Bu gün dağıdıcı müxalifət haqda yazmaq istəməsəm də, onların həyasızlığını görəndə, fikrimi dəyişdim. Çünki dağıdıcı müxalifətin həyasızlığı, necə deyərlər, "astarı üzündən qalın" olduğu üçün yarandığı gündən mövcud iqtidarla baş-başa gəlməyi bacarmayıb. Dağıdıcı müxalifətin bütün biabırçı, məğlubiyyəti məhz bununla bağlıdır. Bəlli olan reallıq budur ki, nə ağıl, nə siyasi resurs, nə də səmimiyyət mövzusunda irəliyə doğru addım ata bilməyib. Təbii ki, bu hal nə bu gün, nə sabah dəyişməyəcək. Elə ölkəmizdə keçiirilən və demokratik prinsiplərə söykənən Referendum Aktı layihəsi ilə müxalifət yenə də ünvansız bir yol boyunca, yəni "birlik" məsələsini gündəmə gətirdi. Bu, o müxalifətdir ki, dəfələrlə "birləşib" sonradan isə ən qatı düşmənlərə çevriliblər. Maraqlısı da odur ki, bu gün ənənəvi müxalifət dövlətin verdiyi qərarları dəstəkləmir. Çünki həyasızlığın son dərəcəsi olan Ə.Kərimli və onun siyasi təlxəyi C.Həsənli qaranlıq siyasi dairələrin qulları-nökərləridirlər, milli-dövlətçilik maraqlarını satanlardır.
Məğlubiyyət müxalifətin alın yazısıdır
Bütün bunlardan sonra, "mən də varam" mülahizəsi. Bax, həyasızlığın 100 faiz həddi budur. Doğru deyimdir: "Məğlubiyyət müxalifətimizin alın yazısıdır". Bu, onların qabiliyyətinə, istəyinə, səmimiyyətinə, gücünə tam adekvat olan bir yekundur. Bu adamların 23 illik siyasi məğlubiyyət immuniteti var. Artıq onlarda arsızlıq mərhələsinə də keçid var. Belə olmasaydı, bu günlərdə bu "adam" bağırıb, saçını yolmazdı ki, "hüquqları pozulub", "sifariş" yerinə yetirir və s. İndi gəl millətin baş-beynini, zəhləsini töküb, "xalq hərəkatı" kimi yersiz, düşük "ideyalarınla" özünü yorma.
Görünür, bu barədə düşünmək, nəticə çıxarmaq Ə.Kərimlilərə sərf etmir. Onlara sərf edən budur ki, dövlət öz təməllərini möhkəmləndirməkdən ötrü xalqın marağına cavab verən qanun layihələri hazırlasın, bunlar da həmin layihələr ətrafında "varlıqlarını" sübut etməyə çalışsınlar. Ancaq bunu da etsələr, xalq onlara dəstək olmayacaq. Onlara sözüm budur: boş yerə özünüzü yorursunuz, illər keçsə də, "iqtidara gəlirik" istəyiniz ürəyinizdə qalacaq. Çünki xalq bugünkü Azərbaycanın uğurlu dövlətçilik siyasətinin arxasındadır. Xalq-iqtidar birliyi əbədidir, sarsılmazdır!