PDF Oxu

Köşə

  • 3 318

Stratejisiz, düşüncəsiz, mərkəzsiz

image

"Ümid" sədri İqbal Ağazadə deputat olanda, sosial şəbəkələrdə aktiv deyildi, pis çıxmasın, yəni virtual aləmin passivləri sırasında idi. Yaxasına deputat nişanı taxıb, Milli Məclisdə xırıltılı səslə yersiz ittihamlar yağdırmaq da, bəzi qondarma saytlara puldan-paradan yedirdib, özünü ən "aktiv" deputat kimi təqdim etmək də geridə qaldı. Ümid, nəyə qalıb, "Ümid" indi nə iş görür? İqbal bəy darıxmır, gününün çoxunu sosial şəbəkələrdə keçirir, özünə nostalji hisslər yaşadan parlamentdəki köhnə çıxışlarını paylaşır, insanlardan "like" umur. Öz aramızdı qollu-budaqlı başlıqlar da yazır ki, yoxa çıxmağını birtəhər ört-basdır eləyə bilsin. Bütün maşınlarının nömrəsi 017 idi, özəl "Mersedes"ləri, "cip"ləri şəhərin hansı deşiyindən baxırdınsa, ordan çıxırdı. "Elmlər Akademiyası" metrosunun yaxınlığındakı tək yoldan yüksək sürətlə "protiv" şütümək, qulağında telefon, kəmərsiz-filan hardan gəldi keçən İqbal bəyin, sən demə, avtosalonları da var imiş. Bir ara şayiə yaymışdı ki, guya avtosalonlar onun deyil, qaynınındır. Hər halda, bu qaynın İqbal deputat olandan sonra özünə avtosalonlar açması da xeyli təəccüb doğurur, amma nə etməli!? Müxalfətin köhnə, avara, yaşlı, vaxtilə üzdə olan Valeh adlı bir üzcıranı var, boyu da ki, cəmi 165 sm-dir. Özü danışır, deyir İqbal deputat olandan sonra, nə təhər tullanıb ona bir kəllə vurdumsa, yerə düşəndə gördüm ki, İqbal məni kürəyinə alıb aparır. Deyir ki, ondan sonra nə qədər yalvardım ki, məni yerə qoy, qoymadı, bayıra çxarıb düz asfaltın ortasına zollayıb. Davaları da nə üstündə imiş? İqbal bunu "Ümid"ə gətirib, bu gözünə döndüyüm də başlayıb partiyada sədrin əleyhinə imzalar toplamağa. Nəticədə, İqbal deyən olub, hələ bir deputat da seçilib, amma Valeh bunu özünə təhqir sayıb və ona kəllə atıb.

İndi Valeh deyir ki, vəzifəyə keçən kimi, İqbalı universitetlərin birinə kafedra müdiri qoyacam. Lap Hafiz Hacıyev kimi danışır, o da C.Həsənliyə diqtə edirdi ki, "prezident" olsam, onu ən uzağı layiq olmadığı yerə-kafedraya müdirdən-zaddan qoayacam. C.Həsənlinin kafedra müdirliyində nə iti azıb, axı!? Bu adamın yeri elə bataqlıqdır, "Milli Şura"dır. Təsəvvür edin ki, tarixçi olmasına baxmayaraq, bu adamın Azərbaycan Xalq Cumhuriyyəti dövründəki Milli Şura ilə bəzi xarici dairələrin əlində oyunacağa çevrilmiş "Milli Şura"nı səhv salır. Özünü M.Ə.Rəsulzadənin "varisi" kimi aparan "şura"çılar nostaljiyə qapılıblar, hamısı prezident olmaq istəyir. O biri var e, AXCP-də - Nurəddin Məmmədli! Bu adam 2013-cü ildə iddia edirdi ki, M.Saakaşvili kimi gedib hansısa ölkədə yüksək vəzifədə işləyəcək. Hətta Kaliforniya ştatının qubernatoru vəzifəsini "uğur"la daşıyacağı haqda sərsəm iddia da səsləndirmişdi. Mənim "şura"çılarıma bax! Vallah, Rəsulzadə sağ olsa idi, üzünüzə loppası ilə tüpürərdi. Onun adından iyrənc şəkildə nə vaxta qədər istifadə edəcəksiniz? Axı, qəbul etmək lazımdır ki, bu Müsavat o Müsavatdan deyil. Bəlkə cəbhənin "tarixi" yolunu Müsavatla səhv salırsınız. Bəli, AXCP dünən də bu xalqa düşmən idi, bu gün də belədir, sabah da belə olacaq! İndi Kərimli özünü kimin "varis"i hesab edirsə-etsin, ortaya çıxarıb, qabağa salmağa bir rəhbəriniz yoxdur, 61 il öncə dünyasını dəyişən adamın şəkillərini qucaqlayıb (əslində, içinizdə söyürsünüz) dövlət idarə etmək istəyirsiniz. "Qarpızkom" P.Hüseyn "ha vəlvələdən, ha zəlzələdən" deyə-deyə necə baş nazir olmuşdusa, indi bu zalım oğlu bir sümük kimi keçib millətin xirtəyinə ki, yenə də vəzifə istəyirəm. "Cəvahir" Fondu əlinizdə idi, azmı qızıl daşıdınız? Elə sümürmək üçünmü bu millət sizə gərəkdir? Ən çox halına acıdığım adam İsa Qəmbərdir, vallah! Bu bədbəxt gör nə günə düşüb, daha başqan da deyil, "Strateji Düşüncə Mərkəzi" adlı səfeh bir qurum yaradıb. Cəmi bir üzvü, bir sədri var, o da İsa Qəmbər. Adına baxın ha! Sizin olmayan strategiyanızda, düşüncəniz də, nə bilim, mərkəziniz də... Nə isə...

Digər xəbərlər