PDF Oxu

Köşə

  • 3 223

Daxili lapşinlərimiz

image

Bütün dünya Azərbaycanın ortaya qoyduğu prinsipiallığı, qətiyyəti alqışladı, Aleksandr Lapşinin Bakıya ekstradisiya olunması Azərbaycan diplomatiyasının böyük uğuru kimi təqdir olundu. Üç ölkənin - Rusiya, İsrail və Ukraynanın vətəndaşı olan A.Lapşinin peşəkar təxribatçı olduğunu ən yaxşı elə həmin ölkələrin başbilənləri də gözəl anlayır. Lapşin Azərbaycanı təxribata çəkməyə cəhd etdi, sərhədi qanunsuz keçdi və bunu car çəkərək lovğalanıb yazdı ki, baxın, mən necə asanlıqla onları aldadıram. Həbs ediləndən sonra isə sonrakı üzrxahlığı heç bir nəticə vermədi. İsrail İTON TV internet telekanalının jurnalisti və siyasi şərhçi Aleksandr Qurarye Lapşinin əsl təxribatçı olduğunu bildirərək, heç bir ölkənin ona görə narahatlıq keçirmədiyini bildirdi. Bunu biz də bilirik, bu, bir faktdır! Yazır: "İsraildə hesab etmirlər ki, A.Lapşinə görə "aləmi dağıtmaq" lazımdır. Bu adama görə, Azərbaycanla münasibətlərimizdə münaqişə yaratmalı deyilik. Lapşinin bloqunu araşdırmışam və onun İsrailə, eləcə də, Rusiyaya kifayət qədər çirkab atdığının şahidi olmuşam. Özü də məqsədyönlü şəkildə çirkab atıb, ölkə haqda, orada yaşayan insanlar haqda heç də yaxşı fikirlər işlətməyib. Niyə? Bu, sirr olaraq qalır. Bu adam məşhurlaşmaq üçün peşəkarcasına təxribatla məşğul olub. Bəs bizim müxalifət bu haqda nə düşünür? Əslində, nə düşünüb-yazdıqlarını sizlər də yaxşı bilirsiniz.

Məsələn, "Meydan" TV sosial şəbəkələrdə Lapşinin əli qandallı Bakıya gətirildiyi əks olunan videogörüntüləri paylaşandan sonra, əsl həngamə başlayır. Emin Milli(?)nin, Ə.Kərimlinin, İ.Qəmbərin ətrafında nə qədər şərəfsiz varsa, hamısı Azərbaycan dövlətini təhqir edirlər, hətta Lapşinin həbs edilməsini "söz azadlığı"na vurulan zərbə kimi qiymətləndirirlər. Qarabağ yadlarına düşmür, Lapşinin nə zibil olduğu da bunları maraqlandırmır. Eləcə də, "Hamam Times", "Azadlıq" qəzeti səhifələri də Lapşinin həbsinə görə, Azərbaycanı ittiham edirlər. Bu gədə-güdələr həqiqətənmi azərbaycanlıdırlar? Başa düşürük ki, Azərbaycan iqtidarına, dövlətinə ləkə vurmaq üçün nəinki ermənilərlə həmrəy olmağa, hətta öz ailənizi də satmağa hazırsınız. Bu boyda rüsvayçılıqmı olar? Ə.Kərimli əsgərlik görməyən, "petruşka" qoxusu verən "kişi"lərə, namus-qeyrət anlayışından 11 yaşında məhrum olan "qadın"lara niyə söydürür bu dövləti? "Azadlıq" qəzeti Lapşinin həbs edilməsindən də "faydalanmağa" çalışır, elə bilirlər ki, Lapşini müdafiə etsələr, Ukrayna, İsrail və Rusiya bunlara atalıq edəcək. Ay kişilər (üzr istəyirəm, "kişi"lər), Lapşin sənin dövlətinin sərhədlərini pozdu, xalqını təhqir elədi, Qarabağın ermənilərə məxsus olduğu bəyan elədi. Bəs siz nə düşünürsünüz? Danışanda, Türkiyə müxalifətindən nümunələr gətirməyi özünə "şərəf" bilən Ə.Kərimli bəs niyə bu tip ümummilli məsələlərdə hərməylik nümayiş etdirə bilmir!? Mehman Əliyevin Lapşinin ucuz şou adlandırması heç də təsadüfi deyil. Qarabağ mehmankimilər üçün heç bir əhəmiyyət kəsb etmədiyinə görə, məcburdur ki, bu adla danışsın.

Ölmədik, bu günü də gördük, Emin "Antimilli" artıq özünü M.Ə.Rəsulzadə ilə müqayisə edir. Deyir ki, 1932-ci ildə Rəsulzadə Berlində qəzet çıxarırdı, biz də indi "Meydan" qəzetini çıxaracağıq. Bu bədbəxtlər süni şəkildə tarix yaratmağa çalışırlar, böyük şəxsiyyətlərin həyat yoluna baxıb, özlərini onlara oxşadırlar. Zorla gözəllikmi olar? Ay Emin, sən elə ilk səhvi eləmisən, qəzetinin adını "Meydan" qoyduğuna görə, Nemət Pənahlı artıq səni axtarır, bununla bağlı saytlara da danışıb. Amma unutma, səninki online qəzetdir e, sən hara, özünü mühacir kimi qələmə verib millilik etmək hara? Hadisələri, tarixi prosesləri süni şəkildə qabartmaq özündən müştəbehlikdir, Don Kixotluqdur!

Digər xəbərlər