PDF Oxu

Köşə

  • 3 212

VicdANSızı müdafiə etmək

image

Aslan İsmayılov, balANS çoxdan pozulmuşdu, daha bu ayağısürüşkən tərəzinin heç bir gözünə qoyulası daşı, bədəninə ağırlıq etməyən başı qalmamışdı. Göylərdə uçurdu, bunlar üçün Sarkisyandan müsahibə almaq şərəf olardı; şəksiz-şübhəsiz, təmənnalı və nümayişkəranə. Alınlarına möhür edib yapışdırdıqları "qərəzsiz, vicdanlı, obyektiv" lövhədən və "odnaraznı" qəhrəmanlıqdan ötə bir şeydir bu. Adı Adil olan, özü də adil, ədalətli, vicdanlı, təmiz olan neçə nəfər adam tapa bilərsən? Eni uzunundan böyük olan Ədalət adlı çayçı var, bəlkə də dünyanın ən ədalətsiz, satqın adamı(?)dır, bu necə? Yaxud bir heyvana-aslana məxsus ümdə əlamətlərin cüzi bir qismini bu adı daşıyan neçə nəfərdə tapmaq olar? Zira, uzağa getmə, "görünən kəndə nə bələdçi?" deyib, özünün-A.İsmayılovun da o heyvanla uzlaşan ümdə xüsusiyyətləri haqqında düşünə bilərsənmi? Əgər tapa bilsən, xəbər elə.

2005-ci ildə ANS-in elan etdiyi "iş"çi axtarışına aldandıq, düzüldük, 8 oğlan 4 qız. Mirşahinin sağ, Vahidin sol tərəfdən, Ermənistan kolbasalarının (yeri gəlmişkən, kolbasa, "qol basan" sözündəndir, o də bizimdir) "milli"ləşmiş, çiy formasını xatırladan Mayis orta tərəfdən üstümüzə necə hücum çəkdilərsə, gözümüzü açanda, 8 nəfər oğlan özümüzü bayırda, 4 nəfər qızı içəridə gördük. Seçim də etdilər, tələblər qoydular, səhəri gün iclasda Mirşahin qızın ailəsini üzünə söymüşdü. Bu, həmin molla Dilavərin oğlu Mirşahindir, sizin gözünüzdə nədirsə, bizim tanıdığımız Mirşahin cadu-pitidən gələn pullarla böyüyüb boya-başa çatıb, xamırı yoğrulub (?), "əxlaq"ı formalaşıb. Səhəri gün, elə ilk iclasda qızlar üzlərinə tüpürüb bu telekanalizasiyadan uzaqlaşmışdılar. Tələs, götür Mirşahinə zəng vur, de ki, o da məni məhkəməyə versin.

Gec-tez hamı ələkdən keçir, satqını, səfehi, bambılısı, anti-millisi, aslan adını daşıyan çaqqal-çuqqalları da ələnib gedir. Ələnməkdən xoruzlaşıb dövləti təhdid etmək nə demək!? Bu, Mirşahinin, Vahidin ədabazlıqları olmaya da. Vaxt var idi, "G"irşahin əlində bəzək-düzəklə məmurların qapısını gəzirdi, mükafata vermək üçün əl açmadığı qapı qalmamışdı. 2013-cü ildə sənin də iştirak etdiyin "Milli Şura"nın yarıtmaz mitinqlərini əyyaşbazlıq adlandıran Mirşahin indi dədənin qohumumu çıxdı? Fətullah Gülənin qarşısında diz çökməyi özlərinə şərəf bilənlərə bir neçə sualım var. Vahid deyir ki, Qarabağda operator kimi xeyli videolar çəkib. Olsun! Yaxşı, desin görək onun özünü kim çəkirdi. O çəkilmiş videoları icra başçılarına, deputatlara satan kim idi? Azərbaycanın silahsız kəndlərinin görüntülərini çəkib efirə verən kimi ermənilər dərhal həmin silahsız kəndlərimizə hücum edib, işğal edirdilər. İnsanlarımızın silahsız olmasını çəkib efirə vermək niyə bu qədər maraqlı idi? Axı sizlərə xəbərdarlıq olunmuşdu ki, ermənilər bundan yararlanırlar. ANS-in "arxiv"i ilə dövləti təhdid etmək kimə lazımdır, bunu çoxları bilir. ANS-in arxivini açsa, ondan öz çirkinlikləri daha çılpaq görünəcək, açsın da, Qarabağdan çəkdiyi videoları gözümüzəmi soxacaq? Yolun kənarında bir çuxur tapıb ondan göl yaradan, efirdə bu gölü "daş"dırıb "həyəcan" yaradan ANS-in bağlanmasından heç kim narahat deyil. Başa düşürəm, Mirşahinlə görüşmüsən və görüşdən xeyli təsirlənmisən. Ancaq bu "təsir" o təsirdən deyil. Xalqı, milləti, dövləti hədələmə, həddini bil!

Digər xəbərlər