Referendum Ə.Kərimliyə növbəti dəfə müxalifət düşərgəsində özünü "real müxalifət" kimi göstərmək imkanı versə də, o, bu dəfə də arzusunu reallaşdıra bilmədi. Sirr deyil ki, hələ 2013-cü ilin prezident seçkilərindən əvvəl və sonra parçalanmış "Milli Şura"nın bundan sonra hər hansı siyasi uğur əldə edə biləcəyi ilə bağlı fərziyyələr özünü doğrultmadı. AXCP, faktiki olaraq, "Milli Şura"nı özünün yedəyi kimi istifadə etməyə başladı. Xüsusilə, Ə.Kərimli C.Həsənlini istədiyi oyunlarda oynatmağa başladı. İndi isə bütün bunların nəticələri göz önündədir. Fakt budur ki, Kərimli uduza-uduza gedir və buna baxmayaraq siyasi həyasızlığıını nümayiş etdirərək, hansısa "uğurlarını" ictimai rəyə sırımağa çalışır.
Əli Kərimlinin yaxın zamanlarda təxribata çəkərək həbs etdirəcəyi fəallar olacaq
Ə.Kərimli mitinqdən gəlir mənbəyi kimi istifadə edib və mitinqə çağırış edənlər də "Yurd" şefinə əlavə maddi gəlirlərin qazandırılması deməkdir. O da bəllidir ki, Ə.Kərimli ətrafında baş verən həbslərə görə, səfirlik və xarici dövlətlərin buradakı korpuslarından "siyasi məhbus ailələrinə dəstək" məqsədilə pullar alır. Aldığı pulların böyük bir hissəsini mənimsəyir, kiçik bir məbləği də məhbus ailələrinə və AXCP-yə, "Milli Şura"ya aidiyyatı olmayan, lakin pul müqabilində mitinqə qatılanlara verir ki, bununla həmin mənbələrə hesabat verə bilsin. İndidən demək olar ki, - Ə.Kərimlinin yaxın zamanlarda təxribata çəkərək, həbs etdirəcəyi fəallar olacaq. Bu dəfə olmasa da, planlaşdırdığı növbəti mitinqində mütləq olacaq. Çünki hər həbs olunan adam Ə.Kərimli üçün qazanc deməkdir.
Səfirliklərin qapısında sürünən Əli Kərimli
Bu yerdə, deyə bilərik ki, sonuncu dəfə 2015-ci ilin may ayında "Məhsul" stadionunda piket keçirən "Milli Şura" - "Yurd" birliyi uzun müddət idi ki, ortalıqda görünmürdü, pul qazanmaq şansları itmişdi. Məhz referendum məsələsi ortaya çıxdıqdan sonra Ə.Kərimlinin, necə deyərlər, çiçəyi çırtladı və o, 26 sentyabr referendumu qərarından şəxsi mənfəəti naminə qazanc əldə etdi. ABŞ, Fransa və Böyük Britaniya kimi səfirliklərin qapı dalındaca məbləğlərini alıb, qaçdı mitinqlər keçirməyə... Keçirməyinə keçirdi, amma buna mitinq deyil, piket demək daha doğru olardı. Görünür, indi Ə.Kərimlinin, ötən mitinqindən sonra ağzı "bala" batıb, indi də planlaşdırılan mitinqdə nəyə batacağını zaman göstərəcək...
RƏFİQƏ