Okeanın o tayında olasan, ancaq bu tayını da o tayına "dola"yasan, bax, bu, əsl istedaddır! Hazırda bütün Amerika xalqı inaqurasiya zamanı Donald Trampın arvadı Melaninin səhnəyə necə çıxacağını, hansı paltarları geyinəcəyini, saç düzümünün necə olacağını, böyük səbirsizliklə gözləyir. Hətta bunun üçün Ağ Evdə indidən xüsusi otaqlar hazırlanıb, təkcə bir otaq onun kosmetik vasitələri üçün seçilib və hazırlıq işləri aparılır. Bunlar özlərini elə aparırlar ki, sanki böyük bir paravozu bəzəyib-düzəyəcəklər. ABŞ demokratiyasından bəh-bəhlə danışan, prezidentin bizneslə məşğul olmasının yolverilməz olduğunu illərdir ki, bəyan edən Cəmil Həsənli və Əli Kərimli, görəsən, bu haqda nə düşünürlər? Məsələn, bizimkilər deyirlər ki, prezidentin bizneslə məşğul olması qadağandır, Tramp isə biznesmendir! Prezident olduğuna görə, biznesini satası da deyil. Prezidentlikdən əvvəl biznesmen olduğunu deyirsinizsə, o zaman onun hansı pulla ABŞ prezidenti olduğunu da izah edin. C.Həsənli seçki zamanı namizədlərin deklorasiyasını tələb edirdi. Bu qoca "şura"çı görəsən, Trampın deklorasiyasını oxuyubmu? Oxumayıbsa, ancaq mən oxumuşam. Minlərlə mal-mülk, milyardlar, böyük biznes şəbəkələri və sairə... Budur dediyiniz ABŞ demokratiyası? C.Həsənli tarixçidir, ancaq yaxşı olar ki, D.Eyzenhauerin ( ABŞ-ın 34-cü prezidenti, 1953-1961) kitablarını da mütaliə eləsin və bir ABŞ prezidentinin etiraflarının şahidi olsun. O yazır: "ABŞ-da pullu, iri sərmayəçi və kapitalist dostları olan istənilən şəxs prezident seçilə bilər...( 1956-ci il, prezidentlik institutu)". Amerikanlıların özlərinin etiraf etdiklərini sizlər niyə etiraf etmirsiniz. Bir neçə ay bundan əvvəl ABŞ rəsmiləri özləri bəyan etdilər ki, bəli, ABŞ-da, həqiqətən də canlı efir zamanı 2 jurnalist qətlə yetirilib. Ancaq Ə.Kərimli "Azadlıq.info"dan boylanıb dedi ki, onlar jurnalist olmayıblar, telekanalda texniki işçi olublar. Gülməlidir, vallah! Sübutlarınıza quzu kəsməkdən başqa yol qalmır.
"Gözünüz aydın" olsun, Əvəz Temirxan da pırt eləyib bu yandan çıxdı. Deməli, AŞPA üzvləri protokol qaydalarına uyğun olaraq, bir az da dəqiq desək, öz planlarını doldurmaq üçün (görüş xatirinə, görüş) bizim müxalifətin "lider"ləri ilə görüşüblər. Ə.Temirxan bu haqda yazır: "Şəxsən mən partiyamız adından AŞPA nümayəndələrinə Azərbaycandakı mövcud siyasi böhrandan çıxılması üçün "yol xəritəsini" təqdim etdim. Bu plan bizim partiya tərəfindən hazırlanıb. Planın əsas məğzi ondan ibarətdir ki, AŞPA üzvləri, Azərbaycan müxalifəti və iqtidarı birgə görüşlər keçirib, hazırda Azərbaycandakı problemlərin həll olunması üçün real addımlar atsın". Birincisi, ay Əvəz, sən "yol xəritəsini" AŞPA-ya niyə təqdim edirsən? Sizin dilinizlə desək, Azərbaycanı "böhran"dan AŞPA-mı çıxaracaq? Məgər bütün dünyanı böhrana salan AŞPA-nın sahiubləri deyilmi? Bəlkə AŞPA gəlib sənin ölkəndə anti-böhran tədbirləri həyata keçirəcək? Elə sizin də ən böyük probleminiz budur da, hansı yolla necə yeriməyin lazım olduğunu unutmusunuz. İkincisi, böhrandan çıxmaq üçün real addımları yalnız hökumət atmalıdır. Necə ki, bu istiqamətdə bütün tədbirlər həyata keçirilir. Sən nə edəcəksən? Gününün 16 saatını keçirdiyin çayxanadamı böhrandan çıxaracaqsan bizi? Əvəz bəy, sizin hakimiyyətdə olduğunuz dönəmlərdə, AXC-Müsavat iqtidarı zamanı İsgəndər Həmidov həm də xarici işlər naziri kimi "fəaliyyət" göstərirdi. Ona görə də, AŞPA-ya böhrandan çıxış üçün plan verməyinizi başa düşürəm.