PDF Oxu

Köşə

  • 3 276

Müxalifət qış yuxusunda

image

Belə bir deyim var ki, "ayı kimi yış yuxusuna getmisən". Ancaq onu da deyək ki, ayı qış yuxusuna gedərkən, bir kimsəyə ziyan vurmur. Ənənəvi müxalifət isə qış yuxusuna getməsə də, öz çirkin əməllərindən əl çəkmir. Bir də niyə qınayırıq? Çünki havalar soyumağa başlayanda, onların dırnaqarası siyasətləri də donmağa başlayır. Bu hal artıq 24 ildir ki, davam edir, yoxluqları ilə varlıqları bilinmir. Əlacları "mitinqlər" keçirməklə "varlıqların göstərsələr də, bunu ancaq özləri görür. Elə götürək, referendum ərəfəsi sonra keçirilən "mitinqlərini". Mini aksiyalarda, əslində, onların yoxluğu özünü göstərdi. Bu da gözlənilən idi və burada təəccüblənəcək heç nə yoxdur. Yəni sağlam düşüncəli ictimai rəy də görür ki, müxalifət yox səviyyəsindədir. Bu, o demək deyil ki, sədri və bir neçə müavini olan hər hansı bir siyasi qurum cəmiyyətdə ciddi partiya kimi qəbul edilmir. Partiya adına iddia edən siyasi təşkilatın fəaliyyəti, proqramı, ictimai rəyə təsir imklanları olmalıdır. Ancaq biz bunu görmürük. Xüsusilə, AXCP, Müsavat, "Ümid", KXCP, ALP və s. bu kimi müxalifətçi qurumların hansı səviyyədə olmaları açıq-aşkar göz önündədir.

Qərbin və s. xarici ermənipərəst dairələrin nökərləri rolunda çıxış edən partiyalar öz varlıqlarını qoruyub-saxlamaqdan ötrü öz ətraflarında yedək qurumlar təsis edirlər. Amma bunun da heç bir məntiqi nəticəsi yoxdur. Məsələn, "Milli Şura" da bu sıradandır. Gah qərbyönlü, gah da radikal dini qruplaşmalar adından çıxış edən "Milli Şura" bu addımı ilə öz cılızlığını sərgiləyib.

Əks-düşərgədə hər şey sönüb gedir. Necə ki, həmişə seçkilərdən sonra müxalifət qış yuxusuna gedirdisə, indi də eyni şey təkrarlanır. Baxın, ən sadə şəkildə olsa belə, onların normal bir platformaları, təşkilati işləri yoxdur. "Liderlər" varlıqlarını isbatlamaq üçün, ən yaxşı halda, bir-birindən qisas almaqla, sosial şəbəkələrdə, mətbuatda bir-birlərini söyməklə, təhqir etməklə, alçaltmaqla məşğul olurlar. Bununla da özlərinin siyasi ittihamların fərmanlarını da verirlər. Hətta bu fərmanı xalq çoxdan verib. Dağıdıcı müxalifət liderləri qorxsunlar ki, qış yuxusuna getdikdən sonra ayılmamaq təhlükəsi ilə də üzləşə bilərlər.

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov demişkən: "Müxalifət "qış yuxusu"na gedib. Gözləyirlər növbəti dəfə hansısa seçki keçirilsin, onda ortaya düşəcəklər... Bir-iki mitinq keçirdilər, ona da çox az sayda insan toplaşmışdı. Bunun nəticəsində verilən pulları bölüşdürdülər və "qış tətili"nə getdilər. O vaxt da demişdim ki, bunların fəaliyyəti mövsümidir".

Digər xəbərlər