Səhvi anlayaraq, onu etiraf etmək hər adamın işi deyil. Çünki bu, doğru addımdır. Bu gün əlilər, isalar, leylalar... bu düşüncədən və reallıqdan çox-çox uzaqdırlar. Xüsusilə də, son vaxtlar bəzi gənclərimiz var ki, əlilərin, isaların, leylaların pozucu planlarına girdablardan xilas yolunu səhvlərini etiraf etməməkdə görürülər. Buna baxmayaraq, ölkə başçımız gəncləri səhvlərini dərk etmək üçün azadlığı buraxır ki, etdikləri səhvləri bir də təkrar etməsinlər. Eynilə, yenə də Ə.Kərimli ölkəmizdə keçiriləcək referendum ərəfəsi gənclərin potensiallarından öz xeyrinə istifadə etməyə səy göstərir, onları mitinqlərə səsləyir.
Ə.Kərimli şəxsi mənfəətini artırmaq, pul-para, qrant əldə etmək üçün Qərbin bir sıra qaranlıq siyasi dairələri, erməni lobbisi, eləcə də, digər anti-Azərbaycan xarakterli qüvvələr qarşısında, məhz aldatdığı gənclərdən istifadə edib, istədiyini almağa çalışır. Özü də ən yaxşı metodu da "facebook" vasitəsilə çağırış etməsidir. Açıq şəkildə mübarizə meydanına çıxmaqdan ehtiyat etdiyi üçün "facebook"da vaxtaşırı müxtəlif məsələlərə öz təsiri fonunda don geyindirən Ə.Kərimlinin sosial şəbəkədə müəyyən qeydləri paylaşdıqdan sonra, məhz tələsinə düşən gənclər onun çağırışlarına təriflər yağdırırlar. Ancaq Ə.Kərimlinin yanlış siyasətini tənqid edənlərə qarşı təhqirlərə, söyüşlərə start verilir ki, bu işi də həmin tələyə düşən gənclər həyata keçirirlər. Radikal müxalifət adlandırılan zəhər tuluğunun içində zəhərlənən bir neçə gənc ölkə başçımızın Fərmanı əsasında azadlığa buraxıldılar. Bu, o gənclərdir ki, vaxtilə "NİDA" adlı qondarma gənclər hərəkatının üzvləri idilər. Onlar AXCP sədri Ə.Kərimli, Müsavatın keçmiş başqanı İ.Qəmbərin və s. qaragüruh qüvvələrin təsiri altına düşərək, həmin insanlar üçün siyasi xal toplamaqla məşğul idilər. Amma sonrası nə oldu? Nə baş verdi? "NİDA"-çı gənclər düşdükləri zəhər tuluğunun içində təhsillərini, karyeralarını, həyatlarını həbsxana divarları ilə dəyişdilər. Özləri istəmədən, özləri bunu arzulamadan, Ə.Kərimlinin, İ.Qəmbərin arzularını yerinə yetirmiş oldular.
Göründüyü kimi, nə qədər maraqlı olsa da, bu gənclər həbsdə olduqları müddətdə, eyni zamanda, həbsdən çıxarkən belə, adları çəkilən "liderləri" tərəfindən yada salınmadılar. Bax, reallıq da budur ki, bu gün yenə də bu səhvləri edən bəzi gənclərimiz ölkəmizdə keçiriləcək referendum ərəfəsi satqınların təsiri altında qalmaqda davam edirlər. Hələ də dərk etmirlər ki, dəstək olduqları radikal müxalifət "liderləri" onları da həbsə atdırmağa hazırlaşırlar. Həbs olunan hər bir gənc isə onlara siyasi dividend gətirir. Xarici təşkilatlar qarşısında dillər uzanır, ciblərinə isə qrant selləri axır. Bu pul-paraları isə həmin "liderlər" öz "gül balalarına" yedirdirlər - haram tikə kimi!
Fəqət, həbsə düşən gənclərin ailələri və yaxınları bundan nə qədər iztirab çəkirlərsə, bunu bir Allah bilir! Xatırlayaq ki, Ə.Kərimlinin "gül balası" da 2013-cü ilin prezident seçkiləri dövründə plakatları cırdığına görə, bir neçə günlük həbsə atılarkən, onun atası "sui-qəsdə" məruz qaldığını bar-bar bağırırdı. Bu zaman sual ortaya çıxır ki, məgər siniz gül balalarınız, həbsə atdırdığınız, illərlə həbsdə qalaraq, mənəvi əziyyətlər çəkən və bu gün etiraflar edən "NİDA"-çı gənclərin nəyindən artıqdır ki?! Və yaxud da, nəyə görə dünənə kimi azadlığa buraxılmalarını tələb etdiyiniz "NİDA"-çı gənclər azadlığa çıxan kimi, indi də sizlərin qatı tənqid hədəfinə çevrilib? Demək dünənədək etiraf etmədiklərinə görə onlar sizlərin "əzizləriniz" idi, etiraf etdikdən sonra, dövlətini müdafiə edən çıxışlar etikdən sonra, ölkə başçısının siyasi xəttini dəstəklədiklərini bəyan etdikdən sonra, oldular düşmən?!
Bax, budur dağıdıcı müxalifət "liderlərinin" iç üzü və xislətləri. Görəsən, radikal müxalifət "liderləri" gəncləri aldadaraq, öz çirkin niyyətləri vasitəsilə zəhərlədiklərinə görə, insanların övladlarını rüsvayçı siyasətlərinə qurban verdiklərini buqndan sonra dərk edəcəklər? Mümkünsüzdür. Çünki dərk etmək üçün düşünən baş olmalıdır, o da...