PDF Oxu

Köşə

  • 2 909

Leyla Yunus "dirildi" və...

image

Azərbaycanı tərk etdikdən sonra uzun müddət susqun qalan Leyla Yunusun səsi yenidən gəlməyə başlayıb. Belə ki, Azərbaycanda məlum xəyanətlərinin hesabını tam şəkildə ödəməmiş, məhz ölkə rəhbərliyinin humanistliyi sayəsində azadlığa çıxan Sülh və Demokratiya İnstitu"nun ("SDİ") direktoru Avropaya köçdükdən sonra, necə deyərlər, "dirildi".

Taleh Bağırzadəyə "şanlı" məktub yazdı...

O, yenidən "siyasi mübarizəyə" geri döndüyünü bəyan etməklə ilk işini "Müsəlman Birliyi" Hərəkatının lideri, terrorçuluqda ittiham olunan Taleh Bağırzadəyə "şanlı" məktub yollamaqla başlayıb. O, indi iddia etməyə başlayıb ki, "müxalifətin veteranı" olduğuna görə sıradan çıxmayıb. Halbuki bu, həmin L.Yunusdur ki, həbsindən bir müddət sonra, müstəntiqlər və hakimlər qarşısında yazıq görkəm alıb, ermənilərsayaq məzlumluq nümayiş etirirdi.

Məhz ölkə rəhbərliyinin bariz humanizm aktından yararlanaraq, azadlığa buraxılan zaman L.Yunus bu işdə xidməti olan tərəflərə ömrünün sonuna qədər minnətdar (!-R.) olacağını demişdi. Amma onun minnətdarlığına kimsənin ehtiyacı yoxdur, lakin...

Balaca erməni Dinara Yunusun anası olan böyük erməni Leyla Yunus!

Qanı erməni xəmirindən yoğrulmuş bu fərdə Avropanın, Qərbin havasının vurması yenidən onun qanındakı erməniçilik toxumalarını canlandırmağa başladı. Vaxtilə cəbhədəki azərbaycanlı əsgərlərə "hamısı ölsün, gəbərsin" mesajını verən qızının - balaca erməni Dinara Yunusun anası olan böyük erməni Leyla Yunus öz bicliyini bu dəfə də sərgiləmiş oldu. Bu baxımdan, onun T.Bağırzadəyə yazdığı "şanlı" məktub dərhal AXCP sədri Ə.Kərimlinin nəzarətində olan "Azadlıq" qəzetinin manşetinə çıxarıldı (?!). Təbii ki, məzhəbsiz, kitabsız olan birinin rəhbərlik etdiyi media qurumunda bu cür halların şahidi olmaq kimsədə təəccüb doğurmur.

Niyə Leyla Yunus Taleh Bağırzadəyə yazdığı məktubunu Əli Kərimlinin mediasında yayımlayıb?

Doğrumur ona görə ki, Ə.Kərimli də L.Yunus kimi erməniləşmiş biri olaraq hansı məzhəbə qulluq etdiyini bilmir. Onun gah "İŞİD"!-çi, gah "FETÖ"-çü, gah da qərbyönümlü "siyasətçi" olması da deyilənləri kifayət qədər sübuta yetirir. Bu baxımdan, "SDİ"-nin rəhbəri L.Yunus T.Bağırzadəyə yazdığı məktubunu Əli Kərimlinin mediasında yayımlayıb.

Ancaq maraqlı cəhətlərdən biri də budur ki, əlində heç bir sübutu-dəlili olmadan Bağırzadənin, eləcə də AXCP sədrinin müavini Fuad Qəhrəmanlının "dəhşətli işgənəcələrə" məruz qalmalarından narahatlıq duyduğunu yazan L.Yunus burada da erməni həyasızlığını isterika şəklində nümayiş etdirib. Bu adam Avropada oturub, Azərbaycanda kimlərinsə "dəhşətli işgəncələrə" məruz qaldığını yazır. Yaxud ona bunu sifariş ediblər və nəticədə, həmin sifarişi canla-başla yerinə yetirib. Necə deyərlər, buna adətkardır.

O, unudub ki, PİSlər o və Taleh Bağırzadə, eləcə də onları dəstəkləyənlər, YAXŞIlar isə, məhz humanistlik nümayiş etdirib, onu azadlığa buraxanlardır!

Beləliklə, insanları "pis" və yaxşıya" bölən L.Yunus iddia edib ki, əgər onlar bir-birlərini dəstəkləməsələr, yəni "müsəlman" T.Bağırzadə ilə erməni L.Yunus bir-birlərinin "dərdlərinə" yanmasalar, "pislər" onları məhv edəcəkmiş. Təbii ki, L.Yunus burada ciddi bir səhvə yol verib. O, unudub ki, PİSlər o və T.Bağırzadə, eləcə də onları dəstəkləyənlər, YAXŞIlar isə, məhz humanistlik nümayiş etdirib, onu azadlığa buraxanlardır! Fəqət, bu ünsürlər zatən qatığı qara rəngdə gördükləri üçün hər zaman rəngləri, pisi-yaxşını olduğu kimi görə bilməyiblər. Allah onlardan bu bacarığı əsirgəyib!

Vətən uğrunda şəhid olan oğul və qızlarımız yenidən təhqir olundu!

Hələ bu da son deyil. Demək, L.Yunus iddia edir ki, "Uran" əməliyyatına başlayır (?!). Bəli, bu gün o, yenidən üzə çıxıb, Azərbaycan hakimiyyətinə və dövlətinə qarşı aşkar düşmənçilik mövqeyinə başladığını elan edir. Ancaq unudur ki, o, "Uran" əməliyyatına deyil, ondan da ötə əməliyyatlara başlasa belə, gördükləri işlər səmərəsiz, rüsvayçı sonluqla başa çatacaq. Bu gün o, hansısa xarici xidmət otqanlarına, kəşfiyyat qurumlarına satılmış Bağırzadəni "şərəf və igidlik idealı" kimi qiymətləndirir!

Bu gün Vətən torpaqları uğrunda canlarından keçən yüzlərlə ŞƏRƏF və İGİDLİK İDEALLARI olan oğul-qızlarımız olduğu halda, T.Bağırzadə kimi xarici kəşfiyyat nökərini bu cür qiymətləndirmək "yekə erməniyə" məxsus dünyagörüşdür. Nə etmək olar, axı onun qızı, balaca erməni Dinara Yunus da əsgərlərimizi, şəhidlərimizi təhqir etmişdi... TƏƏSSÜF!

Digər xəbərlər