Demək, o günləri Xədicə İsmayıl yatıb-yatb və birdən ayılıb ki, uzun illərdir yan-yörəsində fırfıra kimi fırlandığı AXCP sədri Əli Kərimli mühacir biznesi ilə məşğul olmaqla yanaşı, həm də "hakimiyyətə işləyirmiş"... Özü də Xədicə, bunu feysbuk səhifəsində elə "sensassiyalı" tərzdə əxz edib ki, adam az qalır onun ikinci fikirinə - "hakimiyyətə işləyir" iddiasına "inansın". Amma düşünəndə ki, ay balam, axı bu iki dağıdıcı müxalifət qarğası kifayət qədər zamandır ki, Azərbaycanın milli-maraqlarına qarşı birgə şəkildə qarıldayıblar, bax, onda bir azca fikirləşməyə başlayırsan. Məsələn, fikirləşməyə başlayırsan ki, əcəba, məgər X.İsmayıl bu vaxta qədər Kərimlinin haraya işlədiyini bilməyibmi? Yaxud bilibsə də, niyə gizlədib? Biz, bu sualın cavabını heç vaxt eşitməyəcəyik. Çünki bu suala cavab vermək Xədicəyə əsla sərf etmir.
Düzdür, Xədicə Ə.Kərimlini ittiham edərkən, ona qarşı irəli sürdüyü iddiasının birbaşa ona ünvanlanmasını gizlətmək məqsədilə, adının yanına Müsavatın başqanı A.Hacılının, SDİ-nin direktoru L.Yunusun, müsavatçıların sabiq başqanı İ.Qəmbərin də adını da əlavə edib. Necə deyərlər, biclik işlədib ki, sabah cəbhəçilər nəyə görə onun məhz AXCP sədrini hədəfə aldığını soruşmasın.
Gəlin Xədicənin həmin fikirlərinə bir daha nəzər salaq. SİTAT: "Bu adamlar və təşkilatlar hökumətə yaxındır, hökumətdən maliyyələşir. Misal üçün, A.Hacılı, Ə.Kərimli hökumətlə gizli əməkdaşlıq edir. Digər tərəfdən isə, bu şəxslərin təşkilatları pul müqabilində istənilən adama "siyasi məhbus" adı verir, hökumətin siyasətinə "don" geyindirir və sairə. Həmçinin, L.Yunus, Ə.Kərimli, A.Hacılı, İ.Qəmbər "mühacir biznesi" ilə məşğuldur".
Beləliklə, Xədicənin bu adlar arasındakı əsas hədəfinin məhz Ə.Kərimli olması gün kimi aydındır!
Məsələn, aydındır ki, Xədicə üçün, ümumiyyətlə, istənilən şəxsə qarşı aşkar siyasi fahişəlik, yaxud şərəfsizlik timsalında xəyanət etmək elə də çətin iş-filan deyil. Bir halda ki, o, çox rahat şəkildə dövlətin, millətin maraqlarını Qərbdə fəaliyyət göstərən anti-Azərbaycan xarakterli dairələrə, onlarla əlbir olan erməni lobbisinə satırsa, demək, adi insanlara qarşı eyni cür davranmaq ona heç də vicdan sızıltısı vermir. Bir də ki, bildiyimiz qədər X.İsmayıl ateistdir, Allahı, kitabı, dini-məzhəbi yoxdur və əgər bütün bunları nəzərə alsaq, onda bu "insanın", ümumiyyətlə, vicdan anlayışından da bixəbər olması 1000%-dir!
Məsələnin isə köklü mahiyyəti ondadır ki, uzun müddətdir "siyasi məhbus" məsələsində Ə.Kərimli ilə anlaşa bilməyən X.İsmayıl sonda anlaşmanın, ümumiyyətlə, baş tutmayacağını bildikdən sonra AXCP sədrini "baqaja" qoymaq planını işlədib və reallığa qalanda onu deyə bilərik ki, Xədicənin Kərimlini "baqaja" qoyması arxasında onun özünün də marağı var. Yəni bir "siyasi məhbus" siyahısının digəri ilə üst-üstə düşməməsi vəziyyəti bu həddə qədər inkişaf etdirib. Əslində, kim deyirsə ki, dağıdıcı müxalifət inkişaf etmir, düz fikirləşmir. Dağıdıcı müxalifət "inkişaf edir", özü də necə lazımdır! Məgər hər şey göz önündə deyilmi? Hələ bu "inkişafın" arxasınca gələn zurnalı-balabanlı, tarlı-kamançalı, sazlı-sözlü, tarappa-turupu daldadır...