PDF Oxu

Köşə

  • 3 400

Lapşin nə deyirdi, indi nə deyir?

image

Aleksandr Lapşin əli qandallı Bakıya gətirildi. Bəs bu şəxsin fikirlərini sevinə-sevinə paylaşan, qəzetlərinin manşet xəbərlərinə çevirənlər necə, heç utanırlarmı? Lapşin deyirdi: "Azərbaycanın arzuolunmaz şəxslər siyahısı boş şeydir...Bu siyahıda 1-ci olmaq istəyirəm...150 dollar lazımdır ki, Azərbaycan qanunlarını yenidən pozum...". Bu da sonu, qolu qandallı, Azərbaycan əsgərinin əlində. Azərbaycan Prezidentinin güclü iradəsi qarşısında dövlətinə və xalqına, qanunlarına hörmət etməyən hər kəsin axırı belə olacaq. Onun 150 dollar müqabilində pozmaq istədiyi Azərbaycan qanunları axırda onun özünü əli qandallı Bakıya gətirdi. Üç ölkənin vətəndaşı və bolgger olmaq hələ çox şey demək deyil. Bu istədiyini edə bilmək anlamına gəlmir. Bilməyənlər bilsin: A.Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək, separatçı "DQR" rejiminin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.

Deməli, hava limanında dayanmışıq, Lapşin təyyarədən yerə endirildi, əli qandallı şəkildə asta-asta yeriməyə başladı. Üzünə "sınmaq" işarəsi hopmuşdu, ermənipərəst başı qarşımızda əyilmişdi. Fotolarını çəkirdik, gözünə düşən fotoaparatın işığı onun miskin sifətinin bütün cizgilərini açırdı. Ermənilərdən pul alıb Azərbaycanın ərazi bütövlüyünə həqarət edən bu adamın taleyi çoxuna dərs olmalıdır. Hər bir Azərbaycan vətəndaşı bu cür hallardan qürur duymalıdır. Ramil Səfərovun ekstradiyasından sonra aprel əməliyyatları növbəti dəfə ürəyimi sərinlətmişdi. Lapşinin ekstradisiyası da apreldən bəri ürəyimdə lövbər salan durğunluğu aradan götürdü. Bu dövləti sevmək, bu dövlətin yanında olmaq lazımdır. Bu hadisə həm də kimin güclü olduğunu ortaya çıxardı. Bilməyənlər bilsin ki, hazırda erməni mətbuatı çalxalanır, bütün Ermənistan Sarkisyan iqtidarının bu məğlubiyyətindən yazır, Ermənistanın gücsüzlüyünü etiraf edirlər. Lapşini müdafiə edənlərin də dili kəsildi, Dilqəm Əsgərovun adını çəkməyənlər yəqin bir çox mətləbləri anladılar. Şəhidlərimizin cansız bədənlərindən belə qorxan erməni dığaları girov saxladıqları Dilqəmdən də it kimi qorxurlar.

Şəhid Çingiz Qurbanovun nəşi vətənə gətirildi. Azərbaycan Prezidenti İlham Əliyev şəhid Çingiz Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Sərəncam imzaladı. Fevralın 5-də Ermənistan-Azərbaycan sərhədində şəhid Çingiz Qurbanovun nəşi düşmən tərəfdən alınarkən, maraqlı hadisə baş verib. Deməli, tərəflər nəşi almaq üçün üzbəüz durarkən, Ermənistan silahlı qüvvələrnin zabiti həyacandan huşunu itirərək yıxılıb. Bu heç kimdə şübhə yaratmır ki, o, huşunu itirib yıxılan erməni zabit Azərbaycan Ordusunun gücünü görüb, canlarında hələ də aprel xofu qalıb.

Kimsə Jirinovskini başa düşsə, bir xəbərdən-ətərdən salsın. İndi çox adam Jirinovskinin boğazdan yuxarı fikirlərinə münasibət bildirir. Məsələn, onun ifadəsinə görə qınayanlara təklifim var. Deməli, bizim bu Hafiz var ha, Hacıyevi nəzərdə tuturam. Ona bir bilet alıb verək, mindirək təyyarəyə, Rusiyaya yola salaq. Qoy gedib Jirinovskini başa salsın. Ona bir yeşik stəkan-nəlbəki də alıb verək. İnanın, ardı yaxşı olacaq. Deməyim odur ki, Jirinovskini ciddiyə almayın. Azərbaycana səfər edəndə, ölkəmizin gələcək inkişafından danışırdı, indisə gələcəyimizi kölgə altına salmağa çalışır. Əmin olun, gec-tez Jirinovski də dövlətimiz haqqında söylədiyi sərsəm fikirlərə görə hansısa formada bədəl ödəyəcək. Pyotrun vəsiyyətnaməsinin təsiri altında olan bu adama XXI əsrin yeni dünya düzəmini izah edən biri lazımdır. Həm bir az-çox içir e, qınamayın, içən adam çox şeyini itirir.

Digər xəbərlər