PDF Oxu

Köşə

  • 3 485

Satqın "səfir" özünü ifşa etdi

image

Preziedent İlham Əliyevin Brüssel səfəri və orada keçirilən mühüm görüşləri dağıdıcı müxalifəti və bu xəyanətkar cameyə yaxın olan anti-Azərbaycan səpkili qrupları ciddi narahat etməkdədir. Belə ki, Azərbaycanın istər dünya birliyində, istərsə də Avropa məkanında söz sahibinə çevrilməsi, həmçinin, bir çox mötəbər qurumların ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlğa can atmaları istər-istəməz erməni lobbisini və onlardan bəhrələnən milli satqınlar zümrəsini hərəkətə keçirir, dövlət səviyyəsində atılan mütərəqqi addımlara "qaralar" yaxılmağa başlanır. Artıq bir neçə gündür ki, xəyanətkarlar zümrəsi sözügedən səfər ətrafında ağıllarına gələnləri danışaraq, əslində, özünüifşa ilə məşğul olmaqdadırlar. Leyla Yunus, Xədicə İsmayıl, Emin Milli, Əli Kərimli və daha kimlər...kimlər...

Bu sıralamada Azərbaycanın Avropa Şurası və Avropa İttifaqındakı sabiq səfiri, erməni lobbisinin nökəri vəzifəsini icra edən, eyni zamanda, lobbinin maliyyə dəstəyi ilə yaratdığı "Azərbaycan Naminə Demokratiya" təşkilatının rəhbəri Arif Məmmədov da dayanır. O, bu dəfə sosial şəbəkə vasitəsilə iddia edib ki, guya ölkə başçısının Avropa Parlamentinin prezidenti Antonio Tajani ilə görüşdən imtina etməsi Azərbaycana "uzun müddət fəsadlar verə bilər" (?!-R.N.).

Əslində, dövlət başçımızın atdığı bu qətiyyətli, iradəli və müvafiq addımı Avropa Parlamentinin ermənipərəst dairələrinə verilən sərt cavabı oldu!

Maraqlısı da budur ki, özünü "diplomat" hesab edən A.Məmmədov bu vasitəylə özünü reklam etdirməyə cəhd göstərir. Lakin bu barədə yazının sonrakı hissəsində qeyd edəcəyəm. İndi isə bu "adama" sual etmək gərək ki, Tajaninin rəhbərlik etdiyi Avropa Parlamentində, bilavasitə erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı dinləmələr təşkil olunur, bu dinləmələrdə aşkar şəkildə dünya biliyini qondarma erməni soyqırımını tanımağa (!!!-R.N.) səsləyən şəxslər iştirak və çıxış edirsə, Azərbycan dövlətinin rəhbəri nəyə görə həmin qurumun rəhbəri ilə görüş keçirməlidir?! Əslində, dövlət başçımızın atdığı bu qətiyyətli, iradəli və müvafiq addımı Avropa Parlamentinin ermənipərəst dairələrinə verilən sərt cavabı oldu!

Tajani məyus olsa, Azərbaycana nə, olmasa nə..!

İndi guya Azərbaycanın qeydinə qalan satqın "səfir" bu məsələdə giya ölkəmizin ziyan çəkəcəyini iddia edir. Maraqlıdır, müstəqil Azərbaycan nə zamandan Avropa Parlamentindən "asılı" vəziyyətdə qalıb ki, indi də bundan "zərər" görsün? Bu, sadəcə, sərsəm "səfirin" sərsəm və dar düşüncəsinin məhsuludur desək, heç də yanılmarıq!

A.Məmmədov öz yazısında Tajanini tərifləyib göyün yeddinci qatına qaldırır və sonradan qeyd edir ki, "onun məyusluğunun ölkəmizə deyil, yalnız hakimiyyətə tərəf yayılmasına çalışacaq" (??!!-R.N.). Adama deyərlər, Tajani məyus olsa, Azərbaycana nə, olmasa nə..! Və burada diqqət yetirsək, görərik ki, satqın "səfir" açıq özünüreklamla məşğul olub. Guya o, Azərbaycan xalqının Tajaninin məyusluğundan "əziyyət" çəkəcəyini "ehtiyat" edir və "çalışacaq" (!-R.) ki, onu həmin fikrindən "yayındırsın"! Bu, sadəcə, SİYASİ FAHİŞƏLİKDİR!

Sadəcə, bu qədər...

Digər xəbərlər