PDF Oxu

Köşə

  • 3 055

4 dəfə "konkursa" düşən "lider"

image

Bir neçə ay öncə "Yeni Müsavat" qəzetində dərc olunan "Əli Kərimli şəxsiyyətini itirib" başlıqlı yazını xatırlayın. Bu, həmin ərəfə idi ki, AXCP və Müsavat "cütlük" adlanırdı. Ə.Kərimlinin şəxsiyyət vəsiqəsini itirdiyini bilən "Yeni Müsavat" belə başlıq seçmişdi. Düzdür, bu, texniki səhv adlandırılsa da, amma böyük həqiqəti əks etdirirdi. Üstündən iki gün keçməmiş "Azadlıq"da "Lisa Qəmbər...." başlıqlı geniş bir müsahibə dərc olundu və Qənimət Zahid böyük "peşmançılıq" hissi keçridiyini bəyan elədi. Guya "İsa" yazmaq istəyiblərmiş, hərflər ilişib və "Lisa" alınıb. Hadisələrin kəllə-mayallaq cərəyan etməsi çox mətləbləri ortaya çıxardı. Məsələn, İ.Qəmbərin sovet dövründə "Lisa" ləqəbi ilə "KQB"yə işləməsi fakt bir daha aşkarlandı. Dağıdıcı müxalifət düşərgəsində 20 ildən artıqdır ki, davam edən "deşifrə" oyunları bu gün də öz axarında davam edir. Bu il oktyabrın 11-də "Azadlıq.info"da "Əli Kərimlinin "pasport işi" Avropa Şurasında" başlıqlı yazı (əgər yazı demək mümkünsə) dərc olundu. Müsavatın, daha dəqiq desək, A.Hacılının söyüş söyəni sayılan Vü(L)qar Quliyev adlı köhnə cəbhəçi sosial şəbəkədə belə bir status paylaşdı: ""Pasport işi" Avropa Şurasında... Pullar gəlir".

Bir neçə maraqlı məlumatı diqqətinizə çatıdırım. Vikipediyada Ə.Kərimlinin tərcümeyi-halında yazılır: "1986-cı ildə Sergey Kirov adına (indiki Bakı Dövlət) Universitetinin hüquq fakultəsinə daxil olmuş və 1991-ci ildə bitirmişdir". Cəmi 1 ildən sonra Ə.Kərimli mühüm vəzifəyə təyinat alır: "1992-ci ildə Azərbaycan Respublikasının Ərazi - idarəetmə orqanları ilə iş üzrə Dövlət müşaviri xidmətinin Ərazi - idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 1993-cü ildə dövlət müşaviri vəzifəsində işləyib". Təsəvvür edin, ali məktəbi bir neçə ay əvvəl bitirən gənc dövlət müşaviri postuna təyinat alır. AXC iqtidarının rüsvayçılığı elə bunda idi. Sinif otağından, stol arxasından birbaşa yüksək dövlət vəzifəsinə getmək... Bu gün 30 yaşlı gəncin idarə rəisi təyin olunmasını "özbaşınalıq" kimi dəyərləndirən bu adam bəs özü haqqında nə düşünür!? Daha sonra qeyd olunur: "Əli Kərimli 1972-ci ildə Saatlı rayonu, Azadkənd orta məktəbinə daxil olmuş və 1982-ci ildə həmin təhsil müəssisəsini bitirmişdir". 1982-ci ildən 1986-ci ilə qədər bu adamın hansı işlə məşğul olması haqqında heç bir məlumat yoxdur, bu barədə zaman-zaman özünə ünvanlanan sualları da cavabsız qoyur AXCP sədri. Yazılır: "1983-1985-ci illərdə Rusiya SFSR, Buryatiya MSSR-də həqiqi hərbi xidmətdə olmuşdur...". Bu "fakt"ın bir hərfi belə it dəftərində yoxdur. Məsləhətdir ki, arabir "Googla" zorla dürtüşdürdüyün tərcümeyi-halına əl gəzdirəsən. Tərcümeyihalını oxuyan adam elə düşünür ki, sanki öldürüb yerinə sən gəlmisən.

Amma dəqiq olan budur ki, bu adam 1982-ci ildə orta məktəbi bitirsə də, cəmi 4 ildən sonra (4 dəfə "konkur"sa düşüb) ali məktəbə daxil ola bilib: onu da hansı yolla, bunu özü bilir. Hərbi xidmətdə də olmayıb, hərbi xidmətdən gələn qohum-əqrəbasının hərbi formasını geyinib vaxtilə şəkil çəkdirən Ə.Kərimli bu gün həmin fotonu gözümüzə soxur ki, guya hərbidə olub. Burda qeyri-adi heç nə yoxdur. Özü kimi oğlu Türkeli də "dezertirlik" etdi.

P.S. Aprel döyüşləri zamanı massaj salonlarında bədənlərini satan qadınlar da qeyrətə gəldi: ən azı həmin vaxt müştəri-zad qəbul etmədilər. Ancaq Türkel qeyrətə gəlmədi ki, gəlmədi, İngiltərədə başı keyfə qarışdı.

Digər xəbərlər