PDF Oxu

Köşə

  • 3 345

İsa Qəmbər heç utandımı?

image

Erməni diversiya qrupları son vaxtlarda sərhədlərimizi daha çox pozmağa cəhd edərək, növbəti təxribatlara əl atırlar. Ancaq erməni diversiya qrupları Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilir. Müdafiə Nazirliyinin bu barədə verdiyi məlumat əsas götürülməlidir, necə ki, götürülür. Saytlarımızın əksəriyyəti "növbəti erməni diversiya qrupu məhv edildi" başlığı seçərkən, yalnız bir xəbər saytı (əslində təxribat maşını)- "Azadlıq.info" bu tip məlumatları dərc etmir. Bu adamlar ordumuzun uğurlarını da qısqanırlar, əsgər və zabitlərimizin gücündən fərəh duymaq əvəzinə, bunu özlərinə dərd edirlər. Bu, azmış kimi, ermənilərin diversiya qrupunun məhv edilməsi ilə bağlı dərc etdiyi (cəmi bircə dəfə dərc ediblər) yazını sosial şəbəkələrdə paylaşan cəbhəçilər Azərbaycan dövləti haqqında olmazın hədyanlar yağdırırlar. Məsələn, "Erməni diversiya qrupu məhv edildi" başlıqlı yazının alt hissəsində (şərh yerində) Gültəkin Hacıbəyli gülüş işarəsi qoyur, Gözəl Bayramlı guya ordumuzda olan nöqsanlardan danışır, bunlarla eyni cəbhənin adamları da bu tip anti-milli mövqe ortaya qoyurlar. Başa düşmək olmur, bunlar ermənilərdir, yoxsa azərbaycanlılar!? Pisimizə sevinib, yaxşımızdan dərdlənən belələri üçün nə xalq maraqlıdır, nə də dövlət. Qısa bir mətləbim var, ondan danışım.

Müsavatçı Şahin Mirzəyevin Ermənistandan "sığınacaq" istəməsi İ.Qəmbərin telini də tərpətmədi, əksinə acıq verdi ki, satılqmaqda davam edəcəyik. Ş.Mirzəyevin 92 yaşlı atasının dedikləri də İ.Qəmbərə vız gəlir. Çünki bu adam belədir, kim olduğunu etiraf edir. Vaxtilə şəxsiyyət vəsiqəsini itirən İ.Qəmbər haqqında Ə.Kərimli "Azadlıq" qəzetində yazdırırdı: "İsa Qəmbər şəxsiyyətini itirib". Ancaq bir-birilərinə nə qədər belə sözlər desələr də, "prinsipial məsələ"lərdə eyni cür düşünürlər. Məsələn, Ş.Mirzəyevin atdığı bu addıma cəbhəçilər də, müsavatçılar da dəstək verirlər, onu haqlı sayırlar. Oğlundan imtina edən Ş.Mirzəyevin atası Sayil Mirzəyev haqqında nələr yazmırlar!? S.Mirzəyev deyir: "Biz Azərbaycan dövlətini dəstəkləyir və ölkəmizlə qürur duyuruq. Mən onun tutduğu yola nifrət edirəm. Bu səbəbdən, Şahin Mirzəyevdən imtina etmişəm. O, ailəsinə və dövlətinə qarşı nankorluq eləyib. Heç vaxt onu bağışlamayacağam. Biz hamımız azərbaycanlıyıq, ölkəmizdə firavan, heç bir problem olmadan yaşayırıq. Dövlətimizdən narazılığımız yoxdur, ola da bilməz. Mən Azərbaycandakı inkişafı və problemlərin həll edilməsini öz gözlərimlə görürəm. Ölkəmiz inkişaf edir, günü-gündən çiçəklənir". Ancaq mənəviyyatsız cəbhəçilər, "Nida"çılar yazırlar ki, guya bu kişini öyrədiblər. Ağsaqqal adamın ünvanına demədikləri qalmayıb. Müsavatın başqanının niyə səsi çıxmır? Niyə izah edə bilmirlər ki, müsüavatçı Ermənistana niyə gedib, niyə "sığınacaq" istəyib!? Əslində, lap gözəl izah edərlər, ancaq sərf eləmir. Vaxtilə Əlikram Hümbətovdan ruhlanan, ölkənin parçalanmasına rəvac verən İ.Qəmbər üçün bu cür hallar xırda şeylərdir. Onun yediyi qrantların əvəzində gördüyü işlər daha "böyük"dür. Kim deyə bilər ki, "siyasi mühacir" biznesi ilə məşğul olan İ.Qəmbərin özü bunu təşkil etməyib!? Hər halda, ağlı başında olan, mənəviyyatlı siyasətçi, yaşına və başına hörmət qoyan bir yaşlı adam utanıb yerə girməli idi. Ermənilər acından ordan qaçır, bizim milli satqınlar isə ora adam göndərir.

Digər xəbərlər