PDF Oxu

Köşə

  • 2 946

Müxalifətin boğuq səsi-Aslan İsmayılov

image

Rəhmətlik AXCP sədrinin müavini Həsən Kərimov hansı mənsəbə və əqidəyə qulluq etdiyi hələ də məlum olmayan Aslan İsmayılovu görən kimi "sən Allah, məni boğuq səsli insanlardan uzaq edin" deyərdi. Bu adamın əsas probleminin boğuq səsə malik olması da deyil axı, ağlım kəsib - başım işləyəndən bu günə qədər siyasi sferada elə bir adam görmədim ki, onun hansı siyasi mövqedə dayandığını müəyyənləşdirə bilsin. Sadəcə, əmin olduğum bir nəsnə var. A.İsmayılovun varlığı bu millətin min illər boyu inandığı, doğruluğuna şübhə etmədiyi bir məsəli yalanlamış oldu: ASLANIN ERKƏYİ DƏ OLURMUŞ, DİŞİSİ DƏ...

Gününü ayrı-ayrı şəxlsəri məhkəməyə verməklə keçirən Aslan heç olmasa ayda 5-10 min manat elə qonum-qonşularını məhkəməyə verməklə qazanır. Hünəri varsa, yuxarı mərtəbədə yaşayan qonşu blokda siqaret çəksin, səhəri gün onu məhkəməyə çağırırlar və Aslan qonşusundan dəymiş maddi-mənəvi "ziyan"a görə 5 min manat pul tələb edir. Balkonuna bir damcı yağış düşsə, icra hakimiyyətini də, nazirlikləri də, yoldan keçən süpürgəçini də, "sopaşki" yamayan pinəçini də məhkəməyə verib, təzminat tələb edir.

İş adamlarının bir neçə mənzilə sahib olmasını heç cür həzm edə bilməyən Aslan İsmayılov 20.07.2016-ci il tarixində mətbuata verdiyi əndrəbadi müsahibədə deyir: "Mən 1997, 1998-ci illərdə Sulutəpədə biri 300 dollardan 4 torpaq sahəsi almışdım. Sonradan o torpağın birini 40 min, 2-ni isə 50 min dollara satdım. Biri hələ də mənimdir. Maştağa-Buzovna yolunda 3 min dollara 40 sot torpaq almışdım. Bu yaxınlarda onu da 350 min dollara satdım. Budur ilahi ədalətin təcəssümü..".

Bu adamın vergi və hüquqi xidmət kimi fəaliyyət göstərən obyektləri də var. Vergi xidməti göstərən ofisin aylıq gəliri külli miqdarda pul edir. Hələ 2006-ci ildə dostları ilə birlikdə açdığı vəkil bürolarını, hüquq firmalarını demirəm. O qədər "gözü tox", o qədər "sadə" insandır ki, var-dövlətinin hamısını açıqlamır, hələ aylıq gəlirinin 3 min manta olduğunu da kök altına salıb, kiçik rəqəmlə ərz edir ki, göz dəyməsin. O qədər "ölkəpərvər"dir ki, məmurları övladlarını xaricdə oxutduğuna görə qınayan Aslan, oğlunu illik təhsil haqqı 25 min avro olan Almaniyanın Münhen şəhərinin Lüdviq Maksimilian Universitetində təhsil almağa göndərib. Nə vecinədir, Vakı şəhərinin mərkəzində ofisi var. Adını çəkmək istəmədiyim biznesmen qadınlardan birinin bəxşiş etdiyi ofisdə havayı oturmağa müvəffəq olmaq hər vəkilin başı üçün deyil. Elə 3-4 banka deposit qoyub, təkcə faizlərdən aylıq 10 min manta gəlir əldə etmək də asan məsələ deyil. Səbail rayonu, Nizami Gəncəvi küçəsində, "Xətayi" metrosunun yaxınlığında bər-bəzəkli ofislərə sahiblənmək ayrı bir əndazədir, e! Bunun üçün Aslan olmaq gərəkdir! Yadımdadır, bir dəfə kimsə A.İsmayılova nə üçün bu qədər torpaq aldığını soruşduqda, "mən torpaqsevər"əm cavabını vermişdi. Ay vəkil, ay hüquqşünas torpaqsevər adam torpaq alıb altına yığımır, torpaq uğrunda şəhid olur!

2013-cü ildə İ.Qəmbərin yanında pərvanə şəmin başına fırlanan kimi dövr eləyən, onu "müdrik İsa bəy" adlandıran". Müsavatın mitinqlərinə gələnlərə həmişəlik hüquqi yardım edəcəyini vəd verən A.İsmayılov cəmi bir müddət sonra etdiyi Don Kixotluğu dərk etmişdi və deyirdi: "İ.Qəmbərin Həccə getməyinin kökündə bir şey durub: siyasətdə irəli getmək".

Bu adamı ofisində tapa bilməyənlərə bir məsləhətim var: Səhər saat 10:00-dan sonra istənilən vaxt "Sahil" bağında əlində təsbehi kəndirbazlar kimi fırladan, bütün fəsillərdə şahmat taxtasını xatırladan ala-bəzək pencək geyinən bir nəfər görəcəksiniz. Odur Aslan İsmayılov!

Digər xəbərlər