PDF Oxu

Köşə

  • 3 427

"Kitayski" müxalifətçilər

image

Öz aləmlərində "məşhur" cəbhəçilər və müsavatçılar çoxdur. Müsavata üz tutub İ.Qəmbərdən aylıq pul istəyən müsavatçı "yox" cavabı aldıqdan sonra Ə.Kərimliyə üz tutanlardan tutmuş, "Milli Şura"nın mitinqlərində "İŞİD"in bayrağını qaldıran cəbhəçilərə qədər hamısı "məşhurlaşıb". Qatara minmədən öncə metrostansiyanın platformasındakı güzgüdə əlinə tüpürüb saçını darayan "NİDA"çılar, cəbhəçilər sosial şəbəkələrdə söydükləri söyüşlərin müqabilində cəmiyyətdən diqqət və qayğı gözləyirlər. At boyda kişidir, saç saxlayıb, deşik-deşik cins şalvar da geyinib, ictimaiyyət arasında özünü elə aparır ki, sanki "dümbələk" azərbaycanlı deyil. Hər kəsi özünə borclu bilir. Guya bu "azadlıq savaşı" aparırmış və heç kim də buna dəstək vermir. Bir sözlə, "qoy, gəlim, hamınızı məhv edəcəm" prinsipi ilə ömrlərini çürüdən cəbhəçilər evlənəndə də qızın özünün, ata-anasının iqtidarçı olub-olmadığını araşdırırlar. Vay o günə ki, qız müxalifətçi çıxmaya, əllərinə plakat alıb qız evinin qabağında aksiya keçirib onları da dövlətə "xəyanətdə" ittiham edəcəklər. Deməli, cəbhəçi, "NİDA"çı gənclərin öz prinsipləri var: ət yemirlər, rəsmi nikaha girmirlər, kostyum geyinməyi təhqir qəbul edirlər, elçi getməyə, nişanlanmağa pis baxırlar, ata-anası dövlət işində işləyən qız almırlar, üz qırxmağı özlərinə ar bilirlər, ata-ananın qadağalarına riayət etməyi alçalmaq hesab edirlər və sairə. Tam ciddi deyirəm, bütün bunlar onların prinsipləridir. İnanmırsınızsa, bir "NİDA"çı ilə dostluq edin, gördüklərinizdən və eşitdiklərinizdən şoka düşəcəksiniz. Metroda ekskavatora minən kimi üzlərini tərsinə çevirib yerə baxırlar, ekskavator aşağı bunlar yuxarı gedir.

Dünən Ə.Kərimli və digər cəbhəçilər Azərbaycan Ordusu haqqında yazmışdılar. Guya çox zəifik, Bu azmış kimi, AXCP sədri bu iddiasını əsaslandırmağa da çalışmışdı. Cəbhəçilər də ordumuzla bağlı müxtəlif şəkilləri götürüb sosial şəbəkələrdə paylaşıb lağa qoyurdular. Erməni siyasətçi Sergey İnasyan isə deyir: "Azərbaycan Ordusu Ermənistan ordusundan çox güclüdür. Xüsusilə də, aviasiya və zirehli texnika üzrə..." İndi siz deyin, bunların hansı əsl düşmənimizdir: Ə.Kərimli yoxsa, Sergey Minasyan? Düzdür, "ilanın ağına da lənət, qarasına da.." deyib Minasyanı birinci düşmən bilirik. O, sadəcə, gücümüzü etiraf edib, erməni mövqeyindən əl çəkməyib. Bəs Ə.Kərimli nədir? Mahiyyətcə və məzmunca eyni, milliyətcə fərqli düşmənlərimiz. Biri daxildə, biri də xaricdə.

Deməli, gülünc bir vəziyyətə salıblar özlərini. Sən demə, cəbhəçilər sosial şəbəkələrdə yazdıqları şərhlərə, statuslara görə AXCP sədrindən pul alırlarmış. Təhlükəli virusdur. Sonra da deyirik ki, cəbhəçilər niyə zəhmət çəkib, halal pul qazanmırlar. Evdə rahat oturub komputerin qabağında "pələngə" çevrilib, ağızlarına gələni yazıb pul alırlar da...

Digər xəbərlər