PDF Oxu

Köşə

  • 3 153

Ararat küçəsində böyüyən Lavrentyan

image

Yadınızdadırsa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2005-ci il fevralın 17-də Yerevan Slavyan Universitetində olarkən, belə bir fikir səsləndirmişdi: "Mənim damarımda erməni qanı axır və bu qan mənə heç nədə mane olmur". Bəli, bununla da, Lavrov erməni əsilli olduğunu təsdiqləmişdi. Lavrovun adını Vikipediyada axtarış verib tapın, ortaya çox maraqlı məqamlar çıxır. S.Lavrovun harada anadan olması ilə bağlı heç bir yerdə informasiya yoxdur. Sadəcə, 1950-ci il martın 21-də anadan olduğu qeyd olunur. Bütün dünyada da belə tanınır: erməni əsilli rus siyasətçisi... Atası Tbilisidə yaşayan erməni olub. Lavrovun özü də Tbilisidə Ararat küçəsində yaşayıb və keçmiş 93, indiki 84 saylı orta məktəbdə oxuyub. Bu adam SSRİ dağılana qədər LAVRENTYAN soyadını daşıyıb. Gün ərzində 3 qutu siqaret çəkir, oduqca əsəbi, qəddar, laqeyd, humanizmdən uzaq adamdır. Hər halda, onu tanıyanlar xatirələrində belə deyirlər. 2004-cü ildə Rusiyanın xarici işlər naziri vəzifəsinə təyin olunanda, ermənilər sevindiklərindən qeyrətlərini yəni papaqlarını göyə atırdılar. Bütün erməni mətbuatı Lavrovun erməni xalqına dəstək verəcəyi ilə bağlı palaz-palaz yazılar dərc edirdi. Hətta mart ayının 21-də, Lavrovun doğum günündə hər il Sarkisyanın ona bahalı hədiyyələr göndərdiyi heç kimə sirr deyil. Ermənistanda taxta-şalban biznesinə də Lavrovun qohum-əqrəbaları nəzarət edir. Hətta Şuşada onun üçün böyük bir villanın tikildiyi də deyilirdi. Necə deyərlər, od olmasa, tüstü çıxmaz. İndi belə bir adam ata-baba yurdumuzda tikdiyi villada istirahət etməyi üstün tutar, yoxsa torpaqlarımızdan rədd olub getməyi!? İndi də qıpqırmızı üzümüzə durub ki, Qarabağ Azərbaycanın daxili işi deyil. Bəs kimindir, ay Lavrentyan? Aprel əməliyyatları zamanı erməni məyusluğunu ən çox sifətinə hopduran da Lavrov idi. Xətrinə dəymişdi. Doğma torpaqlarımızda keçirdiyimiz anti-terror əməliyyatları Lavrovu necə incitmişdisə, Sarkisyana zəng edib, ürək-dirək də vermişdi. ABŞ-ın Dövlət katibi Con Kerrinin qabağında tir-tir əsən Lavrov ukraynalı həmkarını tanımadığını bəyan eləmişdi. Üstündən bir az keçəndən sonra Lavrov ATƏT-in Minsk Qrupunu lağa qoymuşdu. Yəni bu adam elə başa düşür ki, biz Minsk Qrupunun "səmimiyyəti"nə, "işgüzarlığı"na inanmışıq. Elə deyil axı. Atalar yaxşı deyib: başına gələn başqmaqçı olar. Minsk Qrupunun turist səfərləri, yöndəmsiz bəyanatları elə ən çox bizdə ikrah doğurur. Bu mənasız, heç bir önəm kəsb etməyən Minsk Qrupu üzvlərinin aldıqları çirkli maaşın kəsilməsində ən çox maraqlı tərəf də bizik. Bizim bir üzümüzdən, ermənilərin iki üzündən öpən "Minsk dəllalları"nı lağa qoymaq elə Rusiyanın özünə barmaq eləmək kimi bir şeydir. Siz də Minsk Qrupunun 11 üzvündən, 3 daimi "dəllal"ından birisiniz. Və birbaşa rusiyalı təmsilçi də Lavrova hesabat verir. Ona görə də rusiyalı həmsədrin görüşlərdə ağzına su alıb oturması təəccüblü deyil.

Putinin milli qəhrəmanımız Mübariz İbrahimovu "Rembo" adlandırmasından sonra Lavrov Slivester Stallonenin özünü tapıb danışıqlar aparmışdı ki, "erməni sıyqırımı" ilə bağlı çəkiləcək filmdə baş rol alsın. Yəhudilərin "Pianoçu" filmindən təsirlənmişdi. Bu da baş tutmadı. Türkiyə Rusiyanın təyyarəsini vuran vaxt əgər Putinin təmkini, səhmi olmasa idi, Lavrov qonşu ölkəyə müharibə də elan edərdi. Hər halda, dünyanın düzəmi dəyişir, aqressivlik və intriqabazlıq zamanı deyil.

Digər xəbərlər