PDF Oxu

Köşə

  • 3 967

Emin anti-milli

image

Emin Milli Almaniyada yaşayır desək, düz çıxmaz, sürünür, Avropa parlamentarilərinin qapısında eşələnir, özünübilməzliyin ən aşağı səviyyəsinə endirib bu adam (?) özünü. Eminin Avropa Parlamentindəki çıxışı zamanı yanında oturan almaniyalı xanım onun cikinə-bikinə bələd olduğundan o danışdıqca, üzünün mimikası ilə onun əttökən fikirlərini ironik tərzdə qarşılayırdı. Aqressiya, qərəz, Azərbaycan dövlətinə qarşı xüsusi pafos və s. heç kəsdə, elə avropalıların özündə də şübhə yaratmadı ki, Emin bizdən deyil. Kim Eminin danışdıqlarına inanırsa, bu, onun öz işidir, amma bu axmağın dediklərini diqqətlə izləyib təhlil edin. Soruşun ki, dediyin vəsait haqqında əlində bir fakt, sübut varmı? Yaxud konkret nəyə əsaslanır. Yadınızdadırsa, Emin 2001-2002-ci illərdə Almaniyada Avropa Saarbruecken Hüquq Məktəbində oxuyarkən, Avropa mətbuatı almanların casusluq texnologiyaları ilə bağlı sensasiyalı yazılar dərc etmişdi. Xüsusilə də, müsəlman ölkələrindən olan tələbələrin Almaniya xüsusi xidmət orqanlarının "verbovka"sı ilə üzləşməsi, rəndələnib casus "vid"inə salınması ilə bağlı kifayət qədər tutarlı faktlar yazıda öz əksini tapmışdı. Eminin adı da hallanırdı, hər kəsdən çox onun kimə "iş"ləməsi AXCP-yə maraqlı idi, ona görə də, üstündən bir neçə gün keçməmiş "Azadlıq" qəzeti Eminin Almaniya kəşfiyyatının agenti olması ilə bağlı material tirajladı. Emin də, öz növbəsində, həmişə söydüyü Elçibəy haqqında daha təhqiramiz ifadələr işlətmişdi. Fəqət, bu gün nə dəyişdi? Bu gün AXCP Emini "qəhrəman" sayır, onun Avropada səsləndirdiyi sərsəm fikirlərinə dəstək verir və hesab edirlər ki, guya Azərbaycan haqqında xaricdə nə qədər şər-böhtan səslənsə, bunların da iqtidara zərbə vurmaq şansları bir o qədər artacaq. Hay, hay! Ümumi sözlər Azərbaycan iqtidarının ünvanına fikirlər səsləndirən Emin, görəsən, nə üçün bircə fakt çıxarıb, ortaya qoya bilmir? Deyir ki, bizimkilərin Avropada filan qədər villası, pulu, bankları var. Varsa, niyə bunlardan biri ilə bağlı tutarlı fakt ortaya qoymursan? Axı sənin bu baxımdan "şans"ın böyükdür, çünki Avropadasan. Məgər bu ölkədə səndən və Xədicə İsmayıldan başqa jurnalist, hüquq müdafiəçisi yoxdurmu? Avropa sizin ala gözünüzəmi vurğundur? Avropanın hansı deşiyinə baxırsansa, siz ordan çıxırsınız, yaxud istənilən deşiyə dürtməyə sizləri axtarıb tapırlar. Eminin verdiyi evdə videosu çəkilən Xədicə küsmüşdü, bir müddət danışmadılar. Mahiyyət bəlli idi, ev Eminin idisə, video da onun idi. Sonradan pul aldıqları "mənbə"lər bunları barışdırdılar. "Meydan" TV-nin Bakı bürosundan çıxan Xədicə yenidən "efir"ləşməyə də can atdı.

Vaxtilə Rüstəm İbrahimbəyovu yeganə "çıxış yolu" adlandıran Emin üstündən bir neçə ay keçəndən sonra peşman oldu, sosial şəbəkələrdə onu "Şrek" adlandırdı. Ondan əvvəl İsa Qəmbəri "lider" seçmişdi. Almaniyada oxuyandan sonra komputer vasitəsilə Müsavat başqanı olmaq istəyirdi, sonradan baş verənlər onu bir daha peşman elədi. Bir müddət sonra İ.Məmmədova "kruçok" atdı, bu da tutmadı. Natiq Cəfərli ağzının üstündən necə vurdusa, sonu yaxşı olmadı. Düzdür, "REAL" Almaniyadan gələn puldan məhrum olsa da, ancaq Eminin "sədr" iddiasını da yox etdilər. Yəqin Emin başa düşür ki, onu Azərbaycanda kimsə qəbul etmir, elə müxalifətin özü də.

Digər xəbərlər