PDF Oxu

Köşə

  • 3 226

Uduzmuşlar və batmışlar...

image

"Milli Şurası" adlanan qondarma qurumun dırnaqarası rəhbəri C.Həsənli və onun yerli ağası Ə.Kərimli indi çıxılmaz vəziyytdə qalıblar. Ona görə ki, düşdükləri vəziyyət onların sonunun çatmasını artıq təsdiq edir. Azərbayanda referendumun keçirilməsi əleyhinə çıxış edən bu hərdəmxəyal "müxalifətçilər", yəni ölkəni gah "FETÖ"nün, gah da Qərbin ermənipərəst lobbisinin buyurduğu şəkildə çalxalandırmağa çalışan adıçəkilən ünsürlər hazırda dalana dirəniblər. Qərbin ssenarisinə görə, əldə ediləcək məqsədlər arasında ən başlıcası dövlətimizə qarşı təzyiq rıçaqlarının gücləndirilməsi, Azərbaycana xarici məkrli qüvvələrin siyasətinin diqtə edilməsi, sonra stabilliyin pozulması strategiyasının domino effekti ilə digər ölkələrə yayılması və xaos müstəvisinin genişlənməsi idi.

Qərbin marionetkalarının gətirilməsi ilə başa çatması üçün fəal hərəkətlərə başlanmalıydı

Beləliklə, referendumun keçirilməsi barədə qərarın verilməsindən sonra Qərb indiyədək bir sıra ölkələrdə uğurla sınadığı məkrli ssenarini Bakıda da reallaşdırmaq istəyirdi. Bunun üçün isə xarici ermənipərəst siyasi dairələrin nökərləri olan dağıdıcı müxalifət və siyasiləşmiş QHT-lər, fondlar və s.-lər vasitəsilə gərginlik artırılmalı, insanlar küçələrə çıxarılmalı, hakimiyyət strukturlarına muzdlu "demokrat"ların rəhbərlki etdikləri təşkilatlar vasitəsilə təzyiqlər göstərilməli, daha sonra siyasi partiyalarla radikal dindarların ittifaqına nail olunmalı idi. Ancaq...

Heç özləri də bilmirdilər ki, nə bağırırlar

Bakıdakı "Məhsul" stadionunda keçirilən mitinqlər, daha doğrusu, AXCP, "Milli Şura" və Müsavatın siyasi biabırçı vəziyyətləri növbəti dəfə sübuta yetirdi ki, Ə.Kərimli, C.Həsənli, A.Hacılı və İ.Qəmbərin radikal dini qruplaşmalara meyillənmələri, xülyalara qapılaraq cəmiyyəti "dindarlara və ateistlərə" bölmələri, əslində, həmin mitinqlərin vətəndaşların sərbəst toplaşmaq hüququndan bəhrələnməsi kimi yox, Azərabaycanda stabilliyin pozulmasında birbaşa maraqlı olan bir yox, bir neçə siyasi dairənin planı kimi qəbul etməliyik. Ölkəmizdə xof, qorxu və vahimə mühiti yaratmaq istəyən bu buqələmunlar toplumu "Avropaya assosiativ üzv olmalıyıq!", "ABŞ Konqresindəki dinləmələr həyəcan siqnalıdır!" şüarları ilə yanaşı, "İmanlı qardaşlarımıza azadlıq!", "Yezidlə mübarizə aparaq!" tipli şüarları yan-yana düzüb, heç özləri də bilmirdilər ki, nə bağırırlar.

Beləliklə, onlar uduzdular, çünki xalq onları siyasətçi kimi qəbul etməyib, etməyəcək də. Fakt budur ki, hətta bundan sonra on və daha çox referendum keçirilsə belə, yenə də müxalifətdə qalıb, pas atmaqda davam edəcəklər. Onların alınlarına xəyanətkar, satqın və sərsəmlik yazıldığı kimi, həm də boş xəyalpərəstlik də yazılıb. Necə ki, öz utopiya bataqlıqlarında bata-bata gedirlər...

Digər xəbərlər