PDF Oxu

Köşə

  • 3 418

Cəmil Həsənli kimi müdafiə edir?

image

"İpi qırıq"lar üçün bütün bağları kəsib doğramaq elə də çətin olmadığına görə, onu başa düşmək də bizim üçün bir o qədər çətin deyil. 2013-cü ildə söyüş, böhtan və şər tuluğuna çevrilən Cəmil Həsənlinin indi başını itirməsi təəccüblü görünmür. 10 il deputat olasan, insanları az-çox tanıyasan, 5-6 nəvən ola, bir tərəfdən yaşın 63-ə qalıb - 64-ə işləyə... lakin AXCP sədri Ə.Kərimlini Albert Eynşteynlə müqayisə edəsən, bax, dəhşət budur! Hər fəslin öz "qəhrəman"ları olduğu kimi, AXCP-də də hər dövrün öz "öncül"ləri var.

Bir neçə il bundan öncə Gözəl Bayramlı AXCP sədrini tərifləyib onun Nelson Mandella ilə müqayisəsin aparırdı. Rəhmətlik Həsən Kərimov cəmi bir dəfə bu cür bənzətmələrə və oxşatmalara etiraz etmişdi, onu da cəbhəçilər daş-qalağa tutmuşdular. Nurəddin Məmmədli rusiyalı müxalifətçi Nemtsovun ölümündən sonra Ə.Kərimlini onunla müqayisə etdi: "Nemtsov Əli bəyə qibtə edirdi…" Buyurun, indi də C.Həsənli onu A.Eynşteynlə bir tərəziyə qoyur. Ay Cəmil bəy, heç olmasa, belə bir iddia ilə çıxış edəndə, öz yazdığın "Ağ ləkələrin qara kölgəsi" çızma qaranı gözünün qabağına gətirəydin. Adı çəkilənlərin hamısı siyasətdə, elmdə uğur qazanmış, bütün dünyanın tanıdığı şəxslərdilər. Mandella aparteid əleyhinə apardığı mübarizəyə görə 27 il həbs həyatı yaşayıb, CAR-ın ilk qaradərili prezidenti olub, Nobel Sülh Mükafatı alıb və sairə. Mandellanın nimdaş pencəyi qədər dözümlü və iradəli deyilsən. Bu adam 40 il bir pencəklə mübarizə apardı. Bu qırx ildə hər gün uğur və qələbə qazandı. Bəs Ə.Kərimli nə qazanıb bu 25 il ərzində? Villalar, bahalı maşınlar, xarici və yerli banklarda külli miqdarda depozitlər, biznes şəbəkəsi... Ayıbdır, belə müqayisələr aparmaqdansa, abırınıza qısılın. Mandella Nobel Sülh Mükafatı alanda, sizin cəbhəçilər və onların liderləri hakimiyyətdə olduğunuz bir illik dövrdə Azərbaycan büdcəsini artıq talayıb xaricə daşımışdılar. Mandellanın (Mandella prezident ikən) oğlu ağır xəstəlikdən vəfat edəndə, Ə.Kərimli yeni doğulmuş oğluna Dübəndidə villa tikdirirdi. Nemtsovu da bu bədbəxtlə bir tərəziyə qoymaq cəhalətdən başqa bir şey deyil. Eynşteynin müqayisəsini aparmaq isə, sadəcə düşüklük və çarəsizlikdir. Bir az keçsə, C.Həsənli Eynşteyni AXCP-nin rəyasət heytənin üzvü "edəcək" və sübut etməyə çalışacaq ki, Eynşteyn Əbülfəz Elçibəyin müşaviri olub. Marqaret Tetçerin guya Elçibəyə aşiq olduğunu sərsəmləyən bu cəbhəbazlar qəribə üsullara əl atırdılar. Pənah Hüseyn Elçibəyi sərxoş edib Tetçerin adından ona yazlmış sevgi məktubunu oxuyurmuş.

Bilirsiniz ki, 21 noyabr YAP-ın təsis olunduğu, yaradıldığı gündür. 1992-ci ildə YAP Naxçıvanda təsis olunandan sonra Bakıdakı cəbhəçilər necə təlaşa düşüblərsə, ailə üzvülərinində YAP-çı olacaqlarından qorxub, onları da xüsusi nəzarətləri altında saxlayırdılar. O vaxt İsgəndər Həmidov bütün təşkilatlara tapşırırmış ki, kim YAP-a iclas keçirmək üçün yer versə, həmin adam həbs olunacaq. Maraqlısı budur ki, İ.Həmidov bunu efirdə deyirmiş. Tarixə bax! İ.Həmidov bu gün üzərində "Yeni Azərbaycan Partiyası" yazılan binaların qarşısından boynu bükülü ötüb keçir. Düzgün mövqedə dayanıb, düzgün liderin yanında olmaq lazım idi! Xalqa güllə atmağın sonu çayxanada "sabiq"lərlə birlikdə tum çırtlamaqla nəticələnir. Necə ki, bu gündəsən...

Digər xəbərlər