Vahid Azərbaycan Kommunist Partiyasının sədri Musa Tükanov haqqında azdan-çıxdan eşitmisiniz. Milli kimliyi fonunda milli "pasport"unu da itirmiş bu "kommunistsayağı türk düşməni"nin açıqlamaları həmişə böyük etirazlara, səs-küyə səbəb olub. SSRİ tarixin arxivinə dombalaq aşandan sonra bu adamın yuxuları ərşə çəkilib, özünə yurd-yuva tapa bilmir. Məgər imperya daim mövcud olmalı idimi? Gülüncdür, absurddur! Bu adam yaxşı tanımağınız üçün mətbuata verdiyi açıqlamanın bir hissəsi ilə sizləri tanış edirəm. Deyir: "20 yanvarda olanlar kommunist partiyasının əleyhinə qalxmışdı. Yəni bizim əleyhimizə". M.Tükanov ya qanmır, ya da qanmaq istəmir ki, kommunist ideologiyası 71 il bu milləti əsarətdə saxlayıb, genefondumuzu dağıdıb, adət-ənələrimizi, abidələrimizi məhv edib, söykökümüzə baltalar çalıb. 20 yanvar faciəsi zamanı şəhid olan qəhrəmanlarımız isə bu ideologiyanı darmadağın etdilər, tökülmüş qanlar hesabına müstəqilliyimizi əldə etdik. Başa düşürəm ki, Musa 25 ildir bu müstəqilliyi həzm edə bilmir, daim öz çıxışları ilə ermənilərə, ruslara haqq qazandırır, işğal olunmuş torpaqlarımızla bağlı sərsəm iddialar səsləndirir.
Yadımdadır ki, Beynəlxalq Mətbuat Mərkəzində M.Tükanovun da iştirak etdiyi bir tədbir keçirilirdi. Bütün iştirakçılar yerində oturdu, ancaq onu tapa bilmirdilər. O, palto və papağını itirmişdi. Qəzetləri bəzəyən "Musa Tükanov papağını itirib" manşeti təsadüfi deyildi. Ən biabırçı hal isə M.Tükanovun itmiş papağını qarderobda deyil, tualetdə axtarması idi. Hər halda, "kişi" nəyi harada axtarmağın yollarını daha yaxşı bilir. Vaxt var idi, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu adamı axtarırdı. Özünə söz vermişdi ki, Musanı harda görsə, yerə yıxıb ağzına-ağzına döşəyəcək. Açığı, Musa da qorxusundan bir müddət çölə-bayıra çıxmadı. İndi vay halına Musanın! Hafiz müəllim bu dəfə onu yüz faiz tapacaq. Eşitdiyimə görə, artıq Musanın fikirlərinə reaksiya da verib. Deyib ki, M.Tükanovun dedikləri ailəsinin də başını yerə soxur, onunla eyni evdə necə nəfəs ala bilirlər? Sitat: "Elza Seyidcahanın pişiyinin toyunda iştirak etmək Musa ilə eyni partiyada təmsil olunmaqdan yaxşıdır...".
Bu da "ədalət", "demokratiya" gəldi növbəti dəfə də bizi tapdı. Deməli, iki Azərbaycan əsgəri erməni girovluğundadır, bir şəhidimizin nəşini hələ də qaytarmırlar. Ancaq dünya susur, dilini elə bir yerinə qoyub ki... Baxın, bu tərəfdən isə Əli Kərimlinin təxriabt qrupunun üzvlərindən olan Mehman Hüseynovun guya burnu qanayıb. "Human Rights Watch
" təşkilatından tutmuş "Fredoom House" qədər hamısı tumanlarını başlarına keçiriblər. Görün, əsirlikdə olan, öldürülən vətəndaşlarımızla bağlı səslərini çıxarmırlar, ən yüksək tribunalardan haqq səsimizi çağırsaq da cıqqırlarını çıxarmırlar. Ancaq dünənin uşağlarının, əlaltılarının xətirlərinə kimsə dəyəndə, dalbadal bəyanatlar verirlər.
Bu arada deyim ki, Vahid Naxışın da dili açılıb. ANS işləyəndə, Azərbaycan hakimiyyətinə yarınmaq üçün bütün günü əlində hədiyyə, gül-çiçək gəzən bu adam indi Mehmanın iqtidara qarşı səsləndirdiyi fikirlərə şərik olub dəstək verir. Axır ki, ANS əsl simasını tapdı. Vahid və Mirşahin kimilər balANS-ı həmişə belə pozublar. Ona görə də indi ANS-in loqosu altında öz adlarını gizlədib, xəbər saytı açıb işlədirlər.