PDF Oxu

Köşə

  • 3 659

"SİYASƏTBAZLAR YIĞINCAĞI"

image

Eyni bezin qırağı olan müxalifətin özünə "müxalifətçiyəm" deməsi, heç də təəccüb doğurmur. Çünki nə müxalifətçi kimi "müxalifətçidirlər", nə də siyasətçi kimi "siyasətçidirlər". Bir də "müxalifətçi" olmaqla nə etmisən? Zaman-zaman ağlınıza nə gəldi qondarma adlar altında birliklər, bloklar və sair formatlar yaratmaq "müxalifətçilik"dirmi? Yaratdığınız qurumlar da, mahiyyətcə elə köhnə müxalifətin köhnə təfəkkür tərzindən və yarıtmaz yanaşmalarından heç də fərqlənmir. Çünki bu cür formatların arxasında dayananlar elə ənənəvi və uğursuz müxalifət "liderləri"dir. Bu koalisiyaları, birlikləri, qurumları yaradan uğursuz müxalifət liderlərinin "mənəm-mənəmliyi" parçalamaya və iflasa gətirib çıxarır.

Alınlarına yazılmış iflas!

Yenə də ortaya bir sual çıxır: niyə yaratlıqları blok və qurumların ömrü bir-iki ay çəkir? Əslində, bu sualın da cavabı məlumdur. Bunun da səbəbi müxalifət qüvvələrinin bir-birlərini xəyanətdə və satqınlıqda ittiham etmələridir. Göründüyü kimi, satqınlıq və xəyanətin isə, bundan sonra da davam edəcəyi istisna edilməyən müxalifət düşərgəsində, hər hansı bir irəliləyişin olması isə mümkünsüzdür.

Təkcə bir tarixi həqiqəti oxucularımızın diqqətinə çatdırırıq. Məsələn, hələ "Milli Şura" adlı ölü qurum yaradılarkən, AXCP sədri Ə.Kərimli ilə Müsavatın o zamankı başqanı İ.Qəmbər prezident seçkiləri ilə bağlı namizədlik məsələsində çəkişir, və bu iki tərəfin indiyə qədər prezident seçkiləri ilə bağlı hər hansı konsensusa nail olmaları baş verməməsi kifayət qədər dolğun faktlara əsaslanır. Hətta özlərini qoyaq kənara, hakimiyyətə uduzduqları zaman belə, "qələbə" çalmalarını bəyan edir, qapı-qapı xarici səfirlikləri gəzir, "pozulmuş hüquqlarının bərpasını" tələb edirlər. Maraqlıdır, onlar bu gün də müstəqil Azərbaycanın daxilindəki olayları xarci səfirlik qapılarında müzakirə edirlər.

Bu da təəccüb doğurmur. Çünki o cür adamlar nevrotikcəsinə qeyri-real açıqlamalar verirlər və uğursuzluqların gətirdiyi psixoloji travmadan özlərini "uğurlu" saymağa başlayırlar.

Bir sözlə, bu cür dağıdıcı, siyasi düşüncə tərzi sıfıra bərabər olan siyasətin heç bir perspektivi yoxdur. Əbəs yerə deyil ki, müxalifətin içərisində olanlar da etiraf edirlər ki, daxili intriqalar və lazım olmayan rəqabət onları ümumi nəticəsizliyə, uğursuzluğa və iflasa gətirib çıxarır. Çünki xalq yaxşı görür və dərk edir ki, sözdə "müxalifətçiyəm" deyə iddia edənlər alınlarına iflas yazılıb və bu ad altında yalnız öz mənfəətlərini güdən "siyasətbazlar yığıncağı"ndan ibarətdir.

Digər xəbərlər