Doğrudur, müxalifət düşərgəsində bu "titul" sahibləri nə birdir, nə ikidir, nə də... Xüsusilə də, özlərini aparıcı hesab edən AXCP-Müsavat partiyaları bu zamana qədər satqınlıqla məşğul olduqları üçün elə bu günə kimi həmrəy olmadıqları hər kəsə gün kimi aydındır. Hətta özlərinə də aydındır ki, 23 ildir ki, hərəsi bir avaz oxuyur, ancaq oxuduqlarını hələ də anlamırlar. Biri Rəsulzadə yolunu getməkdə, digəri isə Elçibəy yolunda olduğunu iddia etməkdə olsalar da, həmrəy olmadıqları kimi, həmrəng olmadıqları da bir çoxlarına bəllidir. Amma bu şəxsiyyətilərin ikisi də sağ olsaydı, yəqin ki, bunların hansı yolda olduqlarını daha dəqiq deyərdilər.
Bunların getdikləri yol nə yoldursa, axırıncı yoldur
Ancaq bilənlər bilirlər ki, bunların getdikləri yol axırıncı yoldur və bu axrıncı yolu da özlərinə qənimət bilən bəzi müxalifət partiyaları elə başa düşürlər ki, nə zamansa ictimai dəstək əldə edə biləcəklər. Fəqət, belə sabahları çox aça-aça 23 ildən artıq müddəti başa vuran müxalifət liderləri dəstək qazana bilmədiklərini də iqtidarın üzərinə yıxmağa çalışırlar.
Xüsusilə, son günlər Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər açıqlamalarında iddia edib ki, sən demə hakimiyyət ölkə daxilində həmrəylik yaranmasına imkan vermir (?!-R.). Elə bu yerdə, qayıdıb adama deyərlər ki, ay İsa "bəy", sən nə zamandan təmsil olunduğun müxalifət düşərgəsində həmrəylik nümayiş etdirdin ki, indi də iqtidarı həmrəyliyə mane olmaqda ittiham edirsən? Əgər bu qədər həmrəy olmaq istəyirsənsə, ya da buna iddialısansa, get günü sabahları qayıt "Milli Şura"ya və AXCP sədri Ə.Kərimli ilə ol həmrəy, hətta istəsən həmrəng! Ya da Cəmil Həsənlini özünə necə lider seçmişdinsə, indi də onu öz liderin kimi qəbul et! Bax, onda mən də dərhal götürüb yazacağam ki, sabiq başqan İ.Qəmbər müxalifət daxilində birlik və bərabərliyi təmin etməkdən ötrü öz həmrəylini nümayiş etdirdi. Məgər sən həmin İ.Qəmbər deyiliydinmi ki, AXCP ilə Müsavatı birləşdirib, "superpartiya" yaratmaq təklifi ilə çıxış edirdin? Amma sonradan nə oldu?. Satqın "liderlərin" arasında düşmənçilik mövqeyi hələ də davam edir. İndi də düşmüsən ortaya ki, bəs iqtidar ölkə daxilində həmrəylik yaranmasına imkan vermir. Görünür, İ.Qəmbər belə məsələlərdən danışanda qocaldığını, əldən düşdüyünü, satqınlıqda lider, siyasətə yararlı adam olmadığını da etiraf etsin.