PDF Oxu

Köşə

  • 3 056

Qarın siyasi çaları və xatirəsi

image

Dağıdıcı müxalifətin "göz bəbəyi", uşaq vaxtından dost-tanışlarının "düdük Mehman" çağırdığı Mehman Hüseynov adlı müxalifətçi gəncin avtoqəzaya düşməsi, görəsən, kimin günahıdır? Əgər qar yağmasa idi, bu avtoqəza maşının sürüşməsi nəticəsində baş verməsə idi, yüz faiz deyəcəkdilər ki, bunu iqtidar edib. Camaat yolda piyada yeriyə bilmir, bu adam rayona sifariş əsasında hansısa məmurun "mülk"lərini çəkməyə gedirmiş. Özü danışır: "Səhər tezdən fotoaparatlarımı, avadanlığımı sumkaya yığıb, çıxdım rayona. Mənə xəbər eləmişdilər ki, hava pisdir, rayon yolları buzlanıb, bəlkə bu gün çıxmayasan yola? Amma dəcəllik elədim, dayanmadım, qərar verdim ki, gedirəm! Gedirdim, adını çəkmədiyim gözəl rayonlarımızın birinə. Mindik maşına və yola düşdük. Elə də oldu, rayona gedən yolları buz bağlayıb, maşın bir az özünü pis aparıb deyə sürüşüb ağır avtoqəzaya düşdük. Şükürlər olsun, sürücü və maşında olan diqər dostlarım yaxşıdılar, sağ-salamatdılar. Götürdüyüm kameralar zədələnib, bəziləri isə sınıb". Söz yox ki, bir-iki gündən sonra eşidəcəksiniz ki, "Human Rights Watch", "Freedom House" təşkilatları Mehamnının avtoqəzaya düşməsi ilə bağlı bəyanat verərək, Azərbaycan hakimiyyətini ittiham edib. Hələ ola bilsin ki, pırpızbaş Mehmanın şıltaqlığı ucbatından sınan fotoaparata-zada görə təzminat davası da etsinlər. Yəqin Ə.Kərimli bu barədə bəyanat verəcək.

Gəlin, yaxşı şeylərdən danışaq. Qarlı hava yadıma bir xatirəni saldı. 2004-cü ilin soyuq qışı idi. 5 yanvar... İlk qar sevincini başqaları kimi yaşamaq mənə nəsib olmamışdı. Hər gün səhər saat 6-dan günortaya qədər (dərslər başlayan vaxtadək) 88 nömrəli marşrutda konduktor işləmək, altı deşik ayaqqabılarla tələbəlik etmək heç də asan deyildi. Elə bu vəziyyətdə də qız sevmək, özü də bu sevginin qarşılıqlı olması lap dəhşətli idi. Qarlı günlərdən biri idi, marşrut Kukla Teatrının qarşısında saxladı. Mən konduktorluğumu edirdim, qışqırırdım. İynə atsan, yerə düşməzdi, amma "boş yerlərdən qalmadı" çağırışı ilə əsl həyasızlıq nümayiş etdirirdim. Bu zaman sevdiyim qız dikilmişdi qabağımda! Ovcuma gediş haqqı qoyurdu. O - bu.., daha o qız mənim üzümə baxmadı. Eyni ali məktəbdə, eyni fakültədə təhsil alırdıq. Bütün əlaqəsini kəsdi mənimlə, salamımı belə almadı. Bir-iki ay keçməmiş, bu qız başqa bir ali məktəbə "perevod" aldı. Mənim konduktor işləməyim idi bu adamı məndən uzaqlaşdıran. Daha onunla rastlaşmadım.

Digər xəbərlər