İki gün öncə "Azadlıq.info" məlumat yaymışdı ki, guya AXCP-nin Neftçala rayon təşkilatının sədri polisə aparılıb, onu həbs ediblər. Açığı, Əflatun Əhmədzadə adlı təşkilat sədri haqqında yazmaq istəməzdim. Ancaq ortada provokasiya varsa, istər-istəməz, münasibət bildirməmək çətin olur. Baxın, "Azadlıq.info" 14 oktyabr saat 21:38-də "AXCP-nin şöbə sədri polisə niyə aparıldı?" başlıqlı yazı dərc edib. Üstündən 3 gün vaxt keçməsinə baxmayaraq, "Azadlıq.info" bu barədə növbəti informaisya vermir. Əcəba, nədən? Əgər bu adam, həqiqətən də, həbs olunubsa və "Azadlıq.info" da bunu yazıbsa, bəs sonrası ilə niyə maraqlanmırlar? Yox, əgər həbs olunmayıbsa, o zaman bu yazının dərc olunmasında məqsəd nədir? Bu suallara cavab tapmaq üçün Ə.Əhmədzadəyə zəng vurdum, danışdım. Polisə niyə aparılması ilə bağlı isə aramızda heç bir söhbət olmadı. Necə deyərlər, bu radikal cəbhəçilər bir az səy olduğuna görə, kim zəng vursa, istədikləri kimi danışırlar. Məsələn, zəng vurub yalandan desən ki, sənin əsgər yoldaşınam, nə var, nə yox!? Sevindiyindən dombalaq aşacaq, səninlə elə danışacaq. Əslində isə, məsələ nədir? Deməli, bu Ə.Əhmədzadəni xuliqanlıq hərəkətinə görə, polisə dəvət ediblər, izahıtını alıblar, sonra da evinə-eşiyinə gedib. Bu qədər... Belə çıxır ki, cəbhəçi nə cinayət törətsə də, onu polisə çağırmaq olmaz? Bu, nə düşüncədir? Bəs hamının qanun qarşısında bərabər olmağını tələb edirdiniz!? "Azadlığ"ın hay-həşir salmağına baxmayaraq, Ə.Əhmədzadə özü də ortaya çıxdı. Pasportunu tamamilə itirmiş "Azadlıq " hələ də yazır ki, Ə.Əhmədzadədən xəbər yoxdur, onunla əlaqə saxlamaq mümkün deyil. Ancaq zəhmət olmasa, facebooka daxil olub "Aflatun Ahmadzade" adlı profildə nə yazıldığının özünüz də şahidi olun: "Dostlar, narahatlığa heç bir səbəb yoxdur, artıq evdəyəm, qısa bir söhbət oldu...". "Azadlıq" utanırmı heç? Bu cür dezinformasiyalarla kimi aldatmağa çalışırsınız!? Nə isə...
Siz elə başa düşməyin ki, cəbhəçilər guya əsl "azadlıq" çarçılarıdırlar. Normal insan tərcümeyi-halında yaxşı təhsil və iş məsələlərinin yer aldığını istəyir. Bu xəstələr həbsdə yatmağı özlərinə qürur hesab edirlər. Onsuz da bilirlər ki, gedib maşınla adam vurub öldürsələr, həbs olunsalar, yenə də "siyasi məhbus" olacaqlar. Həbsxana düşkünləridir bunlar, Nemət Pənahlının təzə versiyalarıdır. Mən bu yaxınlarda cəbhəçilərin dialoquna istəmədən qulaq şahidi oldum və buna məndə tam əminlik yarandı: "Qaqam, Lixtenşteyndə cəmi 91 nəfər polis var, heç vaxt da 10-dan artıq məhbus olmayıb orda. Məhbuslara yeməyi də restorandan sifariş verib yatağına gətirirlər. Dövlət deyir ki, 10 nəfərə görə, aşpaza pul verib israfçılıq eləmək düz deyil. Sən öl, ləzzət eləyir...". Bu adamaları Cəmil Həsənli "bişirib" ki, sizləri tarix kitabıma yazacam və gələcək nəsillər sizlərdən nümunə götürəcək. Yazıq uşaqlar, necə seviniblərsə, hamısı həbs olunmaq istəyir. Bu, nə rəzalətdir? Əlli il bundan öncə öldürülən dədəsinin qisasını almaq istəyən adam da deyir ki, gedib AXCP-yə üzv olum, sonra dədəmin qatilini öldürəcəm. Niyəsini soruşanda "siyasi məhbus"luqdan, Avropa konvensiyalarından danışır.