"Milli Şura"nın əhəmiyyətsiz quruma çevrilməsi faktdır. O da sirr deyil ki, son vaxtlar müxalifət düşərgəsində ciddi çaşqınlıq yaranır. Ümumiyyətlə, "Milli Şura"nın təsis olunmasından sonra, müxalifət düşərgəsində meydana çıxan bir sıra problemlər, xüsusilə, qarşıdurmaların güclənməsi və birincilik davası bu oyuncaq qurumun sonunu yetişdirib. Rüstəm İbrahimbəyovun erməni lobbisinin sifarişi ilə "Milli Şura" üzvlərindən beş-altı nəfəri xarici ölkələrdən birinə dəvət etməsi və burada müzakirələr aparması müxalifət düşərgəsində parçalanmaya səbəb olub.Təbii ki, hər hansı bir xarici ölkənin bu quruma dəstək verməsi qeyri - mümkündür. Çünki bu qurumun üzvləri bu vaxta qədər 30-a yaxın belə əldəqayırma təşkilat yaradıblar, hamısının da ömrü cəmi 3-4 ay olub. Onların cəmiyyətdə nə nüfuzu, nə də hörməti var. Artıq Bakıdakı Qərb diplomatik mərkəzləri də bunu anlamağa başlayıblar. Halbuki bu zamana qədər xarici diplomatik mənbələr ara-sıra müxalifətin bu qanadına öz "tövsiyə" və "tapşırıqlarını" veribdilər. İndi isə bunu da etmirlər...Digər tərəfdən, müxalifətin daxilində də eyni vəziyyət hökm sürməkdədir. Bir çox partiya sədrləri ilk dövrlərdə "Milli Şura"nın hər hansı uğura imza atacağını düşünürdüsə, indi vəziyyət tamamilə başqa cürdür. Məsələn, "Ümid" partiyasının sədri İqbal Ağazadə bildirib ki, "Milli Şura" ilə mənim yolum birdəfəlik ayrılıb..." O, bunu qurumun vahid ideyasının olmaması ilə əlaqələndirib.İ.Ağazadənin dediklərindən belə qənaətə gəlmək olar ki, "Milli Şura"nın rəhbərləri Krılovun məşhur "Balıq, ördək və xərçəng" təmsilinin qəhrəmanlarına bənzəyirlər. Həmin təmsildə heyvanların hər biri arabanı özlərinə sərf edən istiqamətlərə çəkirlər. "Milli Şura"da da belə bir vəziyyət yaranıb.Göründüyü kimi, müxalifət düşərgəsində artıq hamıya bəllidir ki, "Milli Şura", həqiqətən də xarici düşmənlərimizin ortalığa atdıqları bir ideyadır və bu ideya heç vaxt reallaşa bilməz. Müxalifət nümayəndələri arasında ermənipərəstliyi və vəzifə hərisliyi ilə seçilənlər də var. Hətta çirkli pullardan ötrü, ölkəmizi beynəlxalq aləmdə nüfuzdan salmağa hazır olanlar da var. Belələri artıq hamıya bəllidir: avtoritar idarəçi Ə.Kərimli, onun siyasi kuklası C.Həsənli, ermənilərin əlində alətə çevrilmiş R.İbrahimbəyov və s... Ümumiyyətlə, xaricdən maliyyələşən və bəzi xarici ölkələrdəki qeyri - müəyyən dairələrin sifarişi ilə yaradılmış bir qurum nə milli ola bilər, nə də demokratik. Bu baxımdan, digərləri bu prosesdə iştirak etmir və onun prespektivinin olmaması qənaətinə gəlirlər. Çünki "Milli Şura" qeyri-demokratik və qeyri-milli bir qrumdur. Orada çox ciddi fikir ayrılıqları olub, var və olacaq.Beləlkilə, "Milli Şura" artıq çoxdan əhəmiyyətsiz quruma çevrilib. Bu qurumun üzvləri yaranmış fürsətdən istifadə etmək məqsədilə daha çox qrant əldə etmək üçün dəridən-qabıqdan çıxırlar. İndi də referendum amilindən yararlanıb, ortaya düşüblər. Fəqət, əhəmiyyətsizlik və lazımsızlıq onların oynadıqları teatr tamaşasını maraqsız edir. Nə tamaşaçı kütləsi var, nə də ki...