Bu virusa yoluxmaq xərçəngə tutulmaq qədər təhlükəlidir. Kimin iradəsi, ağlı, dərrakəsi varsa, mütləq bu "xəstəlik"dən canını qurtaracaq. Əlmətləri: ildə bir dəfə "Məhsul" stadionuna gedərək içi boş qazanlar kimi danqıldamaq, hər şeyə ləkə atmaq, ağa qara demək, xarici qrantlara canu-dildən aşiq olmaq, mitinqdə şəkil çəkdirib, Avropa ölkələrinin buradakı səfirliklərinə göndərib "siyasi mühacir" statusu almağa cəhd etmək, işləməkdən imtina etmək, arvad-uşağını ac qoymaq və sairə. Elələri var ki, bundan sonra buludları ayağının altına sərib başına Günəşdən papaq da qoysan, xeyri yoxdur. Artıq özünü bu xəstəliyin ən düşük viruslarının daşıyıcısına çevirib. Təsəvvür edin, "Milli Şura"nın 11 sentyabr mitinqində 50-yə yaxın şəxs şəkil çəkdirib sənədlərini də hazırlatdırıb səfirliklərə göndərib ki, siyasi sığınacaq alsın. Bu adamlar əziyyətsiz-zəhmətsiz yaşamağı, havayı pul yeməyi sevənlərdir. Başlarında hələ də 1992-1993-cü illərin abu-havası qalıb. Yazıqlar ümid edirlər ki, nə vaxta sənədlərini düzəldib arasına da 10 min manat pul qoyub Ə.Kərimliyə göndərəcəklər və daha sonra "siyasi mühacir" kimi xaricdə yer alacaqlar. Bədnam olasız. Bu nə yava işdir, a bəylər!? Öz doğma vətənində zəhmət çəkib normal maaşla ailəni saxlamaq şərəflidir, yoxsa İsçevdə, Almaniyada "şeytan çarxı"na su tökərək havay pul alıb "nəmər" yemək!?
"Hörmətli", Ə.Kərimli, artıq bütün dünya səni səfirliklərlə müxalifətçilər arasında genişlənən "siyasi mühacir" biznesinin ən tanınmış "makler"lərindən biri kimi tanıyır. Sənin müxalifət dediyin belə olurmuş. Reallıq hissindən məhrum olmaq bax, budur! 23 ildir heç bir siyasi uğur qazana bilməyən "lider" abırına qısılıb evində oturmalı idi ki, özündən sonra da kimlərisə bədbəxt eləməsin. Amma sən bunu bacarmadın. Olmayan bir şeyə necə qısılasan ki... Reallıq hissini itirmək bax, budur! Reallıq hissini itirmiş başqa bir ahılın - C.Həsənlinin ali məktəbin koridorunda qolundan tutub "prezident" olacağını vəd etdin. Bu, o qədər asan idisə, özün niyə olmaq istəmədin!? Düşünmədin ki, "qalxan" kimi başının üstünə tutmağa çalışdığın bu ahıl səni uçurumun lap dibinə saldı. Budur reallıq hissini itirmək! Mitinqdə gənclərə hərbi xidmətin vacibliyindən dəm vururdun, amma oğlun Türkel əsgərlikdə olmayıb. Sənin reallıq dediyin budurmu!? Erməni müxalifət partiyaları ilə eyni cameədə təmsil olunmaqdırmı müxalifətçilik? Vallah, mən nə qədər fransızamsa, sən də bir o qədər azərbaycanlısan. Budur reallıq hissini ayaqqabıya çevirmək. Ayaqyalın gəzmə!
P.S. Əli Kərimli və İsa Qəmbəri xalq hərəkatının "lideri" kimi təqdim etməyə çalışan xanımın soyadına ( daha dəqiq desək, soyunun adına) diqqət edin: Yasəmən QARAQOYUNLU... Ümumən pis soyad deyil e, sadəcə, yaxşı olardı ki, adamın soyu şir-pələngə, nə bilim, ən azı dəvəyə-zada gedib çıxsın. Axı ot kökü üstə bitər...