PDF Oxu

Köşə

  • 4 186

MİRZƏ, SAKİT..!

image

2009-cu ildə Mirzə Sakit amnistiya aktının tətbiq olunması ilə azadlığa çıxdı və bununla bağlı rus saytlarından hansısa belə bir başlıq altında kiçik bir material dərc etmişdi: "Mirza, tixo na svobode!!!" Uzun müddətdir Almaniyada mühacir həyatı yaşayan Mirzənin ingilis dilində şeirləri də "Mirza Pasific" imzası ilə dərc olunurdu. Ağlı başında olan bir adam çıxıb başa salmır ki, ay oğul, ad, soyad tərcümə olunmur, "Sakit" adını "rusca "tixo", ingiliscə "pasific" şəklində tərcümə etmək cahillik əlamətidir. İş ondadır ki, bu adamın adı Sakit Zahidovdur, Qənimət Zahidin qardaşıdır. Fəaliyyətlərinə, siyasi mövqelərinə, təmsil etdikləri düşərgənin uğur qazanacağına inansaydılar, ayaqlarını sərhədlərimizdən kənarda qoymazdılar. İş o yerə çatdı ki, doğulub boya-başa çatdığı Meysəri kəndi haqqında təhqir dolu şeirlər də yazdı Mirzə... Kim nə deyirsə, desin, həqiqət belədir ki, su axıb öz çuxurunu tapdı. Pivəbaz Mirzə Almaniyada oturub "iqtidar qafiyəsi" axtarır, Qənimət "Turan" TV adı ilə anti-türk layihəsini reallaşdırır. İşləmədən, zəhmət çəkmədən havayı pul qazanmaq, müftə yemək əldə etmək lazım idi, bunu da bacardılar. Amma gərək çörəyi yeyəndə də, kişi kimi yeyəsən. Bir neçə il bundan öncə, şəxsiyyət vəsiqəsini itirən Mirzə haqqında elə doğma qardaşı Qənimət "Azadlıq.info"da yazırdı ki, "Mirzə şəxsiyyətini itirib...". Sonradan bunu texniki səhv adlandıran "Azadlıq.info" ardınca "Mirzə şəxsi ət vəsiqəsini itirib..." elanı ilə "şair"i lap çətin duruma saldı. Bu həmin ərəfə idi ki, üstündən bir neçə il keçəndən sonra müsavatçı jurnalist Fikrət Hüseynli Mirzənin İstanbulda otellərin birində çıxardığı oyunlar haqqında anons vermişdi. İnsanda ən qiymətli sərvət həya hissidir, bunu itirdinsə, yaşamağa dəyməz. Dostlarının dediyinə görə, Mirzə burda necə yaşayırdısa, Almaniyada da elə yaşayır. Beş övlad atası olasan, özü də 57 dəfə doğum günü qeyd edəsən, amma bu yaşda da uşaq qalasan. Sənə "siyasətçi, nazir, deputat, yaxşı şair ol" demədi heç kim. Övladının toyunu facebookda iki cümləlik status yazıb təbrik etmək sənin üçün beləmi asandır!? Nə isə, kefinizi açım.

Gənc şair, dostum Kəramət Böyükçölün statuslarından sonra mənim də dilim dodağıma dolaşdı. Hardasa 5-6 gün bundan əvvəl parlamentdə təmsil olunan müxalifət partiyarından birinin sədrindən müsahibə almaq üçün Facebookda ona mesaj yolladım. Salam, filankəs "bəy" yazmaq əvəzinə, "səy" yazdım. İki dəqiqə keçmədi ki, mobil telefonuma zəng vurdu, gülməkdən uğunub getmişdi. Xəta beləcə sovuşdu. Ancaq mənə maraqlıdır, mən səhv yazmışamsa, bu adam niyə gülürdü!?

Kasıb insan kimi tanıdığım bir nəfərin haram yolla yığdığı sərvət haqqında eşidəndə, dizlərim tutuldu. Arabir oturub çay içirdik, heç vaxt 1 manat çayın pulun verməyib. Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən, yataqdan qalxa bilməyən bu adamın o qədər pulu, obyekti var imiş ki... Təsəvvür edin, özü ailəsi ilə 1 otaqlı evdə qalır, amma Bakıda bir neçə evi var. Dəhşətdir! Artıq ölür və mən bu zaman başa düşdüm ki, insanla zəli arasında böyük fərq var: Zəli doyanacan qan sorur, insan ölənəcən...

Digər xəbərlər