PDF Oxu

Köşə

  • 4 304

Ermənilərə müntəzir olan Həbib

image

Yadınızdadırsa, 2016-cı ilin aprel əməliyyatları zamanı sosial şəbəkələrdə Almaniyada yaşayan, erməni ələkçilərinin qıl verənlərindən olan Həbib Müntəzir adlı bir təxribatçı hər beş dəqiqədən bir status paylaşırdı. Azərbaycanlıların şəkillərini sosial şəbəkələrdə yayan Həbib onların ermənilər tərəfindən öldürüldüyü ilə bağlı iddialar ortaya atırdı. Diqqət edin, şəhid olublar yazmırdı, öldürülüblər yazırdı. Şərh yerinə "şəhidərimizə Allah rəhmət eləsin" yazanlara da ironiya ilə cavab verirdi. Ancaq həmin vaxt Həbibin paylaşdığı şəkillərin sahibləri bir-bir ortaya çıxdılar, sağ-salamat olduqlarını bəyan elədilər. Yəni bu açıq-aşkar təxribat, ermənilərin mövqeyinə işləməkdir. Məsələnin daha ciddi tərəfləri var. Deməli, erməni mətbuatı və rəsmi qurumları da bu sapı özümüzdən olan baltanın-Həbibin statuslarına əsaslanıb, məlumatlar yayırdılar ki, guya Azərbaycan tərəfi ciddi itkilər verib və ermənilərin itkiləri daha azdır. Bu qədər absurd, gülməli, iyrənc və fıştırığa layiq durum yaradan Həbib özü də bununla "qürur" duyur və bu "qürur"dan "Azadlığ"a da pay ayırırdı. Dərhal "Azadlıq" da onun sərsəm iddialarını tirajlayır, ölkədə ajiotaj, süni qarşıdurma, əsgər ailələrində çaşqınlıq yaratmaq üçün bu dezoları manşetlərə çıxarırdı. Həbibin şəkillərini paylaşdığı şəxslərin hamısı mətbuata çıxıb bu adamın üzünə tüpürməyi ona verilmiş ən humanist addım kimi dəyərləndirib, sağ-salamat olduqlarını bəyan elədilər. Üstündən xeyli vaxt keçib, ancaq bir neçə gün bundan öncə Həbib ordumuzda müddətdən artıq hərbi xidmət keçən əsgərimizin şəklini yayaraq, onun ermənilər tərəfindən öldürüldüyü ilə bağlı status paylaşıb. Qısası, "su qabı su yolunda qırılar" deyiblər, Həbib də xəyanətkar kimi bu yolda həlak olacaq. Belələri həyatda hər şeylərini itirmişlərdir.

Həbibin dostlarından biri yazır ki, o, Almaniyada vacib görüşlər keçirir, nəticəsi də Azərbaycan üçün "ağır" olacaq. Bununlamı fəxr edirsiniz? Bu adamlar açıq şəkildə etiraf edirlər ki, bütün fəaliyyətlərini ölkəmizin imicinə, milli maraqlarımıza zərbə vurmaq üçün qurublar. Martin Şultsun Almaniyanın yeni kansleri olacağı ilə bağlı yayılan xəbərlərdən fərəhlənən burdakı cəbhəçilər kimi, Həbib də orda "ümid" axtarır. Asan, problemsiz, zəhmət çəkmədən yaşamağı qarşısına məqsəd qoyan Həbib kimilər günlərdir ki, "Azadlığ"ı Şultsun şəxsi "albom səhifəsi"nə çeviriblər. İndi də Şultsun ətəyindən tutanların sabah kimin harasından tutacağı bəlli deyil. Ancaq fakt olan budur ki, Həbib kimilərin əli Şultsun ətəyində, Şultsun da əli Sarkisyanın cibindədir. Yanvarın 27-də "Human Rights Watch"un açıqladığı hesabatın hər cümləsini oxuduqca bir daha əmnilik yaranır ki, bəli, adıçəkilən bu kimi təşkilatların nümayəndələri ölkəmizdə bircə dəfə də olmadan Həbib Müntəzirin yazdığı "donos"lar əsasında ölkəmiz əleyhinə kompromatlar yayırlar, hətta başlarından böyük hərəkət edib qarşımızda tələb də irəli sürürlər. Bu təşkilat öncə ötən ay Fransada öldürülən jurnalistlə bağlı bəyanat yaysa, daha obyektiv olmazmı? Öz gözlərində tir görməyənlər başqasının gözündə qıl axtarırsa, bax. Bu, əsl azğınlıqdır!

Təsəvvür edin ki, ölkəmizin adını yazmaqda çətinlik çəkənlər bəzi təşkilatlar indi "Nardaran olayları" adı altında silsilə materiallar yayırlar. O boyda Qarabağın işğalına göz yumanlar bu kiçiklikdə Nardaran kəndindən hesabatlar hazırlayırlar. Siz ölkənizdə də terrorçular, din adı altında təxribatçılıqla məşğul olanlar, dövlət çevrilişinə cəhd edən qüvvələr var, elə bizim də. Siz onları harda gəldi tutub nəsillikcə öldürür, suda boğur, torbalarda qaynaq edib, qətlə yetirirsiniz. Azyaşlı uşaqlarını da qul bazarlarına satırsınız. Amma biz qanun, məhkəmə qarşısına çıxarırıq. Fərqimiz budur! Tak çto, "ədalət", "humanizm" və "demokratiya" prinsiplərinizi özünüzə saxlayın.

Digər xəbərlər