PDF Oxu

Köşə

  • 3 022

Hitlersayağı cəbhəçilər

image

Qulaq hər gün bir söz eşitməsə kar olar, deyib atalar. Keçmiş cəbhəçilərdən biri vaxtilə AXCP-yə necə üzv olmasından danışıb. Necə ki, İkinci Dünya müharibəsində Almaniyada insanların "hitlerçi" olub-olmadığını yoxlamaq üçün onların bığlarını ölçürlərmiş. AXCP-də də müəyyən ölçü vahidləri-krtiteriyalar var. Deməli, söhbət 2004-ci ildən gedir: AXCP-yə üzv etdikləri adamın qabağına Elçibəyin portretini qoyub, bu adamın kim olduğunu soruşurlarmış. Hünəri varsa, kimsə "Əbülfəz Elçibəydir" desin. Dərhal təpəsinə yumruğu vurub, bayıra atırlarmış. Sən demə, Elçibəyin portretini görən kimi ayağa durmaq, əlini ürəyinin üstünə qoyub, ucadan "Azərbaycan" deməli imişsən. Bundan başqa, narıncı qalstuk, ağ corab, boz kostyum geyinmək şərt imiş. Yəqin unutmuş deyilsiniz, 2005-ci ildə "Narıncı inqilab" arzusu bu adamlarda necə tüğyan eləmişdisə, az qalırdılar ki, şalvarlarını da narıncı etsinlər. Ümumiyyətlə, AXCP sədri Ə.Kərimlinin partiyaya gətirdiyi "yeniliklər" çoxdur. Məsələn, vaxt var idi, AXCP-nin "Sahil" metrosunun yaxınlığında yerləşən qərargahının balkonunda yeşik-yeşik yumurtalar saxlayırdılar. Bütün şəhəri yumurtalamaq istəyirdilər. Bundan başqa, Ə.Kərimlinin sədrliyi dövründə AXCP düz 45 yerə parçalandı, hər bir parçalanan da özünə partiya yaratdı. Hamısı əməlli-başlı siyasətə gəldilər. Amma bu, Ə.Kərimlidə alınmadı. Vaxtilə Elçibəyin "Əli Kərimli üz yaşına da çatsa, uşaq kimi qalacaq" fikri zaman-zaman öz təsdiqini tapır. İş o yerə çatmışdı ki, əgər cəbhəçi öz qızını iqtidarçının oğluna ərə verərdisə və ya əksinə-oğluna cəbhəçinin qızını alardısa, həmin adamı daşqalaq edib, başına torba keçirərdilər.

Bu dünyada mənə xoş gələn iki nəfər var: biri ABŞ prezidentliyinə namizəd Donald Tramp, digəri də bizim Hafiz Hacıyev. Qırırlar bir-birilərini. Tramp ordan Hafiz müəllimə notalar göndərir, bizimki də burdan ona ultimatumlar verir: onda siyasi ağıl yoxdur. Hafiz Hacıyev də deyir ki, Tramp tum satandır, getsin biznesi ilə məşğul olsun. Təsəvvür edin ki, Tramp prezidentdir. Hafiz müəllimi ABŞ-da qoyursan qubernator, Jirinovskini də dövlət katibi... Çox demirəm, üç gündən sonra Yer üzündə ABŞ-dan əsər-əlamət qalmaz.

Bir gün öncə vaxtilə Ağcabədidə vəzifədə işləmiş bir nəfər qonağım idi. Leyla Yunusdan, Ə.Kərimlidən, Rəhim Qazıyevdən elə şeylər danışdı ki, bunları heç vaxt eşitməmişdim. Deməli, L.Yunus ötən əsrin 90-cı illərinin əvvəllərində Ağcabədiyə gəlib ki, rayonu boşaldın, bura erməni dostumuzu vəzifəyə gətiririk. Böyük söz-söhbət düşüb və üstündən bir-iki gün keçəndən sonra L.Yunus Ağcabədiyə silahlı adamlarla gəlib. Yenə də böyük təpki ilə qarşılaşıb. Ancaq ona Bakıdan əmr verilib ki, yerli əhalidən bir-iki nəfəri güllələsin, o zaman insanlar qorxacaq. Nə isə, bu da baş tutmayıb, ağcabədililər onun və adamlarının silahlarını alıblar.

Digər xəbərlər