PDF Oxu

Köşə

  • 3 233

Kərimlinin siyasi əcəli...

image

Fakt budur ki, AXCP sədri Ə.Kərimli və onun yedək qurumu "Milli Şura"nın sədri Cəmil Həsənli hələ də kirli vasitələrlə milli və dövlətçilik maraqlarımıza qarşı təxribatçı planlar üzərində işləyib siyasi uğur qazanacaqları xəyalları ilə yaşayırlar Xalqımızın və dövlətimizin adına yalnız ləkə, mənfi rəy qazandırmağa çalışan bu cür əməllər onların ermənilər qədər düşmənçilik mövqelərini aşkar şəkildə üzə çıxarmış olur. Ancaq milli xəyanətkarlar yadda saxlamalıdırlar ki, xarici qüvvələrin, eləcə də ermənilərin maddi və mənəvi dəstəyinə arxalanmaq olmaz. Bunu tarix özü də zaman-zaman sübuta yetirib və təsdiq edib.

Xainlərin əsli elə onların özləridir...

Bu gün Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir. Ölkəmizdə hər bir vətəndaşın öz mövqeyini açıq şəkildə ifadə etməsi üçün hər cür şərait və imkan yaradılmışdır. Lakin bu, heç də hər hansı bir şəxsə yalan və böhtanla məşğul olmağa, ölkəmizin əleyhinə fəaliyyət göstərməyə imkan vermək kimi başa düşülməməlidir. O cümlədən, ölkə müxalifəti yalnız AXCP və "Milli Şura"dan və Müsavatdan ibarət deyil. Digər müxalifət partiyaları da var ki, onlar öz siyasətlərini normal şəkildə aparmağa çalışırlır. Amma dağıdıcı müxalifət həmin müxalifəti düşərgə tərəfi hesab etmir, xəyanətkar və satqın adlandırırlar. Halbuki xainlərin əsli elə onların özləridir.

Kərimlinin tərəfdarları böhtançılığa keçdilər

O da bir sübutdur ki, AXCP sədri böyük əhəmiyyət verdiyi məsələlərin sosial şəbəkələrdə təbliğində fiaskoya uğrayır. "Facebook" sosial şəbəkəsində "HamamTimes" səhifəsindəki "yarışma" bu sırada növbəti həlqəni təşkil edir. "HamamTimes" səhifəsində ötən həftənin sonlarında "Əli Kərimli, yoxsa İlqar Məmmədov?" başlıqlı sorğu təşkil olunub. İlk sorğu günündə səhifə adminləri "REAL" sədri İlqar Məmmədovun lehinə səs vermək üçün "like", Ə.Kərimliyə səs verənlər üçün təəccüb anlamını verən "wow" düyməsini müəyyənləşdirdilər. Lakin daha sonra Ə.Kərimlinin tərəfdarları iddia irəli sürdülər ki, insanlar daha çox "Like" işarəsini bilir, həmçinin, "wow" işarəsini tapmaq üçün də əvvəlcə "like"ni sıxmaq lazımdır. Ona görə də, bu sorğunun ədalətli olmayacağını bildirən kərimliçilər işarələrin yerini dəyişdirməyi tələb etdilər. Səhifə idarəçiləri də onların tələblərini nəzərə alaraq, bu dəfə Kərimli üçün "like", İ.Məmmədov üçün "wow" düyməsi təyin etdilər.

Nəticə isə belədir ki, Kərimli və onun muzdlu "facebook" komandası hər şeyə rəğmən, uduzdu. Özü də bu dəfə öz müxalifətçilərinə - İ.Məmmədova. Artıq reallıq da budur ki, Ə.Kərimlinin siyasi ölümü yaxındadır. Bu dəfə o öz siyasi əcəlindən qurtula bilməyəcək.

Digər xəbərlər