2010-cu il yanvarın 12-də dünyanın nəzərləri Haitiyə yönəlmişdi. Həmin tarixdə 7 bal gücündə zəlzələ zamanı Haitinin paytaxtı Port-o-Prens tamamilə dağılmışdı. Hadisə zamanı 300 min insan ölmüş, 1,5 milyon insan evsiz-eşiksiz qalmış, yüz minlərlə insan isə yaralanmışdır. Haiti prezidenti Rena Preval demişdi: "Artıq 200 min nəfərin cəsədi tapılaraq basdırılıb. Amma dağılan binaların qalıqları altında hələ 100 min adamın cəsədi var". Bu açıqlamadan dərhal sonra prezidentə sui-qəsd olunur, ancaq Preval ölümdən xilas olur. Ardınca isə ABŞ xüsusi xidmət orqanlarının mətbuata ötürdüyü məlumatlarda, ümumilikdə ölənlərin sayı 130 min göstərilir və heç kimin dağıntılar altında qalmadığı qətiyyətlə vurğulanır. Maraqlıdır, ABŞ 170 min ölmüş insanı niyə gizlədir? Eyni zamanda, itkin düşənlərlə bağlı heç bir informasiya yayımına imkan verməyən ABŞ hərbçiləri Port-o-Prens aeroportundakı bütün xarici jurnalistləri qovur, bir neçə jurnalist döyülür, bir müddət sonra isə, xarici jurnalsitlərinin öldürüldüyü ilə bağlı sensasiyalı xəbərlər mətbuatın gündəmini zəbt edir. Meksikanın Haitidəki səfiri Everardo Suares bildirir ki, hakimiyyət orqanları meyitlərin dəfni prosesini təşkil edə bilmirlər: "Küçələrdə yüzlərlə meyit var. Su, elektrik enerjisi və tibbi yardım çatışmazlığı ciddi problemlər yaradır. Gecələr küçələrə çıxmaq mümkün deyil, kriminal dəstələr kütləvi soyğunçuluqla məşğul olur".
Fransalı jurnalist qısa müddətdə müşahidə etdiklərini qələmə alır: "Küçələrdəki meyitlər hansısa gözəgörünməz qüvvələr tərəfindən qəfildən yoxa çıxır, yaralı insanları, ölənləri lentə almağa imkan vermirlər. Özləri bağlı, qara geyimli, iri cüssəli maskalılar yaralıları və meyitləri çox qəribə şəkildə hazırlanmış, markası bəlli olmayan maşınlara doldurub naməlum istiqamətə aparırlar. ABŞ-ın ölənlərin, yaralıların və itkin düşənlərin sayını gizlətməsində məqsəd nədir? Markası bəlli olmayan maşınlarla ölüləri, yaralıları daşıyan (daha doğrusu, oğurlayan) kimlər olub? Jurnalistlər Port-o-Prensdən niyə qovulurdu? Faktlara istinadən demək olar ki, Haiti zəlzələsindən sonra 20 jurnalist qətlə yetirilmişdi, o jurnalistlərdən biri Santos xatirələrində yazır: "Bizə məlum olan gizli mənbələrdən əldə etmişdik ki, yaralıların, ölənlərin cəsədlərini oğurlayıb maşınlarla daşıyan ABŞ əsgərləri idi. ABŞ heç bir xəbərdarlıq etmədən Haitiyə məxfi ordu yeritmişdi, hətta bu ordunun zəlzələdən bir neçə gün öncə Haitidə olması ilə bağlı məlumatlarımız var idi".
Haitidəki zəlzələnin ABŞ-a məxsus yeraltı raketlər vasitəsilə qəsdən torpağın altında partladılması nəticəsində baş veməsi də düşündürücü amil olub. Zəlzələdən sonra ABŞ Haitidə siyasi-itisadi üstünlüyü tamamilə ələ alıb. Hətta zəlzələdən bir neçə il sonra ABŞ Haitidə "islah-əmək koloniyaları" adı altında Kabare və Pti-Qoav şəhərlərində dəniz kənarında iki gizli həbsxana tikdi. Haiti bu gün ABŞ-ın "gizli koloniyası" adı ilə tanınır. Orqan mafiyası, çirkli pulların yuyulması, silah ticarəti ilə bağlı işlərinin bir hissəsini ABŞ məhz bu ölkə vasitəsilə həyata keçirir. Təsadüfi deyil ki, Haitidə bu gün də xaos davam edir, idarəçilik bərbad vəziyyətdədir.