PDF Oxu

Köşə

  • 5 428

Müxalifətin Qarabağı istəməməsinin səbəbi

image

Qaragüruhçu müxalifətin qeyri-adi hərəkətlərindən biri onun Dağlıq Qarabağ məsələsinə olan münasibətidir. Müxalifət ancaq vay-şivən qopararaq qan və mənfi olan hər şeyi axtarır. Bu tip informasiyalar da müxalifət qəzetlərinin manşetində verilir. Ermənistan müxalifətinin Azərbaycan müxalifətindən fərqi ondadır ki, erməni müxalifəti Dağlıq Qarabağ problemi ilə əlaqədar həm beynəlxalq təşkilatlara, həm də Ermənistanın məsələ ilə əlaqədar üzv olduğu bütün qurumlara müraciət ünvanlayır. Məsələn, erməni müxalifəti xaricdə yaşayan ermənilərlə də Qarabağla bağlı məsələlərdə əməkdaşlıq nümayiş etdirir. Amma Azərbaycan müxalifəti bu məsələni tamamilə yadından çıxarıb. Hətta yaxasını kənara çəkməkdən ötrü özlərindən min-bir cür hoqqalar və yalanlar uydururlar.

Ona görə də belə bir aksioma yaranır - müxalifət Dağlıq Qarabağ münaqişəsinin həll olunması heç də istəmir. Bu gün AXCP sədri Ə.Kərimli, onun siyasi kuklası, "Milli Şura"nın sədri Cəmil Həsənli, Müsavatın saxta yolla seçilmiş başqanı Arif Hacılı, eləcə də onu saxtakarlıq yolu ilə başqanlıq kreslosuna oturdan İsa Qəmbər və sairləri elə zənn edirlər ki, məsələni hakimiyyətə gəldikdən sonra yalnız onların özləri həll edə bilərlər. Ona görə də bu cür qaragüruhçu müxalifət hətta Qarabağ problemindən də özlərinə sərf edən tərzdə istifadə edirlər. Məsələn, yalnız iqtidarı şərləmək üçün istifadə etməyə çalışırlar.

Amma müxalifət, həqiqətən, ağıllı siyasət yürütsəydi, münaqişəni beynəlxalq səviyyədə qabardardılar. C.Həsənli kənara çıxan kimi, ancaq Azərbaycan haqqında qeyri-qanuni məlumatlar verməklə məşğuldur. C.Həsənli bir dəfə də olsun, Azərbaycanın maraqlarını satdığı ölkələr qarşısında Dağlıq Qarabağ münaqişəsini qaldırmayıb. Belə olan halda, C.Həsənli cəmiyyət arasında sevilən şəxsiyyətə çevrilərdi. Tək C.Həsənli yox, bütün Azərbaycan müxalifəti bu gündədir. Azərbaycanın pis gündə olması onlara ləzzət verərdi. Ona görə də Azərbaycan müxalifətinin siyasi vampir kimi dəyərləndirilməsi də doğru seçimdir. Yəni bunların əsas məqsədləri də qan içməklə hakimiyyətə gəlməkdir. Müxalifət iqtidarın ayağının büdrəməsini gözləyir ki, vampir kimi başının üstünü kəsdirsin. Siyasi vampirlikdən əl çəkmədikcə, müxalifət nə Azərbaycan cəmiyyətinin hörmətini qazanacaq, nə də ki, beynəlxalq aləmdə onu ciddi qəbul edəcəklər. Ümumiyyətlə, son seçkilər də göstərdi ki, onlar piyadadırlar. Müxalifət nəinki Biləcəridən, heç "Şamaxinka"dan aşağı düşə bilmir. 9 mikrorayon səviyyəsindən yuxarı qalxa bilmirlər. Elə-belə qalsalar yaxşıdır. Yoxsa ki...

Digər xəbərlər