PDF Oxu

Köşə

  • 8 440

Aslan İsmayılov nə istəyir?

image

Xatircəm olun və Aslan İsmayılovun ağlayıb-sızlamağa, bu özünübilməzin əlinə "ədalət" bayrağı alıb boğuq səslə qulaqlarımızı cingildətməyinə baxmayın. Bu adam bilir ki, xirtdəyə qədər zibilin içindədir və bu vaxta kimi gizlətdiyi cinayətlərə görə, gec-tez məsuliyyətə cəlb olunacaq. "Emre Piliç" layihəsi, torpaq biznesi, "hədiyyə" edilən ofisin sonrakı dava-dalaşı, dəyəri yüz minlərlə ölçülən mal-mülklərin ələ keçirilməsi həqiqətənmi bir başısovuqun olmayan "təmiz" əlləri ilə pak-pakizə həyata keçirilib? Obyektlərə qoyulan "hüquqi tas" necə!? Bu kəm (yarı, yarımçıq) sər (ağıl) sahibinin fırıldaqları haqqında o qədər incə detallar bizlərə bəllidir ki, hələ ki, susmağa imkan veririk ki, öz paxırlarını açsın, deyə biləcəklərini desin, etirazlarını bacardığı qədər səsləndirsin. Sən demə, A.İsmayılov həm də "Azadlıq" qəzeti ilə kimlərsə arasında vasitəsiçilik də edirmiş, artıq bu gün bütün mətbuat bunu yazır: "İş adamları olan Zülfüqarlı qardaşlarının işinin mətbuatda işıqlandırılması üçün onların vəkili Aslan İsmayılov Qənimət Zahidlə razılığa gəlib. Lakin Zülfüqarlı qardaşlarının verdiyi böyük məbləğdə pul Q.Zahid və Şahvələd Çobanoğlu tərəfindən mənimsənilib, yazılar isə dayandırılıb".

Burda inanılmayası, qaranlıq qalan heç bir mətləb yoxdur axı. Yadınızdadırsa, Zülfüqarlı qardaşlarını "müdafiə" edən Q.Zahid əlinə lom alıb, sanki öz doğma dədə-babasının dağılmış mülkünü qoruyurdu. Zınqırovlu köpəklərin səsini zınqırov boğar. Çox hücum etmək, hər kəsi "tutmağa" can atmaq axırda insanın ağzında bircə dənə də salamat dişin qalmamasına səbəb olar. Həmin vaxt "Azadlıq"dan başqa heç kim bu mövzuda yazmazdı, yazanlar da başdansovdu eləyib materialı çiu şəkildə oxucuya təqdim edərdilər. Ancaq "Azadlığ"ın xüsusi, rənglənmiş yarımbaşlıqlarla verdiyi bu yazılarda Aslanın başı mütləq görünməli idi. Amma kəklik qaçıb gizlənəndə, başını kolun dibinə soxur, quyruğu isə çöldə qalır, bundan xəbəri olmur. A.İsmayılov yazır: "REAL"a qarşı olan təzyiqlərə etiraz olaraq, onların tədbirinə qatıldım". Hələ onu da bilmək olmaz ki, "REAL"ın tədbirlərində nə işin var. Ən yaxın qohum-əqrabalarına belə boşanma ərizəsini 100 manata yazan Aslanın "REAL"ı müdafiə etməsinə kim nə qədər inanırsa, inansın. Ancaq inam hissinizi ucuzlaşdırmayın.

Aslanın dediyindən belə çıxır ki, bu ölkədə kim varsa, hamısı əqidəsini dəyişib, hər kəs yolunu azıb və bircə "təmiz" adam var, o da Aslanın özüdür. A kişi, camaat dinmir, dinmir də, özünü niyə öldürürsən axı. Vaxt var idi, Milli Məclisdə ölkə rəhbərliyinin qarşısında çıxış elədiyinə görə, sevincindən olmayan papağını göyə atıb, dombalaq aşırdın. Bir neçə il bundan öncə, dövlət başçısı ilə görüşəcəyini camaata car eləmişdin, gün ərzində üzünü səkkiz dəfə qırxırdın ki, birdən çağırarlar. Ötən əsrin əvvəllərində "Elçibəy"çi oldun, 1998-ci ildə Etibara vəkillik etdin, 2005-ci ildə "İsa"çı rolunda çıxış eləsən də, az sonra müsavatçılar səni qərargahlarından qovdular. 2013-cü ildən bəri guya "şura"çısan, gah Əli Kərimliyə, gah da Cəmil Həsənliyə sağdan-soldan dürtülməyini heç kim başa düşə bilmir. Dünən Etirbar Məmmədova can deyirdin, bu gün onu "satqın" adlandırdın. Düzdür, onlar da cavab olaraq, vəziyyətini olduğu kimi təqdim edib, səni "yolda duran" adlandırsalar da, yenə danışdın. Axı sən kimsən? Hansı qurumun, hansı siyasinin vəkilisən? Bir özünübilməzin özünü "müstəqil" vəkil adlandırmasına inanacaq qədər heç kim sadəlövh deyil. "Çatana çatım, çatmayana daş atım" prinsipi axırda öz başında çatlayacaq.

Digər xəbərlər