PDF Oxu

Köşə

  • 3 073

"5-ci kolon"un feysbuku

image

Bu dəqiqə Avropa Parlamentinin Çexiyadan olan üzvü Yaromir Ştetina "5-ci kolon"un hər bir üzvünün gözündə atalaşıb-dayılaşıb və əmiləşib desək, az olar. "Kolon"çular bəlkə bir az da irəli gediblər. Çünki Ştetinanın "canfəşanlığı" bu adam(?)larda əsl sevinc yaradıb və özlərini onun oğlu-qızı kimi hiss edirlər. Paho, gör nə olub!? Ermənipərəst, anti-azərbaycançı Ştetina Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə nail olub, özü də Emin Milli(?)ni, Xədicə İsmayılı da bu dinləmələrə məruzəçi kimi dəvət edib. Xədicə ənənəvi xislətində qaldı, guya dinləmələrə qoşulduğu vaxt internetini kəsiblər. Axı şou da lazım idi. Bu ədabazların yediyi qrantların hesabı hansısa formada ödənməlidir, ya yox!? Elə ödəməlisən ki, Azərbaycan iqtidarı və dövləti biabır olsun, ləkə atmağın min yolu var. Ermənipərəst qərblilər də tumanlarını başlarına atıb, qışqırırlar ki, iqtidar Xədicəni şantaj edir, nə bilim daha nələr. Axı biz bu xəstələrin "aktyor"luqlarını Emin Hüseynovun da timsalında gördük. Nigeriya qaraçıları kimi bəzənib özünə qaş-kiprik, silikon dodaqlar düzəldib, səfirliyin içinə soxulub gizlənən Emin deyildimi!? Bunun üçün bəzənməyə, qadınlaşmağa ehtiyac yox idi. Bu adamlar yaxşı təlimatlar alırlar.

Deməli, sosial şəbəkələrdə "5-ci kolon"a xidmət edən "Hamam Times", "Meydan" TV, "Azadlıq" qəzeti, yeni variant tapıblar. İki gün öncə bir video paylaşıblar, guya hadisə yanvar ayında Bakıda baş verib. İnsanlar etiraz edirdilər. Ancaq baxırsan, hamı yay geyimindədir, qolu qısa köynəkdə. Hünərin varsa, bu haqlı iradı onlara şərhdə bildir, o dəqiqə sənə "satqın", "şərəfsiz" damğasını yapışdırırlar. Kim bunlar kimi düşünmürsə, düşmən hesab olunur. Dünən isə Vəzirovu müdafiə edir, onu tariximizin "mühüm şəxsiyyət"i kimi təqdim edirdilər. Bu gədə-güdələr özbaşına danışmırlar e, Ə.Kərimlinin Vəzirova olan münasibətini sosial şəbəkələrdə sərgiləyirlər. Hər kəs ehtiyatlı olsun, bu səhifələr dövlətimiz haqqında, dövlət xadimləri haqqında dezinformasiyalar paylaşır və təhqir etdirirlər. Kişilikləri də yoxdur, çünki öz ad və şəkilləri ilə deyil, bütün bunları saxta profillərlə edirlər. M.Ə.Rəsulzadə haqqında elə danışırlar ki, sanki Rəsulzadə "Nida"çıdır, Müsavatın divan üzvüdür, "REAL"-ın icraçı direktorudur, "Milli Şura"nın mitinq komitəsinin sədridir və yaxud da AXCP-də müşavir-zaddır. Ayıbdır, heç olmasa, şəxsiyyətləri gözdən salmayın, onun adına ləkəsiniz! Elçibəyi o qədər "müqəddəs"ləşdiriblər ki, adamın dəsmal götürüb ağlamağı gəlir. Pənah Hüseyn onu içirdib, hər gün bir sərəncama qol çəkdirirdi. Sizin arzuladığınız "azadlıq", "sadə prezident"lik, "demokratiya", bax, budur! Gözünüzdə qalacaq.

Digər xəbərlər