PDF Oxu

Köşə

  • 2 666

Arif Hacılı rəhbərlik funksiyasını itirib

image

Ataların dediyi kimi, "oğurluğun ömrü 40 gün çəkər". A.Hacılının Müsavat başqanlığını oğurluq yolu ilə əl keçirməsi kimi. Elə buna görə də, başqan olduğu gündən bu günə kimi, nə partiyadakılar, nə də müxalifət düşərgəsindəkilər onu qəbul etmirlər. Elə bu səbəbdən də, A.Hacılının ətrafının sürətlə boşalmasına səbəb olub.

Arif Hacılı: "Qucağımı açmışam, amma heç kimi qucaqlamadım"

A.Hacılı başqan seçiləndə böyük "arzuları" var idi. Ancaq bu "arzular" orada əməlli-başlı fırtına qopardı, narazılar fırtınası. Həmin fırtınadan sonra, demək olar ki, Müsavatdan "məmə" deyəndən "pəpə" yeyənə kimi, hamı tərk etdi və bu gün də tərk edir. Özü də Hacılıya tərs sillə vura-vura tərk etdilər. Buna isə səbəb, yenə də Hacılının özüdür. Çünki bu adam partiyanın başqanlıq postunu ələ keçirər-keçirməz elə "dərin islahatlar" aparmağa başladı ki, nəticədə, müsavatçılar islah olunmaq yerinə islahsızlaşaraq kütləvi istefalara getdilər.

"Yeni Müsavat"ın baş yazarı R.Arifoğlunun istefasının bu qədər hay-küylü olacağının gözləmirdi. Deyir "sən saydığını say, gör fələk nə sayır". R.Arifoğlu, hətta bildirib ki, qələmimi işə salsam, sənin vay halına.

Deyilənlərə dəstək olan "Yeni Müsavat" qəzetinin yazarı Etibar Seyidağa A.Hacılını siyasətçi kimi tanımadığını bildirib "Arif başqan deyir ki, qucağımı açdım, hamıya dedim gəlin qucaqlaşaq, barışaq. Amma heç kim məni qucaqlamadı". Ay qardaş sənin nəyini qucaqlayacaqlar? Sənin qucağın başdan-ayağa şeytan yuvasıdır: "Qubad İbadoğlunun, Hikmət Hacızadənin, Vurğun Əyyubun və digər müsavatçıların partiyadan gedişi bizə başucalığı gətirmədi, hərəkatda yerini tutmuş adamlar idi, onlar birdən-birə partiyadan getməməli idilər. Bizlər onların partiyadan uzaqlaşmasının qarşısını almalı idik. Amma təəssüf ki, mümkün olmadı. Ona görə də, sabahkı gününü düşün".

Beləliklə, A.Hacılı yaxşı bilir ki, Müsavatın fırtınası bundan sonra daha güclü olacaq.

Etiraf edək ki, rəhbərlik funksiyasını itirən A.Hacılı bu fırtınadan salamat çıxması heç də inandırıcı görünmür...

Digər xəbərlər