PDF Oxu

Köşə

  • 2 928

KXCP-də növbəti bənzər qalmaqal

image

KXCP-də vəziyyət yenidən çərçivədən çıxıb. Belə ki, Mirmahmud Mirəlioğluya qarşı alternativliyini ortaya qoyacaq şəxslərdən biri də, demək olar ki, KXCP yaranandan bu partiyanın idarə heyətinin üzvü olan İsmayıl Yusifovdur. İ.Yusofov iki il öncə partiyada narazı qrupa qoşularaq, "Demokratik Birlik" fraksiyasının yaradılmasında iştirak etmişdi. Məqsəd M.Mirəlioğlunu partiya sədrliyindən kənarlaşdırmaq və KXCP-də yeni üsul-idarəçilik formalaşdırmaq olub. Ancaq həm o, həm də digər narazıların fraksiya yaratmaları, nəticədə onların KXCP-dən çıxarılmaları ilə başa çatdı.

Sədrliyə iddialının sözlərinə görə, o, partiyanın mövcud vəziyyətinin heç də qənaətbəxş olmadığını deyib və belə davam edərsə, "klassiklər"in təmsil olunduqları partiyada heç bir siyasi uğura nail olunmayacağını bildirib. İ.Yusifov KXCP-ni vəziyyətdən çıxara biləcək adamın alternativsiz şəxs olduğunu iddia edir. Sitat: "Bunu açıq deyirəm. Partiyaya sahib çıxmaq niyyətim var. Ancaq bunlar mənim subyektiv fikirlərimdir. Şəxsi fikirlərimdən daha çox "Demokratik Birlik" fraksiyasının son qərarına söykənəcəyəm".

Narazı "klassik" bildirib ki, KXCP krizisə sürüklənir və səbəblərdən biri də rəhbərliyin karyera, mandat davası etməsidir. Eyni zamanda, bildirilib ki, "klassik" cəbhəçilərun əksəriyyəti, məhz "Demokrarik Birlik" fraksiyasının tərəfdarıdırlar. Bu səbəbdən, əgər fraksiya istəsə, hətta vəziyyəti anidən öz xeyrinə dəyişə də bilər: "Biz onlardan fərqli olaraq karyera və mandat davası etmirik, partiyanı gücləndirmək niyyətindəyik. Çünki KXCP, bütövlükdə, "Demokratik Birlik" fraksiyasının yanındadır".

Partiya rəhbərliyi isə hesab edir ki, özlərini KXCP sədri M.Mirəlioğluya rəqib görənlər həmin iddialarında yanılırlar. Bu arada KXCP sədrinin ən yaxın tərəfdarı hesab edilən müavini Xəzər Teyyublu sözügedən iddialara qarşı sərt mövqeyini səslənidirb. Onun sözlərinə görə, İ.Yusifov KXCP üzvü deyil: "KXCP-nin üzvü olmayan şəxslərin partiyadaxili işlərə qarşıması mümkün ola bilməz. Kim mətbuatda nə deyir desin, bunun KXCP-yə heç bir aidiyyatı yoxdur".

X.Teyyublu, hətta İ.Yusifovun KXCP üzvü olmadığını izah da edib: "Adını çəkdiyiniz şəxs 9 ildən çoxdur ki, partiya sıralarında deyil. Belə bir adam KXCP sıralarında olub, hətta sədr müavini idi, daha sonra şəxsi işləri ilə bağlı öz istəyi ilə partiyadan gedib. Ümumiyyətlə, 10 ilə yaxındır ki, bu adamın KXCP-də hər hansı fəaliyyəti yoxdur. 10 ildən sonra partiyaya bu cür niyyətlə yanaşmaq və belə mövqe sərgiləmək anormallıqdır".

Göründüyü kimi, artıq vəziyyətin nə qədər gərgin vəziyyətə sürüklənməsi KXCP-nin daxili qarşıdurma həddində olduğunu yetərincə təsdiq edir. Əgər belə davam edərsə, Müsavat və AXCP ilə yanaşı, KXCP də çətin durumda qalacaq. Artıq bu, açıq şəkildə görünməkdədir.

Digər xəbərlər