PDF Oxu

Köşə

  • 2 585

Nemətə "pənah" aparmaq...

image

Gec doğulmağımızda heç bir günahımız yoxdur. Halbuki hələ buna gec doğulmaq da demək tezdir. Rəhmətlik ANS "215" KL adlanırdı, bir də dövlət televiziyamızın səsi hər kəsin evindən eşidilirdi. Sonralar balANS necə pozuldusa, bu, başqa məsələdir. Yəni vicdANSızlıq etmək lazım deyildi. AXC-Müsavat iqtidarı dövründə baş verən rüsvayçılıqları televiziyadan izləmək kiçik yaşımda da məni utandırırdı. Atamdan Milli Məclisdə iclas vaxtı "əlində siqaret çəkən kişi"nin kimliyini soruşmağa peşman olurdum. Sanki ekrandan məni eşidirdilər, acığa hərəsi bir tənbəki, "papruz" çıxarıb parlamenti, daha doğrusu, qanunlarımızı tüstüyə boğurdular. Pənah Hüseyn Əbülfəz Elçibəyi necə hirsləndirmişdisə, ikinci 1 saatın içində 2 qutu siqaret çəkmişdi. Hər kəs P.Hüseynin "qələminin qırılacağını" düşünürdü, amma sonradan məlum oldu ki, "qarpız" Pənah, Elçibəyi içirdib, sərxoş edib masasının üstünə də hazır sərəncamı qoyub imzalatdırır. Dalbadal iki nəfər icra başçısı təyin etdirir. Təkcə Ə.Elçibəyə qarşı eşitdiyiniz günahların, xəyanətlərin əzabı sizləri qəbir evində də rahat buraxmayacaq.

Bu, həm də həmin vaxtlar idi ki, almayanaq, heç bir təhsili olmayan Nemət Pənahlı camaata "otur, dur" dediyinə görə dövləti, xalqı özünə borclu bilirdi, hələ yüksək vəzifə arzuladığını demirəm. "Otur-dur"a bax ha! Guya... Bu da sonradan meydana çıxdı. Nemətin öyrədilmiş öz adamları idi, Nemət "otur" deyən kimi otururdular, "dur" deyən kimi dururdular. Camaatı da buna məcbur edirdilər. Çarəsiz insanlar nə üçün "oturub-durduğunu" bilmirdi ki, bilmirdi. Elə götürək mənim doğma dayım oğlunu. "Azadlıq" meydanında hər kəs xüsusi tərzdə, üsyankar şəkildə, özü də heca-heca "BİR-LƏ-ŞİN" qışqırırmış. Bu da "MİR-BƏ-ŞİR" deyə-deyə səsini başına atıbmış.

Yeri gəlmişkən, məncə, artıq "Azadlıq" qəzetini qanunla üz-üzə dayandırmağın vaxtıdır. Qoy qanun sözünü desin! Deməli, bir neçə gündür ki, saxta fotoşəkillərlə, əldəqayırma sənədlərlə Azərbaycan dövlətinin, dölət xadimlərinin ünvanına şər-böhtan yağdırır, xalqımızı və millətimizi müxtəlif karikaturalar vasitəsilə "monqol" adlandırır. Karikaturaların birində "üç xalq" təsvir edilib, hər bir xalqın başının üzərində simvolik heyvan şəkli qoyublar. Ermənilərin başının üstündə "pələng" şəkli qoyan bu axmaqlar öz xalqını "qoyun"la təsvir ediblər. Bax, sizin ləyaqətiniz, şərəfiniz, düşüncəniz bu qədərdir.

Nurəddin Məmmədli iki gün əvvəlki çıxışında özü haqqında danışakən "mən aliməm, professoram" dedi. Başımız sağ olsun! "Alimi" Nurəddin olan müxalifətin gör indi cahili nə gündədir!? Tak çto, mən necə kimyaçıyamsa, nə qədər yaxşı zooloqamsa, sən də bir o qədər "elm adamı"san, "professor"san...

Digər xəbərlər