Həqiqətən də, özünə müxalifət deyən dağıdıcı cəbhəçilərin ağlı quşda olsa idi, inanın ki, o quş dal-dala uçardı. Oğlu Türkeli Amerikada yaşayan, özünü "siyasi mühacir" adlandıran, milli genefondumuza (sifətinə baxsanız, bilərsiniz) zərrə qədər də dəxli olmayan Səid Nuriyə həvalə edib. AXCP sədri. S.Nurini tanımayan, öna xüsusi "hörməti" olmayan adam yoxdur. Vaxtilə videoları ilə gündəmi zəbt edən bu qurbağasifətin indi də işi-gücü dövlət rəsmilərini sosial şəbəkələrdə təhqir etməkdir. Sən demə, Səid, Qənimət Zahidin açdığı "Turan" TV-dən aylıq maaş alırmış. Öz ölkəsində "Azadlıq" qəzetini guya pulsuzluqdan çıxara bilməyən, ancaq xaricdə telekanal açan Q.Zahidin mahiyyəti bəllidir! Bəs Səidin işi nədir? Deməli, "Turan" TV-nin Amerikada olan çəkilişlərini bu adamın aparması qərara alınıb. Hətta ABŞ-da yaşayan azərbaycanlıları da bu işə cəlb etmək ona verilən tapşırıqlar sırasındadır. İnanıram ki, "Turan" TV-nin qarayaxma kampaniyasında ən yaxşı iştirak edənlərdən biri də Səid olacaq, çünki o, bu "işə" ən layiqli namizədlərdən biridir. İki gün bundan öncə Səidin sosial şəbəkələrdə nə yazdığını siz də oxuyun: "Təyyarədə yanımda bir əxi əyləşdi. Saqqali, libasli, ətirli... Əyləşən kimi də salamlaşdı, sonra başladı ərəbcə danışmağa. Əxiyə dedim ki, bağişla, ərəbcəm zəifdi, istəsən ingiliscə danişa bilərik. Təəccüblə soruşdu ki, hardansan? Amerikalıyam dedim. Amma mənimlə danışmadı".
Səid, sən amerikalısanmı? Açığı, bizim millət sənin kimi dümbələklər yetişdirmədiyinə görə, azərbaycanlı olduğuna ən azı sənin qədər biz də şübhə edirik. Hansı tayfaların qarışığından peydahlanmısansa bunu müəyyələşdir, konkret yaz. Necə deyərlər, ay Səid, mən nə qədər fransızamsa, sən də bir o qədər azərbaycanlısan. Keçək T.Kərimliyə...
ABŞ-ı Türkelə tanıtmaq Səidə tapşırılıb. Görünən budur ki, Səid də bu işin öhdəsindən "layiqincə" gəlib. Artıq Türkelin ABŞ-da gecə klublarında, kozinolarda çıxardığı hoqqalardan hər kəsin xəbəri var. Zalım oğlu guya orda insan hüquqarı ilə bağlı "işlər" görür. Günah səndə deyil e, səni ora göndərib, müxalifəti lağa qoyan lideriniz Ə.Kərimlidir. Elə bir-birilərini yaxşı tapıblar. Açıb baxın, əgər sosial şəbəkələrdə onun Azərbyacan dilində bircə cümləsinə rast gəlsəniz, daha sözüm yoxdur. Deməli, Türkel, pırpızbaş Mehman Hüseynovun yağışdan sonra şəhərimizin ən ucqar kəndlərində etdiyi meymunluqlarla bağlı bir foto və yazı paylaşıb. Amma ingilis dilində. Ucuz, yersiz və şit təbliğat buna deyirlər. Hansısa küçəni guya su basıb və bu da dünyaya car çəkir. Məntiqinizə asqırsınlar. Adnan Oktar dinlə necə davranırsa, siz də siyasətlə o cür davranırsınız. Bu da günün bədbəxtliyi: İlham Hüseyn AXCP sədrini Nelson Mandella ilə müqayisə edib. Yüz faiz, göydən daş yağacaq. Utanmasan, yas mərasimində də durub oynamaq olar.