bu gün həyatda olmayan insanların balaları yetim qalıblar. İstər T.Bağırzadənin dəstəsinə aldadılaraq, beyinləri "şəri hökmlər" hesabına cəlb edilənlər olsun, istərsə də cinayətlərin qarşısını alan, dövlətin qoyduğu qanunu mühafizə edən polislər. Bu faktdır və bundan sonra 100 il keçsə də əsl həqiqətdən yan qaça bilməyəcəklər. Günah, əlbəttə ki, günahkarda olur. Günahkarlar isə bu adamlardır.

Məhkəmədə "qəhrəmanlıq" obrazını canlandırıb utanmadan Azərbaycanı Mozambikə bənzədən Fuad adlı siyasi dılğırın bu əxlaqsızlığından təəccüblənməyə dəyməz. Görün o kimin yetirməsidir - Ə.Kərimlinin! Həmin Ə.Kərimlinin ki, onun partiyasında, qəzetində olmazın şərəfsizliklər, namussuzluqlar rüsvayçılıqlar yaşanıb və onları bir-bir təkrar etməyə də ehtiyac yoxdur. Bu gün həmin partiyanın içindən çıxan Fuad hansısa xarici qüvvələrin diqqətini öz üzərinə cəlb etməkdən ötrü "qəhrəmanlıq" edir. İddia edir ki, guya "ölkədə xalqın hakimiyyəti qəsb olunub" (?!-R.). Demək, bu fərd Nardaranda baş verən və xarici qüvvələrin əli ilə reallaşdırılmağa cəhd edilən olayı dəstəkləyir, demokratik, dünyəvilik və tolerantlıq nümunəsi olan, bu istiqamətdə dövlət quran hakimiyyəti "qəsbkar" adlandırır, amma T.Bağırzadənin real qəsbkarlığını, silahlı müqavimətini "doğru addım" kimi qəbul edir. Və söz yox ki, o, belə danışdıqca, ağaları həzz alır.

Maraqlı məqam da budur ki, bəlkə ömründə məsciddə olmayan, namaz qılmayan, Allaha inandığını sərgiləməyən atesit F.Qəhrəmanlı birdən-birə facebook vasitəsilə dindarların ən yaxın dəstəkçisinə çevrilib. Ona sual edilmir ki, ay "qəhrəman" axı sənin bu zümrəyə heç vaxt aidiyyatın olmayıb və birdən-birə necə oldu ki, yuyulmamış qaşıq kimi ortaya düşüb Həsən (ə) Hüseyn (ə) "aşiqinə" çevrildin?! Görəsən, o, bu suala necə cavab verərdi əcəba?!

İndi durub deyir ki, "dölət onun üçün müqəddəsdir" və sən demə hakimiyyətlə dövlət anlayışları da fərqli məsələləriymiş. Əslində, "ağayi" Fuad "qəhrəmanlıq" sərgiləyib, özünü daha da rüsvay edib. Bəli, dövlət anlayışı fərqlidir, amma bu dövləti dövlət edən hakimiyyətdir! Azərbaycanda tolerantlıq nümunəsi, konfensiyalararası dözümlülük faktoru kimi amilləri bu hakimiyyət yaradıb! Bu gün Azərbaycanı dünyanın aparıcı ölkələrindən birinə çevirən də bu hakimiyyətdir! Dünya dövlətlərinin nüfuzlu rəhbərlərini Azərbaycana gətirib, ciddi siyasi-iqtisadi layihələri reallaşdıran, əsas təşəbbüskar rolunda çıxış edən bu hakimiyyətdir! Bu gün ona qarşı düşmən mövqeyində dayanan istənilən ölkəyə lazımi cavab verən də bu hakimiyyətdir" Azərbaycan dövlətinin və xalqının qarantı olan sarsılmaz, güclü hakimiyyət! Bu hakimiyyət F.Qəhrəmanlı, T.Bağırzadə kimi siyasi dağarcıqların qarşısını kəsib, dövlət maraqlarını satmağa, dövlətin müstəqilliyinə, qanunlarına zidd hərəkətlər törədən üsnsürləri yerində oturdur!

Təbii ki, bütün bu kimi önəmli halları qəbul etməyən ünsürlər ümün belə faktlar qəbulolunmazdır. Ona görə də Azərbaycanı Mozambik adlandırıb, iç üzlərini ifadə edirlər. Nə edəsən, xəmirləri bu cür yoğrulub. Dövləti öz çirkin maraq dairələrində görmələri üçün isə öz dilləri ilə desək, hər cür eybəcərliklərə qol qoyurlar.

Nəticədə, Fuad "qəhrəmanlıq" edərək, guya fikirlərinə görə həbs olunduğunu iddia edir. Bəli, əgər kimsə dövlət maraqlarına zidd ifadələr işlədib, onun qanunlarını pozacaqsa, marağı olmayan insanları qiyama səsləyəcəksə, bundan din amillərindən sui-istifadə edəcəksə, həbs olunacaq!

Qaldı ki, belələrinin öz vicdanlarına, artıq belə qənaətə gəlmək lazımdır ki, əgər bunlarda, ümumiyyətlə, vicdan anlayışı olsaydı, bura qədər "inkişaf" etməzdilər. Ona görə də "vicdanınız olsun" ifadəsini işlətməyin də yeri yoxdur belələri üçün!

Digər xəbərlər