PDF Oxu

Köşə

  • 3 049

Axı bu pasport nəyinə gərəkdir?

image

Deməli, demokratların deyil, məhz cəbhəkratların lideri Əli Kərimlinin pasport problemi Avropa Şurasının nazirlər komitəsində müzakirəyə çıxarılacaqmış. Və sən demə, Avropa Şurasının bu qurumu apardığı müzakirələrdən sonra Azərbaycan hakimiyyətinə hərbə-zorba gələcəkmiş ki, bəs bu baş cəbhəkrata niyə pasport vermirsiniz və s.

Əslində, Kərimlidə Azərbaycanın pasportu olsa nə dəyişəcək, olmasa nə dəyişəcək. Zatən, bu siyasi oyunbaz bütün mənalarda və bütün zamanlarda bu ölkənin maraqlarını ora-bura satmaqla məşğul olub. Gah Qərbin ermənipərəst dairələrinə, gah radikal islamçılara, gah da Rusiyanın qaranlıq siyasi qurumlarına. Yəni bu barədə faktlar o qədərdir ki, saysaq köşədə yer qalmaz. Onda sual yaranır, yaxşı sən bu dövlətin maraqlarını yüz yerə satıb pul qazanırsan, qəzet çıxarıb ağlına və ağzına gələnləri orada yazdırırsan, feysbukda da ki, əməlli-başlı anti-dövlətçilik maraqları kontestində qəhhh...rəmanlıq edirsən, axı nəyinə lazmdır kökünə qədər nifrət elədiyin xalqın, dövlətin, millətin paspotu sənə?!

Pul-para məsələsinə nəzarət etmək üçün...

Reallığa qalanda isə Kərimliyə pasport xaricə səfərlər etmək, Azərbaycanın milli-dövlətçilik maraqlarını, bilavasitə özü tərəfindən satışa çıxarmaq, Qərb ölkələrində siyasi auksiona qoymaq üçün lazımdır. Çünki onun yerinə AXCP-dəki müavin cəbhəkratları gedəndə, çox yəqin ki, onun özünə filan qədər atırlar haqq-hesablarda. Bu dünyada deyə bilmərəm, amma AXCP-nin dünyasında ata-atdır. Kim-kimə atdı-atdıdır. Ona görə də, pasport almağa can atır ki, pul-para məsələlərinə şəxsən özü nəzarət etsin.

Hillarinin prezident seçilməməsi cəbhəkratların liderinə od qoydu, Donaldın isə bu tipli gədələrdən xoşu gəlmir...

Yeri gəlmişkən, ötən il Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ə.Kərimlinin ölkədən çıxışına qadağa qoyulmasını "pozuntu" hesab etmişdi. Məhz bundan sonra onun əlinə girəvə düşdü və Qərbdə qapısını döymədiyi qurum qoymadı. İndi də AŞ-nın nazirlər komitəsinə yalmanıb və komitə də nəyə görəsə, bunu "nəzərə alıb".

İndi düşüb ortaya pasport davası döyür. Müsəlmanın o günləri azadlığa çıxmış İntiqam Əliyev də Kərimlinin qəhhh....rəmanlığına qahmar çıxır. Çünki bu məsələ həll olunar-olunmaz, onun da yalına sürdən-sümükdən düşəcək.

Görək AŞ-nin Nazirlər Komitəsi hansı havanı çalacaq. Çox yəqin ki, həmin havanın zırıtlısını yaxın günlərdə eşidəcəyik.

Hə, bu arada Kərimlinin fısı-tısı da yerlə gedir, Amerikada siyasət mühiti dəyişmək üzrədir. Sabah-birigün oradakı beynəlxalq təşkilatlar da öz işlərinə son qoyacaqlar. Hillarinin prezident seçilməməsi cəbhəkratların liderinə od qoydu, Donaldın isə bu tipli gədələrdən xoşu gəlmir...

Digər xəbərlər