Bir neçə gün öncə ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərini xeyli saf-çürük etdim. Bu adamın Mahmud Abbasa salam verməməyinə, Fətullah Gülənlə bağlı sualları gülüşlə qarşıladığına və təmsil etdiyi dövlətin bəşəri cinayətlərini xüsusi istehza ilə gizlətməyinə baxmayın. Əslində, hər şeyi etiraf etdi. Görün, nə deyir: "Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün şərait hələ yaranmayıb. Bugünkü dünyada "Dağlıq Qarabağ: Azərbaycan-Ermənistan" və s. kimi dondurulmuş münaqişələr var ki, hazırda nizamlanma imkanları nəzərdən keçirilmir, çünki "liderlər" hazır deyil. Fələstin-İsrail münaqişəsi belə münaqişələrə aid deyil. Bu cür münaqişələr mürəkkəbdir, ancaq insanlar müəyyən qərarlar qəbul edərsə, onları keçmişdə buraxmaq yollarını görmək mümkündür".
Bu ABŞ və Qərb, konkret olaraq bütün dünya ilə məzələnirlər. Əvvəla, Qarabağ münaqişəsini həll etmək üçün şərait yaranmayıbsa, bu, sizin üçün keçərlidirmi? Amerikanlı arvadlarınıza "daydaylıq" edən ermənilər işğaldan əl çəkmirsə, o zaman siz də yerinizdə oturun və biz dediyiniz o "şəraiti" yaradaq. İkincisi, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişəyə çevirib, əlində gələcəkdə Azərbaycana qarşı təzyiq mexanizmi kimi əlinizdə saxlamaq istəyirsinizsə, bu planınız da baş tutmayacaq. Çünki yaxın vaxtlarda Azərbaycan hər kəsin, elə sizin dövlətin də təmsil olunduğu ATƏT-in Minsk Qrupunun qarşısında konkret şərt qoyacaq: ya erməni işğal etdiyi torpaqlardan rədd olsun, ya da vuracam... O ki qaldı "liderlər" hazır deyil fikrinə ağlı başında olan diplomat bu ifadəni işlətməməli idi. Siz Suriyada, İraqda, Fələstində, Liviyada, Əfqanıstanda əli uşaq qanına batmış prezidentlərinizlə, liderlərinizlə bizim liderləri səhv salmayın. Utandırıcıdır ki, "beynəlxalq fahişə" Kim Kardaşyan Serj Sarkisyanla ABŞ dövləti arasında vasitəçilik edir və həftə səkkiz-mən doqquz" C.Kerrinin arvad-uşağı ilə birlikdədir.
Əziz" Kerri! Qarışdırmayın ha, mən Teodor Drayzerin "Kerri bacı" romanından sitat gətirmirəm, birbaşa diplomat Cona səslənirəm: Sizin o "sovetoloqlarınız" var idi ha (hansı ki, SSRİ-ni dağıtmaq üçün ABŞ-da fəaliyyət göstərən məxfi institutunun əməkdaşları belə adlanırdılar), təsadüfən sən də onlardan biri deyilsən? Bilməyənlər də agah olsun ki, C.Kerri 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığa dəstək" aktına əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını yasaqlayan "907-ci düzəliş"in müəlliflərindəndir. Kerri XX əsrin 80-ci illərində gənc "sovetoloq" idi. Ümumiyyətlə, öz hərbi əməliyyatlarının çıxarları naminə Suriyada, İraqda, Fələstində günahsız insanların-uşaqların, qadınların, qocaların öldürülməsinə "iki əlli" səs verən Massaçusetsdən seçilmiş senatordur. Qısası, ABŞ prezidentini seçən şəxslərdən biridir. ABŞ-da hər ştatdan ( 51 ştat) 2 senator seçilir. O senatorlar da konqresmenləri seçirlər. Kerri həmin yüz iki nəfərdən biridir.