PDF Oxu

Köşə

  • 2 946

4 vəsiqəli "müxalifətçi"

image

Bir tanışım var, adını da şərti olaraq Rauf qoyaq. Ölümdən qorxduğu qədər heç nədən qorxmur, Gecə-gündüz əlində "torba" gəzir, "tikməyə" adam axtarır. Dünən təsadüfən rastlaşdıq. Etdiyi pisliklərin cəzasını alacağını deyir, cəhənnəmə düşəcəyini xüsusi pafosla elə vurğulayır ki, sanki bu dəqiqə yıxılıb öləcək. Təəssüf ki, mətbuat adamıdır. Ona məsləhət verdim ki, darıxmasın: onsuz da sənin kimilər rəhmətə gedəndən sonra ya cənnətə düşür, ya da cəhənnəmə. Səhv etmirəmsə, 2005-ci ilin sentyabr ayı olardı: Rauf cibindən 4 ədəd vəsiqə çıxatrdı. İnanın, 4 partiyanın vəsiqəsini cibində daşıyırdı: ADP, AXCP, Müsavat, ALP. Birinciyə ona görə üzv olmuşdu ki, Sərdar Cəlaloğlunun çıxardığı qəzetlərdən birinə adını yazdırsın, aylıq pul alsın. AXCP-yə təkcə qızlara görə deyil, həm də oğlanlara meylli olduğuna görə üzv olmuşdu. Müsavatı mitinqlərdə pul payladığına görə seçmişdi. ALP-ni hansı səbəbdən seçməsi bu günə qədər özünə də qaranlıq qalıb. Yadımdadır ki, vaxt var idi, bütün müxalifətçilər onu axtarırdılar, sıravi üzvlərin hər birindən 10 manatdan yığıb yoxa çıxmışdı. Bir müddət görünmədi, 2012-ci ildə "Fəvvarələr meydanı"nda gözə dəydi, özünü su şırnağının qabağına verib, "müxalifətçi obrazı" yaratmaq istədi. Daha sonra işədüzəltmə adı ilə vətəndaşlara külli miqdarda zərər vurmuşdu. Kəsəsi, həbs olundu, çıxdı. İndi sayt işlədir, əsər-zad yazır, şeirlərdən piləyir. Sosial şəbəkəlrdə əməlli-başlı reklamı gedir: yazıçı, publisist, mətbuatın "divi", imkanlı jurnalist və s.

Yeri gəlmişkən, yadıma düşüb deyim. Çox adam, hətta öz vətəndaşlarımız belə, "türklər" deyəndə, yalnız Türkiyə ərazisində yaşayan insanları nəzərdə tuturlar. Amma bilməlisiniz ki, bizlərə-azərbaycanlılara türklər deyiləndə (XX əsrin əvvəllərinə qədər), Türkiyə türklərinə "osmanlılar" deyilirdi, dilləri də "Osmanlı dili" adlandırdı. Halbuki bizim dilimiz də "türk dili" adlandırdı. Ayrı- seçkilik salmaq fikrim yoxdur, qardaş dövlətik, eyni millətik, sadəcə, avam adamların başa düşməyi vacibdir. Təklif edirəm ki, onlara "türklər" yox, "Türkiyə türkləri" deyilsin. Yəni "TÜRK" adını təkcə Türkiyə ilə məhdudlaşdırmaq düzgün deyil və bu, gələcəkdə bu anlaşıyışın dərkedilmə arealını kiçildə bilər. Baxın, onlar bizə "Azəri türkü" deyirlər. Onsuz da "bağ", "kök" eynidir. Türkiyənin Konstitusiyası ANAYASA adlandığı halda, qadınlarına "Anne" deyirlər. O zaman konstitusiyaları da "ANNEYASA" olsun da.

Maraqlı vəziyyət yaranıb. Deməli, rayondan gəlib Bakıda ali təhsil alan qızlarımız təhsilini başa vurduqdan sonra yenidən müxtəlif rayonların ucqar kəndlərinə qayıdıb, müəllim kimi işləyirlər. Dövlət də bu insanların üzərindən diqqət və qayğısın əsirgəmir. Halal olsun! Amma rayondan Bakıya ali təhsil almağa gələn kişilərimiz təhsillərini başa vurduqdan rayonda yaşayan dədə-nənəsinə bircə məktub da yazıb göndərmirlər, nəinki ora qayıdıb işləmək. Dirənib Bakının ortasında dururlar çoxları da işsiz, evsiz. Ay qardaş, gedin rayonlaırnıza da. Bu qədər iş yerləri, zavodlar, fabriklər, müəssisələr açılıb. Doğulduğu rayonda işləyib 1000 manat maaş almağa, ailəsini dolandırmağa razı deyil, amma Bakıda nə iş olsa işləməyə həvəslidir. Ölürlər bulvarı o tərəf - bu tərəfə gəzməkdən ötrü. Ad olsun ki, Bakıda yaşayır. Əzizlərim 10 milyon əhaləmiz var, Azərbaycan təkcə Bakıdan ibarət deyil axı. Şükür olsun, rayonlarımızda şərait də arzuladığınız kimidir.

Digər xəbərlər