PDF Oxu

Köşə

  • 3 575

Ucdantutma xəyanətkarlar toplumu

image

Düzü, duğuducu müxalift düşərgəsində elə əndazəli işlər baş verir ki, danışmasan olmaz. Əgər xatirinizdədirsə, mərhum AXCP-nin keçmiş sədri Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev demişdi ki, Elçibəyə xəyanət edən, onu meydanda tək qoyan, başqa fikirlərə düşənlərin hamısı cəzalanıb. Cəzalanmayan cəmi bir nəfər qalır. Düzdür, Almurad bəy burada bir balaca simiclik edərək, oxu atıb, yayı gizlətsə də, yenə nəyəsə eyham vurmuşdu və vurulan bu eyhamın kimə aidiyyatının olması da, əslində, bəllidir. Ancaq nəyə görəsə A.Əliyev AXCP sədri Ə.Kərimlinin adını birbaşa ictimaiyyətə açıqlamamışdı. Çünki onun nəzərində tutduğu "bir adam" hələ də rahat şəkildə çöldə-bayırda kef edir.

Digər tərəfdən, yəqin ki, Elçibəyə xəyanət edənlər arasında İ.Qəmbərin, Arif Hacılının, eləcə də, digər fərdlərin olduğunu hər kəs yaxşı xatırlayır. Ancaq Ə.Kərimlinin satqınlar sırasnda birinci olmasına rəğmən, A.Əliyevin nədənsə onun adını, bilavasitə çəkməməsi təəccüblü görünür. Yəni burada nə var ki? Almurad bəy "mus-mus" deyincə, sözügedən məsələnin birdəfəlik mustafasını da deyə bilərdi. Demək, əgər o yerdə qalan bir nəfər xəyanətkarın - Ə.Kərimlinin adını çəkmirsə, ya onun qarşısında gözükölgəlidir, ya da buna cürəti çatmır. Şəxsən mənim fikrimə görə, A.Əliyev özünə hörmət qoya bilən ağsaqqal adam kimi gərək həmin xəyanətkarın Ə.Kərimli olduğunu şappıltıyla onun üzünə vurardı. Amma təəssüf ki, nə onda vurmadı, nə də ki, indi bunu edir. O, gərək deyəydi ki, rəhmətlik qardaşı söyləmişkən, komsomolçu Ə.Kərimli AXCP daxilində "Yurd"u formalaşdırarkən, partiyanın bütün strukturlarını əlinə alarkən, sədrin səlahiyyətlərini mənimsəyərək, onu siyasi müqəvvaya çevirərkən, məhz həmin xəyanətinin başlanğıcını qoymuşdu. Daha ondan sonra edilən xəyanət və satqınçılıqları deməyə ehtiyac belə qalmır. Çünki bu gün hər kəs, xüsusilə, Elçibəyin dövründəki siyasi qalmaqalları xatırlayanlar yaxşı bilirlər ki, nəticədə, onun həyatına sui-qəsd törədildi və bu sui-qəsdi də, məhz Ə.Kərimli onun yeməyinə tökdürdüyü zəhərlə reallaşdırdı, bax, bu mənada, Almurad bəy gərək qorxub-çəkinmədən AXCP sədrini bir nömrəli satqın adlandırmalıydı!

Qaldı ki, xəyanət məsələsinə, o da sirr deyil ki, bu gün özlərini müxalifətçi adlandırıb siyasi arenada bəh-bəhlə gəzənlərin hamısı ucdantutma xəyanətkarlar toplumudurlar. Onların hər biri bu ölkəyə, bu xalqa, bu dövlətə qarşı o qədər xəyanətlər törədiblər ki, Elçibəyə edilmiş xəyanət onların içində itib-batıb. Onsuz da zamanı çatanda, Ə.Kərimli qanun qarşısında cavab verməyə məcbur olacaq. Zaman da, məhz buna doğru işləyir.

Digər xəbərlər