PDF Oxu

Köşə

  • 2 860

Gözəl Bayramlını təhdid etmək kimə lazımdır?

image

Son vaxtlar "Azadlıq" qəzetində (Azadlıq.info) AXCP sədrinin müavini Gözəl Bayramlının ölümlə təhdid olunması ilə bağlı Kərimlisayağı materiallar dərc olunmaqdadır. Guya kimsə G.Bayramlıya açıq nömrədən zəng vuraraq, ölümlə təhdid edib. Hansı ağıllı bunu edər axı? Amma Ə.Kərimli və müavini G.Bayramlı özlərindən "qəhrəman" obrazı yaratmaq üçün bu məsələdə də iqtidarı ittiham edirlər. AXCP sədrinin çıxışından bir sitat: "Odla oynamayın...". Bu adam kimi hədələyir? İqtidara olan qəzəb, kin-küdurətini G.Bayramlı üzərindən püskürən Ə.Kərimlinin məlum çıxışında radikal dini təriqətçilərə olan müsbət münasibətini büruzə verməsi nəzərimizdən yayınmadı. Ortada başqa maraqlı məqamlar var. Ə.Kərimli izah etsin görək, G.Bayramlını "təhdid" edən nörməyə niyə zəng çatmır? Vaxt var idi, cəbhəçilər müxtəlif nömrələrdən Ə.Kərimliyə zəng edib, təhidid edirdilər, daha sonra da həmin nömrələri qırıb atırdılar. Ad da bu olurdu ki, AXCP sədrini guya ölümlə təhdid edirlər. Yenidən start verdiyiniz bu hoqqabazlıq keçərli deyil. Ayıb deyilmi bir qadın üzərindən bu cür çirkin oyunlar qurmaq!? G.Bayramlı kimin nəyinə laızmdır ki!? Bu, ən çox Ə.Kərimlinin özünə sərf edir, yaxşı olardı ki, xanım cəbhəçi gedib partiya sədrinin yaxasından yapışsın.

Pıpızbaş Mehman Hüseynovu qabağa verib özünə "dividend" qazanmağa çalışan AXCP sədri arabir onu öz obyektlərinə tərəf də yönəldə bilsə, deyərəm ki, obyektiv adamsan. Məsələn, M.Hüseynov, imkan olanda Hacıqabul rayonunda Ə.Kərimliyə məxsus böyük elektrik mağazalarının ("Toshiba"), Masallıda, Hacıqabuldakı mebel mağazalarının da videosunu çəkib paylaşsın. Yağış yağan kimi Mozambik meymunları kimi əlinə selfie cubuğu alıb yağış suları ilə şəkil çəkdirməkdənsə, arabir qardaşı Eminin Varşavada təşkil olunan "intim məclis"lərin ulduzuna çevrilməsindən də yazsın. Hətta gedib selfie də edə bilər. Məncə, pis alınmaz və ya Dübəndi kəndində yerləşən, Ə.Kərimliyə məxsusluğu heç bir şübhə doğurmayan 4 mərtəbəli villanı vəsf eləsin. Lap yaxşı olardı ki, AXCP sədrinin "Mazda-CX9" markalı, 01-BM-636 nömrə nişanlı cipinin hər gün bu villaya nə üçün girib-çıxdığına bir pırpırzbaş "blogger" kimi aydınlıq gətirsin.

Qayıdaq yaxşı şeylərə. Türkiyəli müğənni Ebru Polat karyera planlaşdırması üzrə seminarlar keçirəcək. Ebru xanım bu barədə təklif aldığını və təklifdən məmnunluğunu da ifadə edib. Yazıq tələbələr, nə xoş sizin halınıza... Ebru xanımın dərs dediyi, onun seminarından bəhrələnən tələbələrin gələcəkdə nə olacağını düşünəndə, adamın tükləri biz-biz olur. Hər biriniz kimi mən də arzulayardım ki, məhz Türkiyədə həmin ali məktəbdə oxuyum və Ebru xanımın seminarlarını dinləyim. Heç şübhəsiz ki, bundan sonra böyük bir kitab, elmi işlər üzərində işləmək daha asan olar. Ebru xanıma uğurlar olsun, ancaq mənim dərdim başqadır. Çox demirəm, bir dənə hind məhəbbətin ola, gedib yaşıl çəmənlikdə səhərdən axşama qədər ayaqlarını göyə qaldırıb fırlanasan, qız o tərəfə tullana, sən bu tərəfə. Nə yemək dərdi çəkirsən, nə pul dərdi. Qeybdən də bir hind musiqisini eşidəcəyimiz ümidi ilə... Olmasa da olar. Bizim kəndin cavanları kimi: çiyninə yekə bir maqnitofonu alıb toyxanaya daxil olursan. Bu da olur hind məhəbbəti...

Digər xəbərlər